Icma.az
close
up
RU
ADA Universitetində beynəlxalq dialoq: Müstəmləkə düşüncəsinin XXI əsrdəki izləri müzakirə olundu

ADA Universitetində beynəlxalq dialoq: Müstəmləkə düşüncəsinin XXI əsrdəki izləri müzakirə olundu

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

İyunun 4-də ADA Universitetində “Müasir beynəlxalq münasibətlərdə müstəmləkə düşüncəsinin davamlılığı” mövzusunda dəyirmi masa keçirilib.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfransın iştirakçılarının da olduğu dəyirmi masada müstəmləkə düşüncəsinin və müasir beynəlxalq münasibətlərin davamlılığı müzakirə edilib.

Tədbirə ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç moderatorluq edib.

BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun üzvü June Soomer müstəmləkəçilərin məqsədinin öz ölkəsini inkişaf etdirmək və zənginləşdirmək üçün müstəmləkə edilmiş torpaqlardan ehtiyatların çıxarılması olduğunu və onların heç birinin bu hərəkətlərini səhv hesab etmədiyini vurğulayıb. “Karib adalarına gələn avropalılar milyonlarla yerli əhali ilə qarşılaşdılar. Cəmi 11 ildən sonra onların sayı yüz minlərlə azaldı. Kolumbun gündəlikləri bu xalqların qonaqpərvərliyinə dəlalət edir. Lakin qonaqpərvərlik qətllərlə qarşılandı və kütləvi soyqırımına səbəb oldu. Yerli əhali məhv edildikdən sonra torpaqlar ələ keçirildi. Müstəmləkəçilər rəhbərlərinə müraciət edərək, bunu bu torpaqlarda guya “insan olmadığı” ilə əsaslandırdılar. Torpaqları ələ keçirərək adaların adlarını dəyişdirdilər və onlara aid olduqlarını iddia etdilər”, – deyə June Soomer diqqətə çatdırıb.

ABŞ-ı təmsil edən İdarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin bildirib ki, tarixən müstəmləkəçilikdən əziyyət çəkən, səs hüququ olmayan xalqlar tədricən Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq platformalardan istifadə edərək öz inkişaflarına dair fikirlərini ifadə etmək imkanı əldə etdilər. O qeyd edib ki, dekolonizasiya səyləri tam özünüidarəetmənin ərazi təminatı məsələlərinə aid olan BMT Nizamnaməsinin XI fəslinə əsaslanır. “1946-cı ildə dünyanın 74 koloniyasının siyahısını tərtib etmək üçün təməl qoyuldu. Vaxt keçdikcə bu siyahı azaldı, lakin həmişə qanuni səbəblərdən deyil. Bəzi ərazilər müstəmləkəçilərin tam özünüidarəetməni təmin etmək üçün minimum standartlar hazırlamadan öncə xaric edilib”, – deyə beynəlxalq məsləhətçi əlavə edib.

O vurğulayıb ki, 1946-1960-cı illər arasında özünüidarə hüququ olmayan bəzi ərazilər siyahıdan çıxarıldı. Bu, xüsusilə Fransız ərazilərinə aid idi. Bu ərazilərin bəziləri yenidən baxıldıqdan sonra siyahıya qaytarıldı.

Cənub Sakit Okeanı Universitetində baş müəllim Lorenz Rudolf Gonschor öz növbəsində müstəmləkəçiliyin yalnız siyasi strukturlarda deyil, düşüncə tərzində də özünü göstərdiyini qeyd edib. “Məsələn, Ficinin paytaxtı Suva şəhərində küçələr İngilis müstəmləkə xadimlərinin adlarını daşıyır: Elizabeth street, Queen street, Victoria street, Gordon street. Ficiyə məxsus küçə adları olsa da, onlar yalnız ingilis rəhbərliyi ilə əməkdaşlıq edən liderlərlə əlaqəlidirlər. Bu, müstəmləkə düşüncəsinin bölgənin ictimai yaddaşına təsirinin davam etdiyini göstərir”, – deyə o bildirib.

Daha sonra fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://dogru.az
archiveBu xəbər 04 İyun 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri