Icma.az
close
up
RU
Avstraliyanın Melburn şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Avstraliyanın Melburn şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstraliya İttifaqının Melburn şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edilib.

Redaktor.az xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi, Avstraliya Azərbaycan Assosiasiyaları Alyansına daxil olan Avstraliya Azərbaycan Cəmiyyəti və Azərbaycan Viktoriya Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Toplantıda bu ölkədə yaşayan çoxsaylı Azərbaycan icmasının üzvləri, Avstraliya Federal Parlamentinin və Viktoriya ştat parlamentinin deputatları, eləcə də şəhər bələdiyyə şurasının sədri və yerli milli icma rəhbərləri iştirak ediblər.

Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun toplantı iştirakçılarına təbriki çatdırılıb və federal səviyyədə yenicə qeydiyyatdan keçmiş bütün icma təşkilatlarını özündə birləşdirən Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı Alyansının fəaliyyətinə uğurlar arzulanıb.  

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin müvəqqəti İşlər vəkili Vaqif Cəfərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi, mahiyyəti, bu günün təsis edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu haqqında qonaqlara məlumat verib.

Tədbirdə həmçinin Avstraliya Federal Parlamentinin üzvü konqresmen Keith Vollohan, Viktoriya Parlamentinin üzvü konqresmen Richard Velch və Azərbaycan Avstraliya Assosiasiyaları Alyansının rəhbəri Fuad Aydınbəyzadə çıxış edərək, Avstraliyanı özləri üçün ikinci vətən hesab edən azərbaycanlıların qürbətdə yaşamalarına baxmayaraq, bu ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamağa çalışdığını qeyd ediblər. O cümlədən tarixən bölünmüş xalqlar arasında yer alan azərbaycanlıların bütün çətinliklərə rəğmən, öz milli ənənələrini və dəyərlərini qoruyaraq onu yaşatmaları təqdir edilib.

Tədbir çərçivəsində icma üzvlərimizin ifasında Azərbaycanın milli rəqsləri, musiqi nümunələri əsasında konsert proqramı təşkil edilib.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri