Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Avtomobil bazarında sərt “ƏYLƏC” KONKRET

Avtomobil bazarında sərt “ƏYLƏC” KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycana idxal olunan minik avtomobillərinin sayı kəskin şəkildə azalıb. Əsas səbəblər kimi kütləvi idxal nəticəsində anbarlarda alıcısını gözləyən nəqliyyat vasitələri, taksi parklarına tətbiq edilən yeni limitlər və istehlakçıların “ikinci əl” bazarına yönəlməsi göstərilir.

Avtomobil bazarında cari ilin ilk dörd ayının rəsmi statistikası sektor üçün olduqca ciddi dönüş mərhələsinin başladığını göstərir. Rəsmi məlumatlara əsasən, 2026-cı ilin yanvar-aprel ayları ərzində ölkəyə gətirilən avtomobil sayında azalma var. Ümumilikdə həmin dövrdə ölkəyə  cəmi 21 120 ədəd avtomobil gətirilib. Ən nəzərəçarpan geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk dörd ayında ölkəyə 30 824 minik avtomobili idxal edildiyi halda, bu ilin eyni dövründə sözügedən rəqəm 18 287-yə düşüb. Bu isə minik nəqliyyat vasitələrinin idxalında 12 537 ədəd, yəni 40,7%-lik azalma deməkdir.

“Böyük həcmdə avtomobil idxal edilib”

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, avtomobil idxalının azalmasının bir neçə səbəbi var: “Əsas səbəblərdən biri ötən il tətbiq olunan güzəştlərin başa çatacağını əvvəlcədən bilən şəxslərin, xüsusilə paralel idxalla məşğul olan fərdi sahibkarların 2025-ci ilin son rübündə ölkəyə daha çox avtomobil gətirməsi ilə bağlıdır. Onlar güzəştlərin bitəcəyini nəzərə alaraq böyük həcmdə avtomobil idxal edib müxtəlif şəxslərin adına rəsmiləşdirərək anbarlarda saxladılar. Həmin avtomobillərin əhəmiyyətli hissəsi bu gün də satışdadır. Nəticədə, ötən ilin sonlarında həyata keçirilən yüksək idxal həcmi cari ilin idxal göstəricilərinə təsir edib və bazarın tələbatının bir hissəsini əvvəlcədən qarşılayıb”.
E.Əliyev bildirir ki, digər mühüm amil isə alıcıların davranışı ilə bağlıdır: “Hər il olduğu kimi, yeni avtomobil almaq istəyənlərin bir qismi ilin ilk aylarında – yanvar, fevral və martda alış qərarını təxirə salır. Bunun səbəbi alıcıların istehsal ili cari ilə uyğun olan avtomobillərə üstünlük verməsidir. Çünki bu, gələcək satış zamanı avtomobilin dəyərinin qorunmasına müsbət təsir göstərir. Son illərdə qüvvədə olan güzəştlər bu tendensiyanı zəiflətsə də, artıq bazarda əvvəlki davranış modeli yenidən müşahidə olunur”.

“Avtomobil gətirmək sərf etmir”

Sədrin fikrincə, hazırda bazarda fərdi şəxslər tərəfindən gətirilmiş, rəsmi zəmanət və servis xidməti olmayan avtomobillərin bir qisminin hətta ötənilki qiymətlərdən daha aşağı qiymətə satıldığı müşahidə edilir: “Bu isə həmin avtomobillərə investisiya yatırmış şəxslərin gözlədikləri müddətdə və qiymətlə satış həyata keçirə bilmədiklərini göstərir. Əvvəllər idxal olunan avtomobillər qısa müddətdə, bəzən 10-15 gün ərzində satılırdısa, indi bəzi hallarda avtomobillər aylarla alıcı gözləyir. Bu vəziyyət investorların risklərini artırır və nəticədə onlar avtomobilləri daha aşağı qiymətlərlə satışa çıxarmağa məcbur olurlar”.

