İtaliyanın Apuliya sahillərində qədim Roma gəmisinin qalıqları aşkarlanıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 fevral, AZƏRTAC
İtaliyanın maliyyə polisi Apuliya sahilləri yaxınlığında, İon dənizinin dərinliklərində qədim Roma dövrünə aid iri bir gəminin qalıqlarını aşkar edib.
AZƏRTAC İtaliyanın ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, amforalarla yüklü olan gəmi qalıqları 2025-ci ilin iyun ayında aparılan yoxlama zamanı müəyyən edilsə də, məlumat yalnız indi ictimaiyyətə açıqlanıb.
Maliyyə polisi bildirib ki, mühüm sualtı arxeoloji ərazinin qorunması məqsədilə kəşflə bağlı məlumatlar uzun müddət məxfi saxlanılıb. Bu addım mümkün talan hallarının qarşısını almaq və ərazidə mövcud olan arxeoloji məlumatların qorunması üçün atılıb.
Qurumun açıqlamasında qeyd olunub ki, ən uyğun müdaxilə strategiyası hazırlanılanadək bütün tərəflər tapıntı ilə bağlı maksimum məxfiliyin qorunması barədə razılığa gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 03 Fevral 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















