Icma.az
close
up
RU
Avtomobil bazarında SON VƏZİYYƏT

Avtomobil bazarında SON VƏZİYYƏT

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) bu ilin iyun ayı üzrə açıqladığı avtomobil indeksi ölkənin avtomobil bazarında qiymət sabitliyinin qorunduğunu, eyni zamanda bazarın strukturunda yenilənmə meyillərinin gücləndiyini göstərir.
Palatadan Bizim.Media-ya bildirilib ki, iyunda avtomobil indeksi 103,5 bənd təşkil edib.
Göstərici 2025-ci ilin dekabr ayı üzrə baza dövrü ilə müqayisədə qiymət səviyyəsinin yüksək qaldığını göstərsə də, may ayına nisbətən 0,6 % azalıb. Palatanın qiymətləndirməsinə görə, bu dinamika bazarda kəskin ucuzlaşmadan deyil, qiymətlərin sabitləşməsi və tarazlaşmasının davam etməsindən xəbər verir.
 

Hesabat dövründə median satış qiyməti 17 900 manat olub və əvvəlki ayla müqayisədə ciddi dəyişməyib. Orta qiymətdə qeydə alınan cüzi azalma isə bazara daha aşağı qiymətli avtomobillərin daxil olması və satış strukturundakı dəyişikliklərlə izah edilir. Qeyd olunur ki, beynəlxalq qiymətləndirmə metodologiyalarına əsasən bazardakı real qiymət dinamikasını ən dəqiq əks etdirən göstərici median qiymət hesab olunduğundan, iyunda ümumi qiymət səviyyəsi sabit qalıb.


İyun ayında bazarın 91,8 %-ini ikinci əl avtomobillər təşkil edib. AQP bunu istehlakçıların daha əlçatan qiymət seqmentinə üstünlük verməsi, eləcə də yeni avtomobillərin qiyməti və maliyyələşdirmə imkanları ilə əlaqələndirir.
Bazarın model strukturunda sedan avtomobillər 46,3 % payla liderliyini qoruyub. SUV və krossoverlərin payı isə 26,9 %-ə yüksələrək artım tendensiyasını davam etdirib.
Palatanın qiymətləndirməsinə görə, bu dinamika alıcıların daha funksional, təhlükəsiz və komfortlu avtomobillərə, xüsusilə ailə istifadəsi üçün nəzərdə tutulan modellərə marağının artdığını göstərir. Satışa çıxarılan avtomobillərin orta yaşı 14,7 il, orta buraxılış ili isə 2011-ci il olub. Bu göstəricilər ölkənin avtomobil parkının orta yaşının hələ də yüksək olduğu və yenilənmə prosesinin mərhələli şəkildə davam etdiyi vurğulanır.
İyun ayında satışa çıxarılan avtomobillərin orta yürüşü 210 min kilometrdən bir qədər artıq olub. Əvvəlki aylarla müqayisədə aşağı olan bu göstərici bazara daha az istismar olunmuş avtomobillərin daxil olduğunu göstərir və avtomobillərin texniki vəziyyəti ilə bazar dəyərinə müsbət təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.
 

Hesabat ayında aktiv satış elanlarının sayı 43 318-dən 41 192-yə enib. Təxminən 4,9 %-lik azalma əsasən mövsümi amillərlə izah olunur. AQP hesab edir ki, yay mövsümünün başlanması ilə satış aktivliyinin nisbətən zəifləməsi bazarın ümumi likvidliyinə ciddi təsir göstərməyib və bazarda rəqabət mühiti qorunub.


Palatanın proqnozuna görə, mövcud tendensiyalar fonunda bu ilin yay aylarında da avtomobil bazarında ciddi qiymət dəyişiklikləri gözlənilmir. Avtomobil İndeksinin 103-105 bənd intervalında dəyişəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, AQP hər ay daşınmaz əmlak, avtomobil və tikinti sektorları üzrə indekslər hazırlayaraq bazarın vəziyyətini əks etdirən analitik hesabatlar dərc edir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 İyul 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri