Icma.az
close
up
RU
Avtomobilləri soyuqdəymədən necə qorumaq olar? Faydalı tövsiyələr

Avtomobilləri soyuqdəymədən necə qorumaq olar? Faydalı tövsiyələr

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təxminən bir həftədən sonra qış fəsli "rəsmi şəkildə" ölkəmizə qədəm basacaq.

 Qış fəslinin başlamasına saylı günlər qalsa da artıq ölkə ərazisində temperatur aşağı düşüb, qarlı və şaxtalı günlər başlayıb.

Digər fəsillərlə müqayisədə qış fəslinin qayğıları daha çoxdur. Soyuq və qarlı havalarda müşahidə olunan problemlərdən biri də avtomobillərlə bağlı olur. Statistika göstərir ki, qışda həm yol qəzalarının sayı artır, həm də avtomobillərdə tez-tez texniki problemlər ortaya çıxır. Elə bu səbəbdən də sürücülər qış fəslinin çətinliklərinə vaxtında hazırlaşmalıdırlar. Onu da qeyd edək ki, qış fəslinin olduqca sərt keçdiyi Rusiyada avtomobillər soyuq və şaxtalı havalara daha hazırlıqlı olurlar.

Buna görə də, Rusiyalı mütəxəssislərin bu mövzudakı tövsiyələri hər zaman yüksək rəğbətlə qarşılanır:


 - Soyuq və şaxtalı havalarda suyun donması avtomobillərdə müşahidə olunan ən ciddi problemlərdən biridir. Donmanın qarşısını almaq üçün mütləq antiflizdən istifadə olunmalıdır. Mütəxəssislər belə hesab edirlər ki, suyun tərkibinə qatılacaq antifrizin keyfiyyəti burada həlledici olur. Buna görə də antifliz alarkən qabın üzərində bu məhsulun tərkibi, harda istehsal olunduğu, donma dərəcəsi və digər məlumatların yazıldığına diqqət etmək lazımdır. Onu da bildirək ki, antiflizin donma dərəcəsini ev şəraitində də yoxlamaq mümkündür. Belə ki, aldığınız antifilizi istifadə etməzdən əvvəl, bir qaba tökərək soyuducuda saxlamaqla donma dərəcəsini təyin edə bilərsiniz.


 - Diqqət edilməsi gərəkən başqa bir məqam isə təkərlərlə bağlıdır. Qarlı və buzlu havalarda avtomobillərə taxılan təkərlərin üzərlərindəki naxışlar daha hündür (yüngül minik maşınlarında 9-10 mm) olmalıdır və yaxşı olar ki, bu naxışlar bir-birinə paralel deyil, çarpaz şəkildə yerləşsin. Təkərlərindəki naxışların hündürlüyü 5 mm-dən az olan avtomobilləri qarlı yollarda sürmək məsləhət görülmür. Həmçinin qarlı və buzlu yolda hərəkət edərkən təkərlərin təzyiqi nisbətən aşağı salınmalıdır. Təkərlər nə qədər saz olursa-olsun qış fəslində avtomobillərdə mütləq təkər zənciri saxlanılmalıdır. Onu da unutmayaq ki, qar üzərində hərəkət zamanı təkərlər islanır və dayandıqdan sonra donmağa başlayır. Ona görə də, yola çıxmazdan əvvəl təkərlərin donunu açmaq lazımdır.


 - Avtomobillərin tormoz sisteminə texniki baxış keçirmək və qış rejiminə hazır olub-olmadığını yoxlamaq lazımdır. Qış fəsli yaxınlaşdığı zaman köhnə "nakladkaları" yenisi ilə əvəz etmək daha məqsəduyğundur.


 - Soyuq havalarda akkumulyatorlar daha çox enerji sərf etdiklərindən onlara daha çox nəzarət edilməlidir. Əgər akkumulyatordan 3 ildən artıq istifadədə olunubsa dəyişdirilməlidir. Doldurulması mümkün olan akkumulyatorlardan istifadə olunursa, onu vaxtlı-vaxtında doldurmaq lazımdır.


 - Şüşələrin və güzgülərin qızdırılıb-qızdırılmadığı yoxlanılmalıdır. Həmçinin digər elektrik qızdırıcı cihazlara nəzarət edilməlidir. Qış fəslində avtomobillərin duman faralarının saz vəziyyətdə olmasına isə xüsusi diqqət tələb olunur./Yeniavaz.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see140

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see139

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see130

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see124

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see121

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see121

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see121

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see120

Paytaxt klubunda kapitanla yeni müqavilə

03 İyun 2025 01:13see120

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see119

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see119

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see118

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see118

Benzin qiymətlərinə endirim: Yeni MƏBLƏĞ

03 İyun 2025 01:00see115

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see115

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see114

McLaren 750S in xüsusi versiyası buraxılacaq

03 İyun 2025 02:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri