Icma.az
close
up
RU
Hibrid təhdid alətləri olan Əli Kərimli və AXCP nin iflası

Hibrid təhdid alətləri olan Əli Kərimli və AXCP nin iflası

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir dövrdə dövlətlərin təhlükəsizliyinə yönələn təhdidlər klassik hərbi əməliyyatlardan kənara çıxaraq, hibrid xarakter daşıyan mürəkkəb forma alıb. Bu kontekstdə Xalq Cəbhəsi Partiyasının (AXCP), onun liderləri və havadarlarının, o cümlədən vaxtilə “Milli Şura” adı altında birləşən ünsürlərin dağıdıcı fəaliyyətləri hibrid təhdid kimi dəyərləndirilməlidir.

XXI əsrin geopolitik reallığına uyğun olaraq formalaşan hibrid müharibə konsepsiyası üstünlüyü hərbi toqquşma strategiyasına deyil, hədəf ölkədə daxili sabitliyi sarsıtmağa, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlətin idarəetmə sistemini zəiflətməyə və beynəlxalq imicini zədələməyə verir. Postsovet məkanında tətbiq edilən və artıq sınaqdan keçmiş bu metodlar isə daha da təkmilləşdirilərək müəyyən mexanizm halını alıb.

Hibrid təhdid aləti kimi istifadə olunan AXCP və “Milli Şura”da təmsil olunanların ritorikalarında adətən demokratiya, insan hüquqları və islahatlar kimi universal dəyərləri vasitə kimi işlətmələri birbaşa Azərbaycanda çaxnaşma yaratmaq istəyən kənar qüvvələrin maraqlarına xidmət edir. Məqsəd regionun lider dövləti olan Azərbaycanın müstəqilliyinə təhlükə yaratmaq, digər dövlət(lər)dən asılılığını artırmaq, regionda baş verən prosesləri idarə edəcək qüvvələri formalaşdırmaq və dəstəkləməkdir.

Bəs Azərbaycanda bu fəaliyyətlər necə həyata keçirilib... 

Başında Ramiz Mehdiyev durmaqla, AXCP və onun liderləri vasitəsilə həyata keçirilməyə çalışılan çevriliş planı çoxsəviyyəli struktura malik olub. Birinci mərhələdə ictimai narazılığın yaradılması və mövcud hakimiyyət orqanlarının legitimliyinin sual altına alınması təmin edilməli idi. Bunun üçün sosial media platformaları və “müstəqil media” kimi təqdim edilən saytlar vasitəsilə “ənənəvi müxalifət” nümayəndələri qismində cəmiyyətə sırınan ünsürlərin çıxışları intensiv dezinformasiya kampaniyası formasında həyata keçirilirdi.

İkinci mərhələdə seçki proseslərinin saxtalaşdırılması iddiaları, kütləvi etirazlar və küçə aksiyalarının təşkili ilə xarakterizə olunmalı idi. Bu mərhələdə xarici media resursları, beynəlxalq qeyri-hökumət təşkilatları və digər kanallar aktivləşdirilərək Azərbaycana qarşı beynəlxalq təzyiq yaradılırdı.

Üçüncü və son mərhələdə isə “Milli Şura” adı altında hakimiyyətin ələ keçirilməsi nəzərdə tutulurdu. Bu ssenariyə görə ölkədə siyasi böhran pik həddə çatdırılaraq, dövlət aparatının iflic olması və ya nəzarətdən çıxması təmin edilməli idi.

AXCP yaranan gündən orada xəyanətkar mövqeyinə görə xüsusi seçilən Əli Kərimli uzun illər maskalanaraq özünü Azərbaycan müxalifətinin aparıcı siması kimi təqdim edib. Onun missiyası sistemli şəkildə hakimiyyətin legitimliyini şübhə altına almaq, Azərbaycan əleyhinə çıxışlar etməklə ölkəni gözdən salmaq və küçə aksiyaları təşkil etməklə sosial gərginlik yaratmaq olub.

Təhlillər göstərir ki, onun xarici dairələr və təşkilatlarla intensiv əlaqələri Azərbaycanın milli maraqlarına zidd tezislərin yayılmasına xidmət edib. Kərimlinin ritorikası hər zaman ölkə daxilində sosial parçalanmanı dərinləşdirmək və beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirməyə hesablanıb. Son vaxtlar ortaya çıxan faktlar isə göstərir ki, bu məsələlərdə onun ən böyük dəstəkçisi, habelə bütün prosesləri idarə edən “gizli əl” məhz Ramiz Mehdiyev olub.

Ramiz Mehdiyev‒Əli Kərimli tandeminin fəaliyyəti xüsusilə gənc nəslin radikallaşdırılması və anti-dövlət hərəkatların təşviqi ilə əlaqələndirilir. Mehdiyev Kərimlinin əli ilə koordinasiya etdiyi şəbəkələr vasitəsilə küçə etirazlarının təşkilini, sosial media vasitəsilə müxtəlif dezinformasiyaların yayılmasını və hakimiyyətə qarşı nifrət nitqinin genişləndirilməsini həyata keçirib.

Bu cür fəaliyyətlər hibrid təhdidin klassik komponentləridir və xarici kuratorların metodoloji dəstəyi olmadan effektiv şəkildə icra edilə bilməzdi. Burada diqqət çəkən başqa bir məqam isə bu cür fəaliyyətlərin həyata keçirilməsində Rusiyada yaşayan bəzi azərbaycanlıların maliyyə imkanlarından istifadə olunması və diaspor üzərindən siyasi tələblərin irəli sürülməsi idi.

