Icma.az
close
up
RU
AXCP sədri Əli Kərimli haqqında hökmlə bağlı apellyasiya məhkəməsi başladı

AXCP sədri Əli Kərimli haqqında hökmlə bağlı apellyasiya məhkəməsi başladı

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında Nəsimi Rayon Məhkəməsinin hökmündən verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.

Bizimyol.info xəbər verir ki, AXCP sədri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə təqsirli bilinməsi və 1500 manat cərimələnməsi barədə Nəsimi rayon Məhkəməsinin 2 dekabrda çıxardığı hökmdən apellyasiya şikayəti verib.

Hakim Faiq Qəniyevin sədrliyilə keçirilən ilkin baxış iclasında Əli Kərimli iştirak etməyib. Onu vəkili Fəxrəddin Mehdiyev təmsil edib.

Qarşı tərəf – Əli Kərimlinin ona böhtan atdığını iddia edən keçmiş AXCP üzvü Aydın Əliyev isə məhkəmədə iştirak edib.

Hakim Faiq Qəniyev tərəflərdən vəsatətlərinin olub-omadığını dəqiqləşdirib. Tərəflər indiki mərhələdə vəsatətlərinin olmadığını bildirib.

Məhkəmə baxışı 6 fevrala təyin edilib.

Xatırladaq ki, Əli Kərimliyə qarşı 2019-cu ildə partiyadan uzaqlaşdırılmış, sonradan məhkəmə qərarı ilə bərpa edilmiş Aydın Əliyevin qaldırdığı iddia əsasında hökm çıxarılıb. Aydın Əliyev bildirib ki, Əli Kərimli bir sıra internet televiziyalarına müsahibələrində onu AXCP ideyalarına sədaqətli olmamaqda ittiham edib. Onu partiyadan uzaqlaşdırıblar.

Əli Kərimli isə iddianın əsassız olduğunu, onun çıxışlarında böhtan xarakterli heç bir ifadə olmadığını bildirib. Onun sözlərinə görə, Aydın Əliyevin addımları AXCP-nin siyasətinə zidd olub, bu səbəbdən partiya onun xaric edilməsinə qərar verib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri