Avtobusla səfər edənlərə şad xəbər: Yeni imkan yaradıldı
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Biletim.az” portalı ilə “Birbank” arasında əməkdaşlıq sərnişinlərə bilet alışı zamanı yeni ödəniş imkanları yaradıb.
“Yeni Sabah” xəbər verir ki, əməkdaşlıq çərçivəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən sərnişinlər də “Bir Pay” vasitəsilə ödəniş edə, topladıqları “Bir Bonus”lardan bilet alışında yararlana biləcəklər.
Bundan başqa, alınmış bilet geri qaytarıldıqda ödənilən məbləğ dərhal sərnişinin hesabına köçürüləcək. Komissiya xərclərinin azaldılması isə bilet alışı zamanı vətəndaşların ödədiyi ümumi məbləğin aşağı düşməsinə şərait yaradacaq. ShopByBro
Qeyd edək ki, “Biletim.az” portalı vasitəsilə hazırda 62 məntəqəyə 98 istiqamət üzrə onlayn bilet almaq mümkündür. Sistemə 378 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub.
Onlayn bilet satışı sisteminin mərhələli şəkildə sərnişindaşıma sahəsində fəaliyyət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə etməsi nəzərdə tutulur.
Vətəndaşlara mənzil başına daha rahat və təhlükəsiz çatmaq üçün biletləri onlayn qaydada “Biletim.az” portalından əldə etmələri tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 Noyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