“Söhbət daha çox müvəqqəti durğunluqdan gedir” 

E.Əliyev qeyd edir ki, idxalın azalmasına təsir edən digər amil taksi parklarının yenilənməsi ilə bağlı tətbiq olunan məhdudiyyətlərdir. Taksi fəaliyyəti üçün nəzərdə tutulan kvotalar və limitlər səbəbindən əvvəlki illərlə müqayisədə bu istiqamətdə avtomobil idxalı da azalıb. Bununla belə, mövcud vəziyyətin uzunmüddətli xarakter daşıdığını söyləmək doğru olmaz: “İlin ikinci rübünün sonlarından etibarən idxal tempi yenidən artmağa başlayacaq. Bunun əsas səbəbi ölkənin avtomobil parkının yaşlı olmasıdır. Köhnə avtomobillər dövriyyədən çıxarıldıqca onların yerini yeni avtomobillər tutmalıdır. Bu baxımdan, hazırkı azalma bazar üçün faciəvi və ya kritik vəziyyət deyil. Söhbət daha çox müvəqqəti durğunluqdan gedir və bazarın yaxın dövrdə yenidən aktivləşəcəyi gözlənilir”.

“Vətəndaşlar daha ehtiyatlı qərar verirlər”

İqtisadçı Asif İbrahimovun sözlərinə görə, 40,7 faizlik azalma bazarda diqqətlə izlənilməsi vacib olan tendensiyadır. Lakin bu göstəricini avtomobilə olan marağın azalması kimi xarakterizə etmək doğru olmaz: “Mövcud vəziyyətin formalaşmasında iqtisadi, maliyyə və bazar amillərinin kompleks təsiri var. İlk növbədə nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanda avtomobil idxalı rekord həddə çatmışdı. Xüsusilə 2023–2025-ci illərdə yeni və hibrid avtomobillərə olan yüksək tələbat bazarın müəyyən dərəcədə doyma mərhələsinə keçməsi ilə nəticələnib. Bu səbəbdən, əvvəlki illərdə müşahidə olunan yüksək idxal tempinin eyni sürətlə davam etməsi onsuz da gözlənilən deyildi”.

A.İbrahimovun fikrincə, idxalın azalmasına təsir göstərən digər mühüm amil isə əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Son dövrlərdə avtomobil qiymətlərində, kredit faizlərində, eləcə də sığorta və istismar xərclərində artım müşahidə olunur: “Bu isə vətəndaşları daha ehtiyatlı qərar verməyə, yeni avtomobil alışını təxirə salmağa və ya daha münasib qiymətli alternativlərə üstünlük verməyə vadar edir. Paralel olaraq, bazarda “ikinci əl” avtomobillərə marağın artması da geriləmənin əsas səbəblərindən biridir. Yeni avtomobillərin bahalaşması fonunda bir çox alıcı daha sərfəli seçim kimi işlənmiş nəqliyyat vasitələrinə yönəlir. Qeyd edək ki, bu tendensiya yalnız Azərbaycanda deyil, qlobal miqyasda da müşahidə olunur. Xarici amilləri də unutmaq olmaz. Qlobal avtomobil bazarında istehsalçıların qiymət siyasəti, logistika xərclərinin artması, valyuta məzənnələri, beynəlxalq daşıma tarifləri və təchizat zəncirindəki dəyişikliklər avtomobil idxalının həcminə birbaşa təsir göstərir. Eyni zamanda, bəzi istehsalçıların kütləvi şəkildə elektromobil və hibrid modellərə keçidi bazarda ciddi struktur dəyişiklikləri yaradır”.

“Uzunmüddətli tendensiya kimi qiymətləndirmək tezdir”

İqtisadçı bildirir ki, hazırkı azalmanı hələlik uzunmüddətli tendensiya kimi qiymətləndirmək tezdir. Avtomobil bazarı mövsümi xarakter daşıyır və iqtisadi dəyişikliklərə qarşı olduqca həssasdır: “İlin ikinci yarısında kredit bazarındakı aktivlik, yeni modellərin satışa çıxarılması, stimullaşdırıcı kampaniyalar və istehlakçı davranışlarındakı müsbət dəyişikliklər vəziyyəti asanlıqla dəyişə bilər. Hazırkı azalma, əslində, bazarın yüksək artımdan sonra “normallaşma” mərhələsinə keçdiyini göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri