Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Avtobus sürücüləri yoxlamadan keçir? AÇIQLAMA

Avtobus sürücüləri yoxlamadan keçir? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda 75 yaşlı qadının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ictimai nəqliyyatda təhlükəsizlik məsələsini yenidən gündəmin əsas mövzularından birinə çevirib. Baş verən faciə sərnişindaşıma sahəsində çalışan sürücülərin peşə hazırlığı, sağlamlıq vəziyyətinə nəzarət, iş rejimi və daşıyıcı şirkətlərin məsuliyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə ictimai nəqliyyatdan hər gün minlərlə insanın istifadə etdiyi nəzərə alınarsa, avtobus sürücülərinin peşəkarlıq səviyyəsi və onların fəaliyyətinə nəzarət mexanizmlərinin effektivliyi cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır.
Mövcud qaydalara əsasən, sərnişindaşıma ilə məşğul olan sürücülər müəyyən tələblərə cavab verməli, mütəmadi tibbi yoxlamalardan keçməli və hər reysdən əvvəl sağlamlıq vəziyyətləri qiymətləndirilməlidir. Bununla belə, son hadisədən sonra bu prosedurların praktikada hansı səviyyədə icra olunduğu, daşıyıcı şirkətlərin məsuliyyətini necə yerinə yetirdiyi və nəzarət mexanizmlərinin yetərli olub-olmaması ilə bağlı suallar daha da aktuallaşıb.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, ictimai nəqliyyatda çalışan sürücülər işə qəbul edilərkən onların müvafiq sürücülük təcrübəsinə malik olması və nəqliyyat vasitəsinin növünə uyğun sürücülük vəsiqəsi daşıması əsas şərtlərdən hesab olunur:

"Qanunvericiliyin tələblərinə uyğun kateqoriyaya malik olan şəxslər sərnişindaşıma fəaliyyətinə cəlb edilə bilərlər. Bununla yanaşı, sürücülər müəyyən edilmiş reqlamentə əsasən hər reysdən əvvəl müvafiq yoxlamalardan keçirlər. Bu yoxlamalar onların səhhətinin, iş qabiliyyətinin və nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək imkanlarının qiymətləndirilməsi məqsədi daşıyır. Hər bir daşıyıcı şirkət bu proseslərin düzgün təşkil olunmasına nəzarət etməli, müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etməli və yaranan hər hansı pozuntuya görə məsuliyyət daşımalıdır. Bu baxımdan, sürücülərin fəaliyyətinə nəzarət və təhlükəsizlik tələblərinin yerinə yetirilməsi birbaşa daşıyıcı şirkətlərin öhdəliyinə daxildir", - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin peşə hazırlığı ilə məhdudlaşmır. Bu istiqamətdə nəqliyyat vasitələrinin texniki sazlığı, sürücülərin iş və istirahət rejiminə riayət etməsi, reysqabağı tibbi və texniki baxışların vaxtında keçirilməsi, eləcə də daşıyıcı şirkətlər tərəfindən daxili nəzarət mexanizmlərinin effektiv tətbiqi də mühüm rol oynayır. Bu tələblərin hər hansı birinin pozulması yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risklər yarada bilər.
Son yol qəzası ictimai nəqliyyatda təhlükəsizlik sisteminin bütün elementlərinin kompleks şəkildə işləməsinin vacibliyini bir daha gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, qanunvericilikdə nəzərdə tutulan tələblərin kağız üzərində qalması deyil, onların gündəlik fəaliyyət zamanı tam və şəffaf şəkildə icra olunması bu kimi faciələrin qarşısının alınmasında əsas amillərdən biridir. Bu baxımdan, həm daşıyıcı şirkətlərin məsuliyyəti, həm də nəzarət mexanizmlərinin effektivliyi ictimai nəqliyyatın təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyun 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri