Icma.az
close
up
RU
BNF nin İşçi qrupunun ilk iclası keçirilib FOTOLAR

BNF nin İşçi qrupunun ilk iclası keçirilib FOTOLAR

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Yük daşımalarının səmərəliliyi və rəqəmsallaşdırılması” üzrə İşçi qrupunun ilk iclası olub. Hibrid formatda keçirilən toplantıda Azərbaycanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri təmsil ediblər. 

Avtosfer.az xəbər verir ki, çıxışlarda Azərbaycanın tranzit potensialının inkişafına yönələn institusional mexanizmlər, o cümlədən Şuranın fəaliyyəti barədə məlumat verilib.  

Həmçinin Azərbaycan ərazisindən keçən Şimal–Cənub və Şərq–Qərb (Orta Dəhliz) beynəlxalq nəqliyyat dəhlizlərində ölkəmizin rolu, tranzit yükdaşımaların davamlı artımı və konteyner daşımalarının genişlənməsi, bu dəhlizlərin inkişaf hədəflərindən danışılıb. Həmçinin tranzit yükdaşımalardakı mövcud çətinliklər təhlil olunub, bu istiqamətdə görülən tədbirlər diqqətə çatdırılıb.  

Bildirilib ki, infrastrukturun inkişafı ilə yanaşı, institusional koordinasiya, rəqəmsal uyğunluq və regional əməkdaşlıq da paralel şəkildə gücləndirilməlidir. BNF katibliyi Azərbaycanın təcrübəsinin aparılan araşdırmaya əhəmiyyətli töhfə verəcəyini vurğulayıb. 

Sözügedən İşçi qrupu BNF-yə üzv ölkələrin təsdiqlədiyi 2026–2027-ci illər üzrə İş Proqramı çərçivəsində fəaliyyət göstərir. Mövcud beynəlxalq təcrübəni əhatə edən hesabatın, üzv ölkələr üzrə müqayisəli təhlilin və siyasət tövsiyələrinin hazırlanması nəzərdə tutulur. Azərbaycanın BNF-yə sədrliyi dövründə qəbul edilmiş “Beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması” üzrə siyasət tövsiyəsi İşçi qrupunun əsas istinad sənədlərindən olacaq. Leypsiq şəhərində keçirilən zirvə toplantısında Orta Dəhlizlə bağlı səsləndirilən təkliflər də tədqiqat prosesində nəzərə alınacaq. 

Azərbaycanın bu İşçi qrupunda fəal iştirakı və onun sədrliyi ilə qəbul edilən beynəlxalq sənədlərə istinad olunması ölkəmizin beynəlxalq nəqliyyat siyasətinin formalaşdırılmasına verdiyi töhfəni bir daha nümayiş etdirir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Sentyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri