Icma.az
close
up
RU
AXCP ni kim bitirib: Əli Kərimli, ya…

AXCP ni kim bitirib: Əli Kərimli, ya…

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“5-ci kolon” Əli Kərimlidən “əsl müxalifət” düzəltmək istəyirdi

Əli Kərimli yenə hay-küy salaraq, rəhbərlik etdiyi partiyadan saxlanılanların, təzyiqə məruz qalanların olduğunu bildirir və bunu özünə qarşı yönəlmiş növbəti addım adlandırır. Görünür, Əli Kərimlinin özü üçün hazırladığı “məhbus” siyahısını artırmaq lazımdır ki, daha sonra hansısa manipulyasiya imkanı əldə etsin. 

Amma artıq zaman və dövran dəyişdiyindən, siyahısını da ancaq özü oxuyur, özü o haqda danışır. Manipulyasiyası üçün də nə meydan, nə də şərait var. Özlüyündə bunu anladığından, ətrafında qalan azsaylı şəxsləri də öz müdafiəsinə yönəldib.

Onsuz da partiyasında “dişə vurulacaq” ciddi siyasi fiqur qalmayıb, olanlar da ancaq Əli Kərimli kimi düşünüb, onun kimi danışmağa məhkumdurlar. 

Məsələn, Fuad Qəhrəmanlı bu günlərdə uzun bir status yazıb və Əli Kərimli də öz tezisləri əsasında yazdırdığı bu statusu sosial şəbəkə hesablarında paylaşıb.  Qəhrəmanlı “Partiya sədri Əli Kərimlinin ətrafı hədəf götürülərək son iki ayda onu mühafizə edən, öz maşını ilə tədbirlərə aparan 8 cəbhəçi həbs olunub, onlardan 2-nə isə cinayət işi açılıb. Bu, baş verənlərin məqsədi aydındır, hakimiyyət hazırkı beynəlxalq vəziyyəti fürsət bilərək, müstəqil medianı, vətəndaş cəmiyyətini olduğu kimi indi də demokratik müxalifəti bitirmək istəyir”,-deyə yazır.

Amma Fuad Qəhrəmanlı da eynən lideri kimi unudur ki, müasir AXCP-ni hər hansı repressiyalarla bitirməyə ehtiyac yoxdur, çünki onu əbədi sədr seçdikləri Əli Kərimli özü çoxdan bitirib. Partiya üçün əmək sərf edən, cəmiyyətdə nüfuzu olan, yəni həm də dolayısı ilə Əli Kərimliyə potensial rəqibə çevrilə biləcək hər kəs partiyadan min bir oyun, şər, böhtan və şantajla uzaqlaşdırılıb, bir qismi isə Əli Kərimlinin oyunlarına alət olmamaq üçün özləri partiyanı tərk ediblər.

Fuad Qəhrəmanlı bu prosesi partiyada nəsil əvəzlənməsi prosesi adlandırısa da, bu, nəsil əvəzlənməsi yox, daha aldadıla bilməyənlərin mümkün qədər aldadıla bilənlərlə əvəz edilməsidir. 

Ona görə də Əli Kərimlinin ətrafında kimsə görünmür, amma əlinin altında bir-iki nəfər onun TROLluğunu edənlər var ki, onlar da siyasi cameədə, cəmiyyətdə nüfuzları ilə yox, trolluqları ilə tanınırlar. Buna görə də Fuad Qəhrəmanlının AXCP-ni bitirmək üçün repressiyalara ehtiyac duyulduğunu deməsi reallıqdan işıq ili qədər uzaqdır. 
Olmayan bir partiyanı bitirməyə nə hacət?

F.Qəhrəmanlı Əli Kərimlinin hər zaman həsrətində olduğu 2019-cü illə bir paralel apararaq yazır: 

“Bugünkü həbslərlə bağlı bir hadisəni xatırlatmaq yerinə düşər. 2019-cu ilin yanvarında partiya rəhbərliyinə daxil olan şəxslərin əksəriyyəti həbsdə idi və o zaman 19 yanvar mitinqinə hazırlığı pozmaq üçün partiyanın xeyli sayda aparıcı səxsləri də inzibati qaydada saxlanılmısdılar. Ancaq nəticə nə oldu ? AXCP son 20 ilin ən kütləvi mitinqini həbsdə olan şəxsləri əvəz edən və heç kimin tanımadığı sıravi cəbhəçilərin təşkilatçılığı ilə keçirməyi bacardı”. 

Günümüzdən deyil, 6 il əvvəl baş verənləri xatırlatmaqla təsəlli tapmaq özü onun mənsub olduğu təşkilatın bitməsini təsdiqləməkdir. Yaxın tarixə nümunə göstərəcək heç nə tapa bilməyən Fuad Qəhrəmanlı da, elə Əli Kərimli özü də bilirlər ki, indi 2019-cu il deyil. 

2019-cu ildə Əli Kərimlini güclü göstərmək istəyənlər vardı və əsas dəstəyi məhz onlardan - dövlətin içindəki “5-ci kolon”dan alırdı. Məhz “5-ci kolon” Əli Kərimlidən “əsl müxalifət” düzəltmək istəyirdi və bunun üçün zaman-zaman hakimiyyət imkanlarından istifadə edərək ona dəstək verirdi. 

Ancaq 2019-cu il elə həmin ildə də qaldı və “5-ci kolon”un hakimiyyət rıçaqlarını itirməsi ən çox Əli Kərimlinin real gücünü ortaya qoydu. O gündən bu günə Əli Kərimli istər AXCP, istərsə də Milli Şura adına dəfələrlə kütləvi aksiya vədi versə də, bu vəd “Facebook”-dan kənara çıxa bilmədi. 

Ona görə də çox əsəbidir, hər xırda məsələdən də özünə xal yığmağa çalışır, keçmişləri xatırladıb nümunə göstərir. Amma şüuraltı özü də anlayır ki, “bəlkə də qaytardılar” xülyası həm Qarabağ məsələsi, həm də “5-ci kolon” kimi tarixə qovuşub. Buna görə də Əli Kərimli özünə və partiyasına qarşı repressiya səs-küyü salmaqdansa, niyə bu vəziyyətə düşdüyünü təhlil edib, özünə hesabat verib, istefasını açıqlasa, daha yaxşı olardı...

Süleyman Yusifov
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 May 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri