Avtomobili insanların üzərinə sürən Cabbarla bağlı yeni detallar: bu ölkələrə...
Icma.az, Publika.az saytına istinadən bildirir.
FTB Luiziana ştatının Yeni Orlean şəhərində avtomobili izdihamın üzərinə sürən şəxsin 2024-cü ilin iyununda Misir və Kanadaya getdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agenti Lyonel Myrthil Yeni Orlean hücumu ilə bağlı mətbuat konfransı keçirib.
Myrthil bildirib ki, Şəmsud Din Cabbar hücumu həyata keçirərkən ağıllı eynək növündən istifadə edib:
“Təcavüzkarın 2024-cü ilin iyununda Misirə, oradan da Kanadaya getdiyi müəyyən edilib və onun səfərlərinin məqsədi araşdırılır. Hazırda bütün sübutların Cabbarın təkbaşına hərəkət etdiyini göstərir”.
Qeyd edək ki, yeni ilin səhər saatlarında Yeni Orleanda Burbon küçəsində avtomobilin izdihamın üzərinə düşməsi nəticəsində 15 nəfər ölüb, 35 nəfər yaralanıb.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 06 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















