Avstriya kansleri koalisiya danışıqlarının uğursuzluğu səbəbindən istefa verəcəyini açıqlayıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avstriya Xalq Partiyasından (AXP) olan kansler Karl Nehammer sentyabrda keçirilmiş parlament seçkilərindən sonrakı hakim koalisiyanın qurulması danışıqlarının uğursuzluqla nəticələnməsinə görə vəzifəsindən gedəcək.
“Report” xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yayımladığı videomüraciətində bildirib.
“Danışıqların dayandırılmasından sonra mən belə hərəkət edəcəyəm: yaxın günlərdə federal kansler və AXP rəhbəri vəzifələrindən gedəcəyəm və nizamlı keçidi təmin edəcəyəm”, – o deyib.
Nehammerin sözlərinə görə, AXP uzun və səmimi danışıqlar aparıb, lakin Avstriya Sosial Demokrat Partiyası (ASP) ilə əsas məsələlərdə razılığa gəlmək mümkün olmayıb.
“Xalq Partiyası öz vədlərinə sadiq qalır: biz güzəştlərə və biznesə qarşı tədbirlərə, eləcə də yeni vergilərin tətbiqinə razı olmayacağıq. Buna görə də biz ASP ilə danışıqları dayandırırıq və davam etdirməyəcəyik”, – o vurğulayıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 29-da Avstriyada növbəti parlament seçkiləri baş tutub. Nəticədə Avstriya Azadlıq Partiyası öz tarixində ilk dəfə özü üçün rekord olan 29,2 % səslə qalib gəlib. Lakin digər parlament partiyalarının onunla koalisiyaya daxil olmaq istəməməsi səbəbindən yeni hökumətin formalaşdırılması üçün danışıqlar 26,5 % səs toplayan hakim AXP 21 % səs alan sosial-demokratlar (ASP) və 9 % səs alan “Yeni Avstriya – Liberal Forum” (YALF) partiyası arasında başlayıb. YALF yanvarın 3-də danışıqlardan ilk çıxan olub. Növbəti gün AXP ASP ilə danışıqları dayandırıb və onun iqtisadi məsələlərə yanaşmasını tənqid edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Yanvar 2025 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















