“AXCP nin Azərbaycan Xalq Cəbhəsi Hərəkatı ilə heç bir əlaqəsi olmayıb” Etibar Məmmədov DANIŞDI
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Əli Kərimli və digər həbs olunan şəxslər haqqında məhkəmənin qərarı olmadan heç bir fikir bildirə bilmərəm. Bu proseslər hələ istintaq mərhələsindədir və mən onların fəaliyyəti haqqında rəsmi məlumat almış deyiləm”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov deyib.
O bildirib ki, bu səbəbdən də bütün məlumatları yalnız istintaq tamamlandıqdan və məhkəmə qərarları çıxandan sonra öyrənmək olar:
“Mən Əli Kərimli ilə heç vaxt bir partiyada olmamışam. Fəaliyyət göstərdiyimiz müddətdə heç vaxt Ramiz Mehdiyevlə də əlaqəmiz olmayıb. Mən 1991-ci ildə partiyadan ayrılmışam.
Ramiz Mehdiyev isə yalnız 1995-ci ildə gəlib. Xalq Cəbhəsi Hərəkatı yarananda Əli Kərimli tələbə idi”.
Onun sözlərinə görə, indiki AXCP-nin fəaliyyətinin Azərbaycan Xalq Cəbhəsi Hərəkatı ilə heç bir əlaqəsi olmayıb:
“Həbs olunan şəxslərin fəaliyyəti və onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı məlumatı yalnız istintaq orqanları toplayır və aparır. Mən şəxsi olaraq bu barədə heç bir məlumat sahibi deyiləm. Jurnalistlərin yazdığı ehtimallar və iddialar əsasında fikir bildirmək düzgün deyil, çünki rəsmi məlumat hələ təqdim olunmayıb.
Əgər dövlətə xəyanət və dövlət çevrilişi cəhdi kimi ağır cinayətlər varsa, bunlar çox ciddi hüquqi məsuliyyət doğurur. Belə cinayətlər Cinayət Məcəlləsinə görə ciddi cəza tələb edir və ağır nəticələrə səbəb olur. Bu cəza hətta ömürlük həbsə qədər çata bilər”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov deyib.
O bildirib ki, bu səbəbdən də bütün məlumatları yalnız istintaq tamamlandıqdan və məhkəmə qərarları çıxandan sonra öyrənmək olar:
“Mən Əli Kərimli ilə heç vaxt bir partiyada olmamışam. Fəaliyyət göstərdiyimiz müddətdə heç vaxt Ramiz Mehdiyevlə də əlaqəmiz olmayıb. Mən 1991-ci ildə partiyadan ayrılmışam.
Ramiz Mehdiyev isə yalnız 1995-ci ildə gəlib. Xalq Cəbhəsi Hərəkatı yarananda Əli Kərimli tələbə idi”.
Onun sözlərinə görə, indiki AXCP-nin fəaliyyətinin Azərbaycan Xalq Cəbhəsi Hərəkatı ilə heç bir əlaqəsi olmayıb:
“Həbs olunan şəxslərin fəaliyyəti və onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı məlumatı yalnız istintaq orqanları toplayır və aparır. Mən şəxsi olaraq bu barədə heç bir məlumat sahibi deyiləm. Jurnalistlərin yazdığı ehtimallar və iddialar əsasında fikir bildirmək düzgün deyil, çünki rəsmi məlumat hələ təqdim olunmayıb.
Əgər dövlətə xəyanət və dövlət çevrilişi cəhdi kimi ağır cinayətlər varsa, bunlar çox ciddi hüquqi məsuliyyət doğurur. Belə cinayətlər Cinayət Məcəlləsinə görə ciddi cəza tələb edir və ağır nəticələrə səbəb olur. Bu cəza hətta ömürlük həbsə qədər çata bilər”.
Leyla Turan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:“Xalq Cəbhəsi” qəzeti23
20 Noyabr 2024 23:02
Etibar Məmmədov özəl gününə AXCP və Müsavatı niyə dəvət etməyib? AÇIQLAMA
02 Aprel 2025 12:54
Xalq Cəbhəsi bitmiş bir məfhumdur Bəhruz Məhərrəmov
02 Dekabr 2025 11:47
Azərbaycan ABŞ tərəfdaşlığının intellektual cəbhəsi
19 Noyabr 2025 11:14
Xalq Cəbhəsi məni tək qoydu...Seçkilərdən yorulmuşuq
28 İyun 2025 20:43
Baxış sayı:78
Bu xəbər 11 Dekabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















