Icma.az
close
up
RU
İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin "Report"a eksklüziv müsahibəsi:- Anar müəllim, özünəməşğulluq proqramının həyata keçirilməsində məqsəd nədir?- Özünəməşğulluq proqramı cənab Prezidentin təşəbbüsü əsasında həyata keçirilir. Bu proqramın icrasına 2016-cı ildən başlanılıb. Yeni “Məşğulluq haqqında” qanun qəbul olunub, həmin qanunda da özünəməşğulluq proqramı işsiz vətəndaşların məşğulluğunun təmin olunmasına kömək göstərilməsi məqsədi ilə aktiv məşğulluq tədbiri kimi nəzərdə tutulub.- Proqramla bağlı builki vəziyyət necədir?- Cari ildə bu məqsədlər üçün dövlər büdcəsindən 36 milyon manat vəsait ayrılmışdı. Vəsait İşsizlikdən Sığorta Fondunun büdcəsində nəzərdə tutulmuşdu. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlər görülüb. Təxminən 7800 nəfər bu proqrama cəlb olunub. Özünəməşğulluq proqramına daxil olacaq şəxslərin sayı bu il 7 dəfə artırılıb.Hazırda nazirlik tərəfindən aktivlərin paylanılması prosesi həyata keçirilir. Biz düşünürük ki, ilin sonuna kimi paylanılacaq aktivlərin sayı 6 minə yaxınlaşacaq. Bu proqram növbəti illərdə də davam etdiriləcək.- Bəs gələn ilin büdcəsində özünəməşğulluq proqramı üçün nə qədər vəsait ayrılıb?- Gələn ilin təsdiq olunmuş büdcəsindən bu məqsədlər üçün 42 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait hesabına biz planlaşdırıq ki, 8 minə yaxın işsiz vətəndaşı özünəməşğulluq proqramına cəlb edək.- Nazirlik proqramın həyata keçirilməsi üçün hər hansı qurum və təşkilatla əməkdaşlıq edirmi?- Bu proqram çərçivəsində müxtəlif qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla əməkdaşlıq həyata keçirilir.- Sağlamlıq imkanları məhdud olan şəxslər də özünəməşğulluq proqramına daxildirmi?- Təbii ki... Növbəti ildə 500-ə yaxın əlilliyi olan şəxsin bu proqrama cəlb olunması nəzərdə tutulub.- Proqramın fəaliyyət istiqaməti necədir?- Fəaliyyət istiqaməti müxtəlifdir. Vətəndaşlara seçdikləri istiqamət üzrə məşğulluq mərkəzlərində müvafiq məsləhətlər verilir. Regionlarda bağçılıq, maldarlıq, eyni zamanda xidmət sahələrində də özünəməşğulluq məsələləri var. Həmçinin istehsalla bağlı da layihələr var.- Sosial şəbəkələrdə və mətbuatda özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən narazı olan vətəndaşların şikayətlərinə rast gəlinir. Vətəndaşlar onlara özünəməşğulluq proqramı çərçivəsində xəstə mal-qara verildiyini bildirərək həmin heyvanların fotolarını çəkib paylaşırlar. Bu məlumatlar nə qədər doğrudur? Vətəndaşlara verilən heyvanlar nəzarətdən keçirilirmi?- Biz təchizatçı şirkətlə aktivlərin, əmlakların alınması və təhvil verilməsi ilə bağlı müqavilə bağlamışıq. Hər bir özünəməşğulluğa cəlb edilən əməkdaşa bu aktivlər verilərkən keyfiyyəti nazirlik tərəfindən yoxlanılır.Maldarlıqla əlaqədar olanda isə biz bütün hallarda şirkətdən müvafiq baytarlıq arayışları tələb edirik. Aktivlər vətəndaşlara təhvil verilərkən onların keyfiyyəti ilə yanaşı vətəndaşların məmnunluğu, fikirləri da nəzərə alınır. Vətəndaş aktivlərin keyfiyyəti ilə razı olmadığı halda həmin aktivlər dəyişdirilir. Heç bir halda kiməsə aktivlərin məcburi şəkildə verilməsi halı yoxdur. Bu sahədə bütün imkanlar yaradılıb, vətəndaşlar öz istəklərinə uyğun olaraq şirkət tərəfindən təklif olunan aktivləri seçməkdə sərbəstdir.- Bəs problem yarananda vətəndaşlar kimə və ya hara müraciət edə bilərlər? Vətəndaşın narazı qaldığı mal-qaranın dəyişdirilmə imkanı varmı?- Hər hansı bir problem olduqda biz problemi, səbəbləri ciddi şəkildə araşdırırıq. Bu il vətəndaşlara 21 minə yaxın mal-qara paylanılıb. Verilən mal-qara ilə bağlı hər hansı problem yarananda müvafiq aktivlərlə dəyişdirilib.BAKU.WS
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:344
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Dekabr 2025 04:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri