Icma.az
close
up
RU
Sərnişinlərin NƏZƏRİNƏ: Avtobuslarda yeni sistem tətbiq edilə bilər… KONKRET

Sərnişinlərin NƏZƏRİNƏ: Avtobuslarda yeni sistem tətbiq edilə bilər… KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda ictimai nəqliyyatda üz tanıma sisteminin tətbiqi ilə bağlı müzakirələr gündəmə gəlib. Maraqlıdır, metroda tətbiq edilən üz tanıma sistemi avtobuslara texniki baxımdan nə dərəcədə uyğun ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu sistem metroya aid deyil və hazırda daha vacib işlərin görülməsi lazımdır.

Ekspertin sözlərinə görə, 58 illik metronun fəaliyyəti üçün əsas prioritetlər yeni xətlərin çəkilməsi, mövcud xətlərin genişləndirilməsi, deponun tikilməsi və intervalların azaldılmasıdır:

“Hazırda Dərnəgül deposunun tikintisi, Xocahəsən deposunun ikinci mərhələsinin təkmilləşdirilməsi, elektrik yarımstansiyalarının inşası, rabitə və siqnalizasiya xidmətinin yenilənməsi, həmçinin uzun illər istismarda olan tunellərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Gözlənilir ki, yeni xətlərin tikintisinə gələn ilin sonunda başlanılacaq və layihə 2030-cu ildə tamamlanacaq”, – deyə Ağamirzəyev bildirib.

O, əlavə edib ki, ictimai nəqliyyatda daha aktual məsələlərdən biri Brutto müqavilə modelinə keçiddir.

“Bu sistem həm avtobusların, həm də metronun hər kilometrə görə subsidiya olunmasını, eyni zamanda sərnişinlər üçün müxtəlif bilet paketlərinin təklif edilməsini nəzərdə tutur. Hazırda “BakıKart” və QR bilet sistemi fəaliyyət göstərir. Brutto müqavilələrin tətbiqi ilə paralel olaraq, müxtəlif bilet paketlərinin formalaşdırılması, həmçinin bank kartları ilə ödəniş imkanlarının sürətləndirilməsi vacibdir. MasterCard və Visa kartları ilə yanaşı, Google Pay və Apple Pay kimi ödəniş sistemlərinin də tətbiqinə ehtiyac var.

Üz tanıma bu gün üçün o qədər də vacib element deyil. Onu çox az sayda ölkələr tətbiq edir. Əsas diqqəti metro və avtobuslarda mövcud problemlərin həllinə yönəltməliyik,” – deyə ekspert bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri