Icma.az
close
up
RU
Avtobus zolaqlarının statusu dəyişir? Tıxaclara təsiri

Avtobus zolaqlarının statusu dəyişir? Tıxaclara təsiri

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev "Yeni Müsavat”a şərhində bildirib ki, Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlərin ayrılması müsbət haldır. A.Nəbiyev vurğulayıb ki, bu qərar çoxdan verilməli idi:

"Çox yerdə qırıq-qırıq xətt çəkilməyib, bu cür xətləmə döngəyə çatmamış edilir. İkinci zolaqda dönmə həm təhlükəlidir, həm də qayda pozuntusudur. Çox yerdə bu nişanlanma edilməyib. Bu isə yolverilməz haldır. Hələ ki, bu istiqamətdə iş görülmür. Digər tərəfdən minik avtomobilləri avtobus zolağına girə bilmirlər, dərhal cərimələnirlər, avtobuslar isə minik avtomobillərinin zolağına rahat şəkildə daxil ola bilirlər, amma cərimə olunmurlar. Dayanma-durma nişanları ilə bağlı vəziyyət də ürəkaçan deyil, hər yerdə quraşdırılıb, amma məhəl qoyan yoxdur. Əslində bayram günlərində dayanmağa icazə var, lakin reallıqda yoxdur. Həftənin tək və cüt günləri üçün dayanma-durma nişanlarını tətbiq etmək lazımdır ki, dayanma-durma problemi həllini tapsın. Bir məsələyə də diqqət çəkmək istəyirəm ki, şəhərin bəzi hissələrində saatlar qoyulmayıb. Bəzi prospektlərdə tıxac olmur, odur ki, avtobus zolağının çəkilməsi, minik avtomobillərinə məhdudiyyət qoyulmasının əhəmiyyəti yoxdur. Düşünürəm ki, şəhərin hər yerində yalnız pik saatlarda-səhər saat 07:00-dan-10:00-a qədər, axşamlar isə 17:00-dan 20:00-a qədər olan müddətdə məhdudiyyət tətbiq olunmalıdır. Pik saatlarda monitorinq aparılmasına ehtiyac var. Axının tənzimlənməsi üçün bu məqsədəuyğun olar. Eyni zamanda tıxacların qarşısını almaq üçün reversiv işıqforlara ehtiyac var. Qanunvericilikdə nəzərdə tutulsa da, tələb olsa da,  təəssüf ki, reallıqda tətbiq olunmur. Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılmasının tıxaca heç bir xeyri olmayacaq. Sərnişinləri mindirib-düşürənə qədər avtobuslar gözləməyə məcbur olacaqlar. Ümid edək ki, qəzalar olmayacaq. Məsələn, yolda 3 zolaq varsa, avtomobillər tıxacda dayanan zaman avtobuslar sürətlə keçib gedir. Halbuki, belə olmamalıdır. Bu, piyadalar üçün risk yaradır”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, avtobus zolaqlarının olduğu, nəqliyyat baxımından konflikt yaşanan bütün ərazilərdə bu tip həll yolları tətbiq olunmalıdır:

"Axşam saatlarında daha bir belə məntəqənin yaradıldığının şahidi olduq. Bu məntəqə Yusif Səfərov küçəsində, Neftçilər xəstəxanasının qarşısında yerləşir. Həmin ərazidə yalnız taksilərə deyil, digər minik avtomobillərinə də sərnişin mindirib-düşürməyə icazə verilir. Qeyd edim ki, orada dayanma və durma tam qadağandır. Sadəcə sərnişin mindirib-düşürmək məqsədilə qısa müddətli, təxminən 3 dəqiqəyə qədər dayanmağa icazə verilir. Belə məntəqələrə şəhərin digər hissələrində də ehtiyac var - xüsusilə 20 Yanvar dairəsi ətrafında, Ziya Bünyadov prospektində və digər əsas yollarda. Eyni zamanda avtobus zolaqlarının problem yaratdığı əsas küçələrdən biri də Neftçilər prospektidir. Bu ərazilərdə də oxşar məntəqələrin yaradılması vacibdir”.

Ekspert qeyd edib ki, demək olar ki, Bakıda avtobus zolağı olan bütün ərazilərdə taksi sürücüləri və digər minik avtomobili sahibləri çətinlik çəkirlər:

"Taksi sürücüləri zolağa daxil olub sərnişin götürməyə tərəddüd edirlər. Bəziləri ikinci zolaqda dayanaraq sərnişin mindirir və ya düşürür ki, bu da ciddi təhlükə yaradır. Çünki avtobus zolağına daxil olduqda sürücülər 100 manat cərimə və 2 cərimə balı ilə üzləşirlər. Digər zolaqda dayananda isə bu, 80 manat və yenə 2 bal ilə cəzalandırılır. Bu vəziyyət nə sərnişinlər, nə də sürücülər üçün uyğun deyil. Biz bu mövzuya dəfələrlə toxunduq, aidiyyəti qurumlara təkliflərimizi verdik. Nəhayət, AYNA bu məsələni nəzərə aldı və icrasına başladı. Sevindirici haldır ki, bu proses artıq başlayıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyun 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri