Avstriya məhkəməsi “Naftoqaz”a Rusiyadan 120 milyon avro dəyərində aktivləri geri almağa icazə verib
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vyana Dairə Məhkəməsi Ukraynanın "Naftoqaz" şirkətinə Krımda şirkətin aktivlərinin qanunsuz ələ keçirilməsi ilə bağlı Rusiya Federasiyasına qarşı çıxarılmış arbitraj qərarının icrasına icazə verib. Bərpa məbləği 5 milyard dollardan çoxdur. Bu barədə Ukraynanın “Naftoqaz” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məhkəmə, həmçinin Avstriyada ümumi dəyəri 120 milyon avrodan çox olan 20-dən çox Rusiya əmlakına həbs qoyulmasına icazə verib. Bu əmlakların itkiləri kompensasiya etmək üçün satış ümün hərraca çıxarılması planlaşdırılır.
“Naftoqaz”ın İdarə Heyətinin sədri Serhiy Koretski bu qərarı ədalətə doğru atılan növbəti əməli addım adlandırıb.
“Naftoqaz”ın Avstriyadakı maraqlarını DORDA hüquq firması, xüsusən də ortağı Aleksandr Karl və baş hüquqşünas Robert Keimelmayr təmsil edir.
2016-cı ilin oktyabrında “Naftoqaz” Rusiyaya qarşı arbitraj prosesinə başlayıb. Ukrayna şirkəti Krımdakı aktivlərin, xüsusən də lisenziyaların, avadanlıqların, infrastrukturun, yeraltı anbarlardakı qazın və s.-nin qeyri-qanuni özgəninkiləşdirilməsinə görə kompensasiya tələb edib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Avqust 2025 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















