Icma.az
close
up
RU
Avtomobil alarkən ən çox edilən səhvlər açıqlandı

Avtomobil alarkən ən çox edilən səhvlər açıqlandı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avtomobil bazarında elan qiyməti ilə real satış qiyməti arasında fərq olması alıcıların seçim prosesini çətinləşdirir. Bəs elan qiyməti ilə real satış qiyməti arasında nə qədər fərq var və alıcı avtomobilin real bazar dəyərini necə müəyyən edə bilər? Hazırda avtomobil alanlar daha çox hansı səhvlərə yol verir və sonradan ən çox nəyə görə peşman olurlar?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, məlum olduğu kimi, Azərbaycan avtomobil bazarı həm yeni, həm də köhnə avtomobillərdən ibarətdir. Onun sözlərinə görə, bəzən elanlarda göstərilən qiymətlə real satış qiyməti arasında fərq olur:
“Avtomobil satan şəxs adətən daha sərfəli qiymətə satmaq istəyir, alıcı isə daha sərfəli qiymətə almağa çalışır. Bu səbəbdən də avtomobili satan şəxs qiyməti bir qədər yüksək təklif edir.
Alıcı real bazar dəyərini müəyyən etmək üçün maraqlandığı avtomobilin markası və modeli ilə bağlı müəyyən araşdırmalar aparır. Onlayn şəkildə bazara baxır, almaq istədiyi avtomobilin eyni modelin buraxılış ili, yürüşü və komplektasiyası ilə maraqlanır və fərqlərə uyğun qərar verir.
Bəli, əslində belə də olmalıdır. Alıcı almaq istədiyi avtomobilin qiymətini eyni marka və modelə aid digər avtomobillərlə müqayisə etdikdən sonra qərar verməlidir.
Ümumiyyətlə, belə bir deyim var: alıcı həmişə təcrübəsizdir. Ən çox edilən səhvlərdən biri avtomobilin yalnız görünüşünə və qiymətinə əsasən alınmasıdır.
Burada əsas məsələ avtomobilin texniki vəziyyətinin yoxlanılmasıdır. Avtomobil servisdə peşəkar və təcrübəli usta tərəfindən yoxlanıl malıdır. Əks halda, alıcı avtomobilin görünüşünə və qiymətinə aldanaraq onu aldıqdan sonra müəyyən problemlərlə qarşılaşa bilər. 
Mühərrikdə, sürətlər qutusunda və digər hissələrdə problemlər yarana bilər. Bunlar da çox xərc tələb edən məsələlərdir. Bu baxımdan, avtomobilin sonrakı təmir xərclərinə daha çox diqqət yetirmək lazımdır.
Məsələn, alıcıların etdiyi səhvlərdən biri də yeni avtomobil alarkən yalnız qiymətə diqqət yetirmələridir. Tutaq ki, avtomobil yenidir. İstehsal olunduğu ölkənin fərqi yoxdur: istər Çin istehsalı olsun, istərsə də digər ölkə istehsalı.
Alıcı baxır ki, avtomobilin qiyməti çox ucuzdur, görünüşü maraqlıdır və onu alır. Amma sonra məlum olur ki, həmin avtomobilin ehtiyat hissələri ümumiyyətlə tapılmır və ya çox bahadır.
Avtomobil ucuz qiymətə təklif olunur, amma sonradan həmin avtomobilin ehtiyat hissələrinin satışından daha çox qazanc əldə edən şirkətlər də olur. Bu da bir növ satış strategiyasıdır. Ona görə alıcı bu cür təkliflərə aldanmamalıdır. 
Avtomobil alarkən onun sonrakı təmir xərclərinə, ehtiyat hissələrinin qiymətlərinə də diqqət yetirməlidir ki, avtomobili aldıqdan sonra üç il və ya beş il ərzində həmin maşına nə qədər servis xərci çəkəcəyini əvvəlcədən bilsin”.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Sentyabr 2026 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri