Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK yaşadı VİDEO
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadisə ilə üzləşib. Belə ki, Yasamal rayonundan çıxan avtomobildə ailə üzvləri ilanla qarşılaşıb.
Demokrat.az xəbər verir ki, ailənin Musavat.com-a verdiyi məlumata görə, ilan avtomobilin üzərində yol boyu hərəkət edib və dörd saatlıq səyahət ərzində maşını tərk etməyib.
Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb.
Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içərisinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların qızması, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər.
Ən çox müşahidə olunan ərazilər isə Yasamal rayonu, Sabunçu və Binəqədi ətrafı, Qaradağ və Hövsan istiqamətlərinin olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 İyun 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















