Icma.az
close
up
RU
Xarici ticarət: ixrac və idxal azalır

Xarici ticarət: ixrac və idxal azalır

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac edilib, 170 ölkədən idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 39,914 milyard ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 20,7 milyard dollarını və ya 51,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 19,2 milyard dollarını (48,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1,5 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,9 faiz artmış, real ifadədə isə 7,9 faiz azalmışdır. İdxal real ifadədə 7,9 faiz, ixrac isə 7,8 faiz azalmışdır.

Real vəziyyət isə məhz real ifadədə olan rəqəmlərdə özünü göstərir. İxracın azalması neft hasilatının və ixracının azalması ilə, idxalın azalması isə daxili bazarda alıcılıq qabiliyyətinin, tələbin aşağı düşməsi ilə bağlıdır. Hətta qeyri-neft sektorunda da ixrac rəqəmləri real ifadədə geriləmədən xəbər verir. Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2987,8 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 6,6 faiz artsa da, real ifadədə isə 17,7 faiz azalmışdır ki, bu da çox ciddi rəqəm hesab oluna bilər.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,8 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,2 faizi Rusiya, 9,3 faizi Çin, 3,0 faizi Almaniya, 2,6 faizi ABŞ, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi İsveçrə, hər biri 1,9 faiz olmaqla Avstraliya və Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan və Yunanıstan, hər biri 1,6 faiz olmaqla Bolqarıstan və Xorvatiya, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Rumıniya, 1,3 faizi İran, 1,2 faizi Özbəkistan, hər biri 1,1 faiz olmaqla Portuqaliya və Ukrayna, 0,9 faizi Fransa, hər biri 0,8 faiz olmaqla Belarus və Hindistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

İxracın 46,9 faizini İtaliyaya, 13,0 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Yunanıstana, 3,0 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,3 faizini Rumıniyaya, 2,0 faizini Portuqaliyaya, 1,8 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, 1,0 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Niderland və Ukraynaya, 0,8 faizini Tunisə, 0,7 faizini Fransaya, 0,6 faizini Hindistana, 0,5 faizini Serbiyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,3 faiz), İsveçrəyə (9,7 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,7 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,0 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,7 faiz), İtaliyaya (1,2 faiz), Almaniyaya (1,1 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,4 faizi Çin, 16,5 faizi Rusiya, 10,1 faizi Türkiyə, 5,2 faizi ABŞ, 4,0 faizi Avstraliya, 3,9 faizi Birləşmiş Krallıq, 3,6 faizi Almaniya, hər biri 2,7 faiz olmaqla Qazaxıstan və İran, 2,4 faizi İsveçrə, hər biri 2,1 faiz olmaqla Özbəkistan və İtaliya, hər biri 1,5 faiz olmaqla Meksika, Yaponiya, Braziliya və Cənubi Afrika Respublikası, hər biri 1,4 faiz olmaqla Koreya və Belarus, 1,2 faizi Ukrayna, hər biri 1,0 faiz olmaqla Fransa və Hindistan, 0,9 faizi İspaniya, 12,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2025-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 28,2 faiz, təzə tərəvəz 17,9 faiz, şəkər 58,5 faiz, siqaretlər 35,0 faiz, kartof 47,1 faiz, bitki yağları 22,3 faiz, mineral gübrələr 8,0 faiz, polietilen 5,2 faiz, emal olunmamış alüminium 48,7 faiz, sement klinkerləri 13,8 faiz, pambıq ipliyi 17,8 faiz artıb. Ancaq meyvə və tərəvəz şirələri ixracı isə 1,5 faiz, meyvə və tərəvəz konservləri 19,0 faiz, tütün 45,7 faiz, çay 4,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 27,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu 22,0 faiz, pambıq lifi 9,8 faiz, polipropilen 6,4 faiz, elektrik enerjisi 34,9 faiz, qara metallardan borular 9,8 faiz, qara metallardan çubuqlar 40,2 faiz, bentonit gili 16,4 faiz azalmışdır.

2025-ci ilin yanvar-oktyabr aylarında buğda idxalı 6,4 faiz, xam şəkər 25,6 faiz, kartof 13,8 faiz, mal əti 2,8 faiz, təzə tərəvəz 35,6 faiz, siqaretlər 2,8 dəfə, minik avtomobilləri 29,8 faiz, polad prokatı 0,7 faiz, avtobuslar 2,4 dəfə, məişət kondisionerləri 11,5 faiz, mineral gübrələr 3,1 faiz, polietilen 20,0 faiz, polipropilen 5,2 faiz, məişət soyuducuları 11,6 faiz artıb. Amma bitki yağları idxalı isə 7,1 faiz, kərə yağı, digər süd yağları və pastaları 12,1 faiz, təzə meyvə 14,7 faiz, şokolad və şokolad məhsulları 4,0 faiz, unlu qənnadı məmulatları 2,0 faiz, çay 5,5 faiz, quş əti və onun əlavə məhsulları 28,9 faiz, dərman vasitələri 15,6 faiz, qara metallardan borular 12,4 faiz, hesablama maşınları, blok və qurğuları 9,8 faiz, ayaqqabılar 2,0 faiz, rezin şinlər 3,1 faiz, sintetik yuyucu vasitələr 5,8 faiz, mebellər 0,3 faiz, yük avtomobilləri 6,4 faiz, qara metallardan çubuqlar 0,9 faiz, paltaryuyan maşınlar 11,2 faiz, qara metallardan künclüklər 1,9 faiz, sement 21,8 faiz azalmışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na əsasən 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib. Yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər olub. 2025-ci ilin yanvar-oktyabr aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49.6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22.8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb. Cari ilin on ayında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1.03 mlrd ABŞ 2025-ci ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft-qaz ixracı 2,99 milyard ABŞ dolları təşkil edib. Cari ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsullarının ixracı 962,1 milyon ABŞ dolları olub. 3 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 4 dolları təşkil edib. Qe yd olunan dövrdə ixrac edilmiş qeyri-neft sek toruna aid malların siyahısında qızıl ( 2 76.8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (15 9,8 milyon ABŞ d olla rı) ikin ci, ka r b a mid ( 153 m i l y o n A B Ş d olla rı) isə üçüncü yerdə qərarlaşıb. 2025-ci ilin oktyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sek toruna aid malların siyahısında qızıl (38.9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda xurma (32.7 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Cari ilin on ayında Rusiya Federasiyasına 968,9 milyon ABŞ dolları, Türkiy ə yə 486,3 milyon ABŞ dolları, İs veçrə yə 288,3 milyon ABŞ dolları, Gür cüstana 2 73,6 milyon ABŞ dolları, Ukr ayna ya isə 171,4 milyon ABŞ dolları də yərində qeyri-neft sek toruna aid mal ixrac olunub. 2025-ci ilin oktyabr ayında Rusiya Fe d e r a siy a sın a 90 milyon ABŞ dolları, Türkiy ə yə 50,6 milyon ABŞ dolları, İs veçrə 40,6 milyon ABŞ dolları, Gür cüstan 28,8 milyon ABŞ dolları, Ukrayna isə 24,1 milyon ABŞ dolları də yərində qeyri-neft sek toruna aid mal ixrac edilib.

Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 14,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 904.8 min ABŞ dolları ilə İsveç, 696,7 min ABŞ dolları ilə Türkiyə, 695,4 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

M.Həmzəoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Dekabr 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri