AXCP fəalı Famil Xəlilova hökm oxunndu 3 il şərti cəza verildi
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Narkotik vasitələri hazırlama, saxlama, daşıma ittihamı ilə saxlanılan Famil Xəlilovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Famil Xəlilova 2 il sınaq müddəti seçilməklə 3 il şərti cəza verilib.
Qeyd edək ki, Famil Xəlilov 2024-cü ilin mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Famil Xəlilov ötən ilin dekabr ayında ev dustaqlığına buraxılıb./APA
Baxış sayı:89
Bu xəbər 06 Fevral 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















