Avtobuslarda yeni sistem: Dövlət güzəştlər tətbiq edə biləcək AÇIQLAMA
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutlar da tezliklə bu sistemə qoşulacaq. Bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Yeniliyin mahiyyətini Redaktor.az-a açıqlayan nəqliyyat eksperti Raqif Raufoğlu qeyd etdi ki, bunun kifayət qədər üstünlükləri var:
"Həqiqətən elə istiqamətlər var ki, ora daşıyıcı üçün çox maraqlı olmur. Daşıyıcı deyir ki, məsələn, mən o istiqamətdə marşrutumu bir az da uzadanda, götürəcəyim sərnişin sayı ilə mənim xərclərim üst-üstə düşmür. Yəni təbii ki, sahibkarın da burada öz marağı var. O da düşünür ki, mən bu məsafəni gedirəmsə, buradan mənim qazancım necə olacaq. Burada artıq o, vətəndaş sayı az oldu, çox oldu, fərq etməyəcək. Dövlətin subsidiyası işə qoşulacaq. Təbii ki, orada da Azərbaycan Nəqliyyat Agentliyi olan müraciətləri nəzərə alaraq bunları müəyyən edəcək. AYNA da bu işi elə nizamlamalıdır ki, boşu-boşuna hər yerə pul xərclənməməlidir. Bu əsaslandırılmış olmalıdır ki, hə, bu istiqamət həqiqətən də vacibdir, insanların müraciətləri çoxdur və yaxud hansısa bir saat məsələsi var ki, məsələn, bu saatdan sonra bu istiqamətdə bu marşrut işləsin. O baxımdan yaxşıdır".
Müsahibimiz yeniliyin digər üstünlüklərindən də bəhs etdi:
"Gözləyirik ki, yaxın gələcəkdə bu sistemdən artıq faydalanaraq dövlət güzəştləri tətbiq edə biləcək. Misal üçün, dövlət daşıyıcıya indi deyə bilmir ki, tələbələrə bu qədər güzəşt elə, təqaüdçülərə bu qədər elə və sair. Çünki o mexanizm yoxdur. Daşıyıcı deyir ki, bəs mən pulumu haradan qazanım da, yəni mənə bu xərclərimin qarşılığını kim verəcək. Amma burada artıq o hissəni də eyni şəkildə bu müqavilə fonunda dövlət öz hesabına təmin edə biləcək. Yəni dövlət bu güzəşti tətbiq etmək istədikdə addım artıq əsaslandırılmış olacaq. Belə ki, müəyyən ediləcək ki, məsələn, nə qədər təqaüdçü və tələbə var, onlara nə qədər faiz güzəşt oluna bilər. Həmin məbləğ daşıyıcıya dövlət tərəfindən ödəniləcək və sistem bu qaydada işləyəcək".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Sentyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















