Avtomobildə dörd saat ilanla səyahət: Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK KEÇİRDİ
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadisə ilə üzləşib. Belə ki, Yasamal rayonundan çıxan avtomobildə ailə üzvləri ilanla qarşılaşıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, ilan avtomobilin üzərində yol boyunca hərəkət edib və dörd saatlıq səyahət ərzində maşını tərk etməyib.
Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb.
Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içərisinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların qızması, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər.
Ən çox müşahidə olunan ərazilərin isə Yasamal rayonu, Sabunçu və Binəqədi, Qaradağ və Hövsan istiqamətlərinin olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 İyun 2025 01:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