Hibrid təhdidin ən güclü komponenti informasiya manipulyasiyalarıdır. AXCP vasitəsilə həyata keçirilən kampaniyalar sosial şəbəkələrdə saxta hesabların yaradılması, Əli Kərimlinin birbaşa rəhbərliyi ilə fəaliyyət göstərən trol qruplarının manipulyativ məzmunun yayılması və ictimai rəyin yönləndirilməsi kimi elementləri əhatə edir.

Xüsusilə Vətən müharibəsi dövründə və ölkəmiz üçün digər həssas dönəmlərdə bu cür informasiya əməliyyatları intensivləşdirilərək, cəmiyyətdə çaşqınlıq və qorxu mühiti yaratmağa hesablanmışdı. Saxta xəbərlər, montaj olunmuş videolar və kontekstdən çıxarılmış faktlar ictimai şüurun manipulyasiyası üçün istifadə olunurdu.

Xəyanətkar fəaliyyətin digər bir istiqaməti isə AXCP-nin və “Milli Şura”nın Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi nümayəndələrinin müntəzəm şəkildə müxtəlif platformalarda Azərbaycan əleyhinə çıxışları idi. Ötən müddət ərzində AŞPA-da, Avropa Parlamentində, müxtəlif qeyri-hökumət təşkilatları və media qurumları vasitəsilə Azərbaycan dövləti əleyhinə kampaniyalar aparılıb. Bu kampaniyalar zamanı faktlar təhrif edilərək, birtərəfli fikir formalaşdırılıb, ölkəmiz haqqında daim neqativ mövqe nümayiş etdirilib.

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının peşəkarlığı sayəsində üstü açılan bu xəyanət planı ilə bağlı məlumatlar göstərir ki, ölkədə kütləvi iğtişaşlar və dövlət çevrilişi üçün sistematik hazırlıq həyata keçirilirmiş. Bu fəaliyyətlər gizli formada keçən görüşlər, məxfi məlumatların mübadiləsi, maliyyə kanallarının yaradılması, müxtəlif qrupların formalaşdırılması və sair anti-dövlət tədbirlərini əhatə edib.

Dövlət Təhlükəsizlik Xidmətinin operativ tədbirləri nəticəsində “Dövlət Şurası”nın əsas firqurantları müəyyənləşdirilib və xain planın qarşısı alınıb. Bu uğur, eyni zamanda, Azərbaycanın dövlət qurumlarımın peşəkarlığını və hibrid təhdidlərə qarşı hazırlığını bir daha nümayiş etdirib.

AXCP və onun xarici kuratorlarının planlarının fiaskoya uğramasının bir neçə əsas səbəbi var. Başlıca səbəbi, Azərbaycan cəmiyyətinin xalqımıza qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsidir. Eyni zamanda, dövlətçilik təcrübəsinin əvvəlki onilliklərlə müqayisədə xeyli güclənməsi, ictimaiyyətin manipulyativ texnikalara qarşı daha müqavimətli olub təxribatlara uymamasındadır. 

İkincisi, dövlət aparatının institutlaşması və peşəkar kadr potensialının güclənməsi təhlükəsizlik baxımından əhəmiyyətli nailiyyətdir. Müvafiq qurumlarımız artıq hibrid təhdidləri vaxtında aşkar etmək və zərərsizləşdirmək bacarığına yiyələniblər.

Üçüncüsü, dövlət başçımızın strateji və milli maraqlarımıza söykənən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və regional əhəmiyyətinin artmasıdır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq layihələrində əldə olunan uğurlar Azərbaycanın beynəlxalq müstəvidə dəstək görməsinə şərait yaradıb, sabitləşdirici amilə çevrilib.

Yerləşdiyimiz region tarixən böyük dövlətlərin maraqlarının toqquşduğu bölgə olduğu üçün müxtəlif dövlətlər burada nüfuzunu saxlamaq məqsədilə bundan sonra da fərqli alətlərdən istifadə edəcəklər. Və Rusiyanın Ukrayna ilə müharibəsi bitdikdən sonra Cənubi Qafqazda təsir dairəsini bərpa etməyə çalışacağı heç bir şübhə doğurmur. Fiaskoya uğramış “Milli Şura” və AXCP kimi psevdo-strukturlar isə bu strategiyanın hissəsi kimi yenə də regional balansın və daxili sabitliyin pozulması üçün istifadə ediləcəklər. Ona görə də, bu cür “birliklər” vaxtında zərərsizləşdirilməlidir.

Hibrid təhdidlərlə mübarizə kontekstində Mehdiyev-Kərimli tandeminin çevriliş cəhdlərinin ifşası və iflasa uğraması əslində bütün postsovet məkanı üçün örnək ola bilər. Azərbaycan təcrübəsi göstərir ki, vahid milli maraqlar ətrafında birləşən, qanunlara hörmət edən və xarici manipulyasiyalara qarşı həssas olan cəmiyyət istənilən hibrid təhdidi dəf edə bilər. Dövlət institutlarının şəffaflığı, vətəndaşlarla effektiv kommunikasiya və ictimai etibarın qorunması isə ölkəmiz üçün bu mübarizədə həlledici rol oynayır. 

Ramid Namazov

Milli Məclisin deputatı,

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri