Icma.az
close
up
RU
AXC nin buraxdığı ilk markalar bu sistemdə qeydiyyatdan keçirilib FOTOLAR

AXC nin buraxdığı ilk markalar bu sistemdə qeydiyyatdan keçirilib FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2021-ci ildən başlayaraq ölkəmizdə buraxılan bütün markalar Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliya İnkişafı Assosiasiyası (World Association for the Development of Philately – WADP) tərəfindən yaradılmış Nömrələmə Sistemi (The WADP Numbering System – WNS) vasitəsilə qeydiyyata alınır. Bu da AZCON Holding şirkətlərindən olan “Azərpoçt” markalarının nüfuzunun daha da artmasına, beynəlxalq müsabiqə və sərgilərdə iştirak etməsinə imkan yaradır.

"Unikal" xəbər verir ki,  “Azərpoçt” MMC Azərbaycanda marka sahəsini inkişaf etdirərək növbəti mühüm və tarixi bir missiyanı gerçəkləşdirib. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) buraxdığı ilk poçt markalarını “WNS” vasitəsilə rəsmi qeydiyyatdan keçirib. Bu addım Azərbaycan dövlətçilik və poçt tarixinin çox keçmişə söykəndiyini sübut etməklə yanaşı, tarixi mirasın beynəlxalq müstəvidə qorunmasına da birbaşa xidmət edir.

Qeyd edək ki, 1918-ci ildə AXC qurulduqdan bir il sonra, 1919-cu il 6 oktyabrda Azərbaycan Poçt və Teleqraf Nazirliyi yaradılıb. 20 oktyabr tarixində isə Azərbaycanın ilk poçt markaları nazirlik tərəfindən buraxılıb. 

10 növdə buraxılmış markaların rəssamı Zeynal Əlizadə olub. O, hərəsindən bir neçə fərqli rəngdə olmaqla bütün markaları əsasən 4 təsvir üzərində işləyib. Bu markaların əsas mövzusunu Azərbaycan cəmiyyətinin iki daşıyıcı insan obrazı, eləcə də tarixi-memarlıq abidələri təşkil edir: belə ki, sözügedən markalarda əlində Azərbaycan bayrağı və tüfəng tutan əsgər, əlində oraq tutaraq tarlada məhsul yığan kəndli, özündə Şirvanşahlar sarayı, Cümə məscidi, Qala divarlarını əks etdirən orta əsrlərə dair Bakı şəhərinin panoramı və Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Atəşgah məbədi əks olunub. 

“Azərpoçt”un bu bu addımı Azərbaycan dövlətçiliyi tarixinin təbliğatına xüsusi bir töhfə kimi dəyərləndirilə bilər. 

Marka buraxılışı üzrə ÜPİ-nin qəbul etdiyi tələblər bu sahədə etibarlılıq və leqal statusun təmin olunmasında mühüm rol oynayır. Belə ki, poçt operatorları tərəfindən buraxılan markaların ÜPİ-nin “WNS” qeydiyyat sistemində yer alması onların beynəlxalq miqyasda rəsmi statusla tanınmasını təmin edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri