“Qarabağ”ın futbolçusundan şok açıqlama: “Titul uğrunda iki komanda mübarizə aparacaq”
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Çox yaxşı və gərgin oyun alındı". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Jali Muaddib deyib.
Yarımmüdafiəçi Misli Premyer Liqasının IX turunda səfərdə "Sabah"la qolsuz heç-heçə etdikləri qarşılaşma barədə fikirlərini bölüşüb:
"Bəlkə də qələbəyə daha yaxın idik. Rəqib də yaxşı oyun sərgilədi. Ümumiyyətlə, "Sabah" yaxşı komandadır. Göstərdiyimiz oyundan qürur duya bilərik. Ümid edirəm ki, onlara qarşı növbəti matçda qələbə qazana biləcəyik".
Fransalı futbolçu çempionluğa iddialı komandaların duelində qol vurulmamasına da münasibət bildirib:
"Siz digər oyunlarda komandaların neçə qol vurduğuna baxmalısınız. Mən düşünürəm ki, hər iki komanda çox yaxşı müdafiə olunur və topsuz oyunda da yaxşı çıxış edir. Ona görə də heç kim qol vura bilmədi. Biz digər komandalara qarşı da çox qol buraxmırıq. "Sabah" da həmçinin".
Muaddib çempionluq uğrunda mübarizənin iki komanda arasında gedəcəyini düşündüyünü bildirib. O, həmin komandalardan birinin "Qarabağ" olduğunu desə də, digərinin adını açıqlamayıb:
"Mən düşünmürəm ki, titul uğrunda mübarizə bu üç komanda arasında olacaq. İki klub sona qədər mübarizə aparacaq. Yəni, məncə, rəqiblərimizdən biri ritmi izləyəcək. Bizimlə başqa bir komanda arasında mübarizə gedəcək. Düşünürəm ki, titul uğrunda mübarizə bizim və həmin komandanın digər rəqiblərlə qarşılaşmalarında müəyyənləşəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 26 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















