Icma.az
close
up
RU
Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ildə ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi 129,1 milyard manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 2,8 milyard manat və ya 2,2 faiz artım deməkdir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.

Son beş ilin göstəricilərinə nəzər saldıqda, ən yüksək ÜDM həcmi 2022-ci ildə qeydə alınıb. Həmin ildə ÜDM 133,8 milyard manat təşkil edib. 2023-cü ildə isə ÜDM istehsalında azalma müşahidə olunub, əvvəlki illə müqayisədə 8,1 faiz və ya 10,8 milyard manat azalaraq 123 milyard manata düşüb.

Son beş il üzrə ən aşağı ÜDM göstəricisi 2021-ci ilə təsadüf edir. Bu dövrdə ÜDM istehsalının həcmi 92,9 milyard manat olub. Sözügedən azalma əsasən COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa mənfi təsiri ilə izah olunur.

2025-ci ildə ölkə üzrə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 1,8 faiz və ya 219,7 manat artaraq 12 602,2 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə adambaşına düşən ÜDM 12 382,5 manat olub.

2024-cü ildə isə adambaşına düşən ÜDM 2023-cü illə müqayisədə 2,2 faiz və ya 268 manat artım nümayiş etdirib.

Son illərin statistik göstəricilərinə əsasən, adambaşına düşən ÜDM-in ən yüksək səviyyəsi 2022-ci ildə qeydə alınıb. Belə ki, 2021-ci ildə bu göstərici 9 269,3 manat olduğu halda, 2022-ci ildə 43,4 faiz və ya 4 022,9 manat artaraq 13 292,2 manata yüksəlib.

2025-ci ildə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) 92,31 milyard manatı və ya 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ÜDM-in 67,8 faizi, yəni 85,71 milyard manatı məhz qeyri-neft-qaz sektoru hesabına formalaşıb.

Neft-qaz sektoruna gəldikdə, 2025-ci ildə bu sahə üzrə ÜDM-in həcmi 36,79 milyard manat təşkil edib ki, bu da ümumi ÜDM-in 28,5 faizinə bərabərdir. 2024-cü ildə isə neft-qaz sektorunun ÜDM-də payı 32,2 faiz, yəni 40,62 milyard manat olub.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi internet resurslarında dərc edilmiş məlumatlar əsasında aparılan təhlilə görə, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 56 milyard ABŞ dolları təşkil edib. Bu göstərici region ölkələri arasında ən yüksək nəticə hesab olunur.

Müqayisə üçün qeyd edək ki, Gürcüstanda eyni dövrdə 27,5 milyard ABŞ dolları həcmində ÜDM istehsalı qeydə alınıb ki, bu da Azərbaycan göstəricisindən təxminən iki dəfə azdır.

Ermənistanda isə 2025-ci ilin yanvar–sentyabr ayları üzrə ÜDM-in həcmi 20,2 milyard ABŞ dolları səviyyəsində olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:342
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri