Avtomobillərin utilizasiyası dayandırılacaq? Rəsmi açıqlama
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.
Bu, "Tullantılar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.
Bəs, bu proses avtomobillərin utilizasiyasını dayandıracaqmı?
Məsələ ilə bağlı “Təmiz Şəhər” ASC-yə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq qurumdan Bizim.Media-ya biıdirilib ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi ölkədə məqsədli büdcə fondlarının fəaliyyətinin və büdcə maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi prosesi ilə bağlıdır:
“Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Fərmanından irəli gəlir. Qeyd edək ki, nəzərdə tutulan dəyişikliklər mövcud mexanizmlərin ləğvini deyil, onların daha səmərəli təşkili və təkmilləşdirilməsini nəzərdə tutur.
Nəzərinizə çatdırırıq ki, nəqliyyat vasitələrinin utilizasiyası proqramının maliyyələşdirilməsində, güzəştlərin və birdəfəlik ödənişlərin verilməsində heç bir dayanma olmayacaq. Proqram fəaliyyətini davam etdirəcək, proseslər isə yeni idarəetmə mexanizminə uyğun şəkildə həyata keçiriləcək”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 13 Noyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















