Avtomobil uşaqların üzərinə sürüldü: Ölənlər var
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Niderlandın Zelandiya əyalətində avtomobilin velosiped sürən məktəblilərdən ibarət qrupun üzərinə çıxması nəticəsində ikisi uşaq olmaqla üç nəfər həlak olub. Avtosfer.az bu barədə Oxu.az-a istinadən xəbər verir. Hadisə yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 14:30 - red.) Terhole yaşayış məntəqəsi yaxınlığındakı avtomobil yolunda baş verib. Avtomobil məktəb ekskursiyasında iştirak edən uşaqların və onları müşayiət edən böyüklərin olduğu qrupa çırpılıb. Nəticədə iki uşaq və bir böyük həyatını itirib. Daha dörd uşaq ağır vəziyyətdə Belçika və Niderlandın yaxınlığındakı xəstəxanalarına çatdırılıb. Qəzanın başvermə səbəbləri hələlik açıqlanmayıb. Məktəblilərdən ibarət qrupun üzərinə avtomobil sürən şəxsin motivləri və onun istintaqdakı statusu da dəqiqləşdirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 12 İyun 2026 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















