Icma.az
close
up
RU
Avtobus özü gedir, direktor yorulub deyir Çinar Trans ın direktorundan qəribə AÇIQLAMA

Avtobus özü gedir, direktor yorulub deyir Çinar Trans ın direktorundan qəribə AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda gecə saatlarında baş verən növbəti avtobus qəzası bir daha paytaxtda ictimai nəqliyyatın texniki vəziyyəti və nəzarət mexanizmlərinin sual altında olduğunu göstərdi.

Redaktor.az-ın Baku TV-yə istinadən məlumatına görə, “Çinar Trans” MMC-yə məxsus 202 saylı marşrut avtobusu Binəqədi rayonunun Biləcəri qəsəbəsində idarəetməni itirərək bir neçə avtomobili əzib, daha sonra gül mağazasına çırpılıb. Qəza nəticəsində bir nəfər - “Hyundai” markalı avtomobilin sürücüsü Faiq Axundov xəsarət alıb.

Avtobusun sürücüsü Habil Nəsirov hadisə ilə bağlı açıqlamasında bildirib ki, dayanacaqdan çıxdıqdan sonra nəqliyyat vasitəsinin sürəti qəfil artıb:

“Maşını duracaqda saxladım, ətrafa baxdım. 1,5 dəqiqə vaxtımız vardı. Yenidən maşına oturdum, 11-13 metr məsafədə gördüm ki, sürət artır. Camaat dayanmışdı, onların üstünə sürməmək üçün məcbur obyektin eyvanına sürdüm. Maşının beyni qarışıb.”

Sürücü avtobusda 19 sərnişinin olduğunu, onların xəsarət almadığını bildirib.

Redaktor.az hadisə ilə bağlı “Çinar Trans” MMC-nin direktoru ilə əlaqə saxlayıb. 

“Çinar Trans” MMC-nin direktoru qəzanı avtobusun texniki nasazlığı ilə deyil, texniki yorğunluqla əlaqələndirib:

“Maşın dayanacaqdan 20 metr yuxarıda idi, özü qaz götürüb gedib. Maşın yeni nəsil "İsuzu Sport"dur, 2022-ci ilin modelidir. Texniki baxışdan keçir, amma axşam yorulur. Qaz ilişir, olur belə şeylər.”

Direktorun sözlərinə görə, şirkətin bütün avtobusları texniki pasporta malikdir və mütəmadi olaraq baxışdan keçirilir. Lakin o, niyə “yeni nəsil” avtobusun idarəetməni itirməsi barədə konkret izahat verə bilməyib.

“Yeni” avtobusda necə olur ki, qaz ilişir?

Hadisə ictimaiyyətdə haqlı suallar doğurur. Əgər avtobus doğrudan da 2022-ci il istehsalıdırsa, niyə cəmi iki-üç il ərzində texniki nasazlıq baş verir?

Sürücü “maşının beyni qarışıb” deyir, direktor isə “qaz ilişib” - bu iki fərqli açıqlama, nəqliyyat vasitələrinin texniki vəziyyətinə real nəzarətin olmamasını üzə çıxarır.

Bakıda ictimai nəqliyyatın tez-tez baş verən qəzalara səbəb olması, avtobusların müntəzəm “texniki baxışdan keçməsi” ilə bağlı iddiaların sadəcə formal xarakter daşıdığını göstərir. “Yeni” adlandırılan nəqliyyat vasitələrinin belə nasazlıq yaratması həm sürücülərin, həm də sərnişinlərin təhlükəsizliyini ciddi risk altına salır.

Ümid edirik ki, baş verən bu hadisə məsul qurumlar üçün siqnal rolunu oynayacaq və ictimai nəqliyyatda texniki təhlükəsizlik məsələlərinə formal deyil, real nəzarət mexanizmləri tətbiq olunacaq.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri