Icma.az
close
up
RU
AXC nin 1919 cu ildə həbs etdiyi ilk rus casusu

AXC nin 1919 cu ildə həbs etdiyi ilk rus casusu

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yelizaveta Smıslova Azərbaycan əks-kəşfiyyatı tərəfindən ölkəmizdə həbs edilmiş ilk casusdur. Hollivud filmlərinə layiq bu dedektiv süjet hələ uzaq 1919-cu ilin 29 mart tarixində Gəncədə baş verib.

O vaxt Novruz bayramı ərəfəsində Gəncədəki hotellərə həmişəki kimi Rusiyadan xeyli qonaq gəlir. Penza şəhəri sakini, sarışın fotomodel Yelizaveta İvanovna Smıslova belələrindən yalnız biri idi.

1919-cu ilin Novruz şənliklərindən sonra 27 yaşlı yasavul Səməd bəy Yusufov öz adını bu qadının şifrəli dəftərçəsində görüb qəfil diksinir. Sevgilisi barədə axır bir acı qənaətə gəlir ki, sən demə, bu qadın casusdur və Azərbaycan ordusu haqda dəftərçəsinə topladığı şifrəli məlumatları vaxtaşırı rus kəşfiyyatına ötürür.

Özündə qəfil əks-kəşfiyyatçı istedadı aşkarlayan yasavul Səməd bəy elə həmin gün Azərbaycan ordusunun Baş Qərargah rəisi general-leytenant S.A. Sulkeviçə yazılı müraciət edir. Tezliklə cavab alır: “Fotomodeli izləyin. Hər növbəti addımı barədə bizi xəbərdar edin”.

Yasavul Səməd bəy Yusufovun öz sevgilisi Smıslova ilə münasibətlərində özünü elə ilk dəqiqələrdən həqiqi, anadangəlmə kəşfiyyatçı kimi aparması, bəli, o vaxt aidiyyəti qurumları xeyli təəccübləndirir. General-leytenant Sulkeviç qərara gəlir ki, Azərbaycan ordusunda, Daxili İşlər Nazirliyində Əks-kəşfiyyat şöbəsi yaradıb rəhbərliyini tapşırmaq lazımdı yasavul Səməd bəy Yusufova. 31 mart 1919-cu ildə o, daxili işlər nazirinə bu barədə geniş məzmunlu bir məktub ünvanlayır: “General S. B. Mehmandarov məndən nə vaxtdır xahiş edir ki, öz idarəmdə Əks-kəşfiyyat şöbəsi yaradım. Bu məqsədlə mən yasavul Səməd bəy Yusufovu Bakıya ezam edirəm. 1520 saylı teleqramda göstərdiyim kimi, o, Gəncədəki rus casuslarının izinə düşüb. İpucları təkcə Gəncə ilə kifayətlənmir. Gedib çıxır Bakıdakı rəsmi dövlət qurumlarına. Qısası, əks-kəşfiyyat bölmələrini orduda, mülkü idarələrdə yaratmasaq, düşmənlərimiz tərəfindən labüd ölümə məhkumuq. Əks-kəşfiyyat işini ancaq ən seçilmiş Azərbaycan zabitlərinə həvalə etmək olar. Bu sahəni erməni, rus mütəxəssislərinə qətiyyən etibar etmək olmaz. Cümhuriyyətimizə sonsuz sədaqət…bax budu bizim ana hədəfimiz”.

Səməd bəy Yusifovun səlis ruscası, zadəgan ədaları fotomodeli aldadır. Qadın elə bilir qarşısındakı rus zabiti İvanov Georgiy Aleksandroviçdir.

Smıslova ağqvardiyaçı general Denikin kadrlarından idı. Bildiklərini ağqvardiyaçıların qərargahına ötürür, birbaş ordan təlimatlandırılırdı. Azərbaycanda rus kəşfiyyatının qurduğu şəbəkəyə çoxlarını cəlb etməyi bacaran bu qadın, növbə yasavul Səməd bəy Yusufova gəlincə, möhkəm büdrəyir.

Dindirmə zamanı rus zabiti İvanovun saxta maskasını sifətindən çıxaran yasavul Yusufov öz sevgilisini şoka salır. Öz həqiqi adını dilinə gətirir. Bu psixoloji zərbəsi ilə Smıslovanı əməlli-başlı sarsıdır.

Kənar müşahidəçilər-kiçik zabit Ağalarov, mütəxəssis İ. İ. Viktoroviç bu mənzərəyə xüsusi diqqət verirlər. Qeyd edirlər yasavul həm də yaxşı psixoloqdur. Dindirmələrdə iştirakı vacibdir. İkinci bu cür əks-kəşfiyyatçını analar hələ doğmayıblar Azərbaycanda.

Araşdırmaların bütün sənədlərini bir qalın qovluğa yığan general Mehmandarov daxili işlər nazirinə aşağıdakı teleqramını göndərir: “Könüllü Rus ordusuna, general Denikinə, habelə ermənilərə işləyən casus Yelizaveta Smıslova Gəncədə ələ keçib. Onu ilk növbədə Gəncədə inşa etdiyimiz cəbbəxana, silah-sursat anbarları barədə məxfi məlumatlar maraqlandırıb. Gəncə qarnizonunda şəbəkənin bir başqa üzvləri də aşkarlanaraq həbsə atılıb. İşlə əlaqədar Bakıda növbəti həbslərin keçirilməyi vacibdir. Siyahını şifrəli mətnlə məktubuma əlavə edirəm”.

2 aprel 1919-cu ildə, gecə vaxtı, Musavat əks-kəşfiyyatı Çernışevlərin Bakıdakı mənzilində axtarış keçirib məxfi seyfdə Denikin kəşfiyyatının tam arxivini aşkarlayırlar.

Əməliyyat-axtarış tədbirləri zamanı ilk Azərbaycan əks-kəşfiyyatçıları xüsusi istedadlarını dəfələrlə nümayiş etdirib düşmənlərini təəcübləndirirlər. Sənədlər ayrıca dəst-xətt ekspertiziyasından keçirilir. Bəlli olur ki, bu sənədlər kimin, hansı gizli agentin qələmindən çıxıb. İzi götürən bizimkilər gəlib çıxırlar Dokuçayev adını daşıyan bir zabitin məxfi mənzilinə.

Əməliyyatçılar kiçik detalları belə nəzərdən qaçırmırlar. Məhz bu xırdalıqlardan start götürərək böyük cinayətlərin arxasınca düşürlər. Şifrələri deşifrə edib gizli mətnlərin mənasını anlayırlar.

Xəzərin digər sahilində-indiki Aktau şəhəri ərazisində o vaxtlar çox güclü radioqovşağı vardı. Ağqvardiyaçılar məhz bu ünvandan Moskvadan tutmuş Tehrana qədər böyük ərazini öz nəzarətləri altında saxlayır, bölgədəki real vəziyyət barədə məlumatlar əldə edirdilər. Sonra bu məlumatları Bakıdakı Britaniya nümayəndəliyinə satırdılar. Talış-Muğan bölgəsindəki rus malakan kəndləri, habelə Gürcüstan hökuməti ilə Bakı arasındakı məxfi əlaqələr də, sən demə, rus kəşfiyyatının tam nəzarəti altındaymış.

Rus kəşfiyyatı Bakıdakı xəbərçiləri ilə 12 piləli qonorar sistemi əsasında iş görürdü. Birinci dərəcəli xəbərə 5 manat pul verilirdi. Ən vacib sənədlər ayrıca dəyərləndirilirdi. Məsələn, Müsavat nazirləri arasındakı dedi-qodulara bir dəfə 1000 manat pul verilmişdi. Nə idi bu informasiya? Allah bilir, ancaq biz bilmirik. Görünür, dedi-qodular çoxmuş o zaman, bizim milli qəhrəmanlar arasında…

9 noyabr 1919-cu ildə baş verən hadisələrə general Denikinin münasibəti rəsmi sənədlə Bakıya göndərilir. Sənəddə Denikin Azərbaycandakı bütün rus zabitlərini ölkəni tərk etməyi əmr edir: “Azərbaycan hökuməti rus ordusuna qarşı açıq düşmənçilik sərgiləyir. Zabitlərimizi kütləvi şəkildə həbsə alaraq qazamatlarda çürüdür. Azərbaycan habelə xaincəsinə Ermənistan ərazisinə ordu yeridib”.
Qısası, ənənə davam edir.
Azərbaycan əks-kəşfiyyatının ilk start meydançası, sərrast atəşi gördüyümüz kimi çox uğurlu imiş.
Bu günkü əməliyyatlar haqda isə düz 100 il sonra eşidəcəksiz.

Həmid Herisçi

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Aprel 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri