Icma.az
close
up
RU
107 nömrəli avtobusun intervalı niyə pozulur? Çinar Trans dan AYNA ilə bağlı AÇIQLAMA

107 nömrəli avtobusun intervalı niyə pozulur? Çinar Trans dan AYNA ilə bağlı AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Buzovna–"Koroğlu" metrosu istiqamətində hərəkət edən 107 nömrəli avtobusla bağlı sərnişinlərin davam edir. Onlar avtobusların müəyyən edilmiş intervala uyğun hərəkət etmədiyini bildirirlər.

Buzovna sakinlərdən birinin sözlərinə görə, dünən axşam saatlarında vəziyyət daha da diqqətçəkən olub. Belə ki, 107 nömrəli avtobus Koroğlu dayanacağından saat 18:29-da yola düşüb. Növbəti avtobus isə yalnız saat 18:55-də dayanacağa çatıb və 19:01-də hərəkətə başlayıb.

Bu isə 107 nömrəli avtobusun faktiki hərəkət intervalı ilə bağlı sual yaradır. Əgər xətt üzrə avtobuslar daha qısa intervalla hərəkət etməlidirsə, nə üçün sərnişinlər növbəti avtobusu təxminən 30 dəqiqə gözləməli olurlar?

Redaktor.az məsələ ilə bağlı avtobusların məxsus olduğu  "Çinar Trans" MMC-yə sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, Buzovnada 4 aydır, haradasa 250 metr uzunluğunda olan yerdə kanalizasiya sisteminin çəkilməsi başa çatmır:

"Marşrut Buzovnanın dar küçələrində hərəkət edir. Avtobusun önündə də avtomobillər olanda avtobus keçə bilmir, gözləməyə məcbur olur və bu, yubanmağa səbəb olur. Bu avtobuslar qazla işləyir. Eyni zamanda avtobus xətdən çıxır və qaz vurmağa gedir. Nəinki 107, 214, 160 da xətdən çıxır, qaz vurmağa gedir. Avtobus xətti tərk edəndən sonra, deməli, "Koroğlu"da avtobus olmayacaq. Belə olduqda, intervalı 11 dəqiqə olan avtobus dayanacağa 30 dəqiqəyə gəlir. Avtobuslar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyətində olan yanacaq doldurmaya gedir. Bu məsələyə AYNA nəzarət edir. 40, 81, 165, 133 – bu avtobusların hamısına qazı axşamdan vururuq. Avtobuslar daim işləyir və yanacaq doldurmaya gedirlər. Səhər-səhər avtobusun qazı ola-ola biz onu qaz vurmağa göndərsək, yenə axşam qaza gedəcək. Biz səhər tezdən qaz doldursaq, axşama qədər bu kilometrə 107-nin qazı çatdırmır. Artıq gün ərzində iki dəfə yanacaq doldurmaya girməlidir. Normal yanacaq doldurmalarda olan qazların təzyiqi aşağıdır, onlar ancaq balaca maşınlar üçündür, yəni fərdi maşınlar üçün. Bu maşınlara qaz vurmaq üçün bunun təzyiqi güclü olmalıdır ki, qaz bunun balonlarını doldura bilsin. Bu da ancaq və ancaq AYNA-nın həyətindədir. Bizə də bir yer verilir. Avtobusun biri 21 dəqiqəyə dola bilir. Amma marşrutun əslində xətdən çıxıb yanacağa getməsi düzgün hal deyil. Marşrut axşamdan qazla doldurulmalı, hazır olmalı, səhər işə başlamalıdır. Yəni bizdə vəziyyət bu formadadır. Neçə dənə xətt bu formadadır. Hamısını xətdən çıxardırıq. “BakuBus”un avtobusları "Koroğlu"da elektriklə işləyənlərdir, hamısı gündüz orada elektriklə doldurulur. Onların da şəraiti olmasa, bizim kimi çətinlik çəkərlər. Yəni onlarda var, bizdə yoxdur".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri