Avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması travma riskini 3 dəfə artırır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Bu ilin ötən dövründə moped, motosiklet və skuter qəzaları nəticəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 3 nəfər, avtoqəza ilə bağlı isə 52 nəfər müraciət edib. Bu göstərici ümumi avtoqəza travmalarının çox kiçik bir hissəsini təşkil edir və təxminən 5,8 faizdən azdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında keçirilən canlı yayım zamanı sözügedən institutun baş direktorunun müavini, baş həkim Nizami Məmmədov səsləndirib.
Onun sözlərinə görə, yanvar ayı ərzində nəqliyyatla bağlı travmalar əsasən avtomobil qəzaları ilə əlaqədar olub, ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən hadisələr isə nisbətən az qeydə alınıb. “Bununla belə, ümumdünya statistikasına nəzər saldıqda, motorlu ikitəkərli nəqliyyat vasitələrinin — motosiklet, moped və skuterlərin yol qəzalarında mühüm yer tutduğu müşahidə olunur. Xüsusilə gənc sürücülər və şəhərdaxili nəqliyyatda hərəkət edənlər risk qrupuna daxildirlər. Statistik baxımdan az görünməsinə baxmayaraq (yalnız 3 hal), ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən travmaların yol təhlükəsizliyi strategiyalarında xüsusi diqqətdə saxlanılması zəruridir”, - deyə o vurğulayıb .
Nizami Məmmədov bildirib ki, avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması riski bir neçə dəfə artırır və bu, gündəlik təcrübədə ən ağır travmaların əsas səbəblərindən biridir. “Tibbi və yol təhlükəsizliyi araşdırmalarına əsasən, təhlükəsizlik kəməri taxılmadıqda travma riski təxminən 3 dəfə artır. Çünki qəza zamanı avtomobildən kənara atılma riski 20–30 dəfə daha çox olur. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda da biz çox vaxt eyni mənzərə ilə rastlaşırıq. Qəza ağır olmayıb, sürət yüksək olmayıb, lakin kəmər taxılmadığı üçün xəstə ciddi xəsarətlərlə xəstəxanaya gətirilib. Halbuki həmin anda təhlükəsizlik kəməri taxılmış olsaydı, bu xəsarətlərin böyük hissəsinin qarşısını almaq mümkün idi. Həmçinin motorlu ikitəkərli nəqliyyat vasitələrinin qəzası zamanı müraciət edənlərin əhəmiyyətli hissəsində qoruyucu geyimlər (dəbilqə, dizlik, dirsəklik, qoruyucu gödəkcə) olmur və ya natamam olur. Qoruyucu vasitələrdən istifadə edənlərdə travmalar, adətən, yüngül toxuma zədələri, səthi sınıqlar və daha az baş-beyin travması ilə məhdudlaşır, əməliyyat və reanimasiya ehtiyacı xeyli azalır. Əksinə, qoruyucu geyimdən istifadə etməyənlərdə baş-beyin travmaları, açıq sınıqlar, ağır ətraf və onurğa zədələri daha tez-tez qeydə alınır, sağalma müddəti uzanır və ağırlaşma riski yüksəlir. Xüsusilə dəbilqə baş və üz zədələrinin qarşısını almaqda həlledici rol oynayır”, - deyə baş həkim diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 28 Yanvar 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















