Icma.az
close
up
RU
“Xalq dövlətə etibar edir” SOSİOLOQ DANIŞDI

“Xalq dövlətə etibar edir” SOSİOLOQ DANIŞDI

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hər zaman insan cəmiyyətində etibar, bir-birinə güvənmək, bir-birinə dayaq durmaq kimi ali duyğular mübahisələrə səbəb olub. Etibarlı olmaq, etibarsızlıq nə deməkdir ki? Bu sual ətrafında həmişə mübahisələr olur. İnsanlar, sözsüz ki, toplumun bir hissəsi olaraq öz maraqları naminə bir çox addımlar atırlar. Bəzən dostlaşdıqları adamları satırlar, bəzən ən yaxın adamlarla ünsiyyət yaradır, sevgi, dostluq münasibətləri sərgiləyirlər". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultoloq, sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, amma müəyyən məqamda, onlara sərf eləməyən hallarda etibarsız çıxırlar, onlara ehtiyac olan vaxtda onların yanında olmurlar: "Beləcə insanlar haqqında belə bir təsəvvür yaranır ki, etibarsızlıq insanların marağından irəli gələn bir duyğu, hiss, addım, hərəkətdir. Sözsüz ki, böyük mənada götürəndə siyasi qüvvələrə, iqtisadi qurumlara, dövlət qurumlarına, ictimai təsisatlara etibarlılıq və etibarsızlıq cəmiyyətə də təsir edir. Azərbaycanda digər ölkələrlə müqayisədə dövlət qurumlarına, ali rəhbərliyə, ağsaqqal-ağbirçəyə, toplumun liderlərinə həmişə etibar olunub və onlardan çox şey gözlənilir. Bəzən anlamırıq ki, onlar da insandır, hansısa bir addımı, hərəkəti, sözü bizim xoşumuza gəlməyə bilər. Xüsusilə də ictimai düşüncənin sosial şəbəkələrə və internetə daşındığı bir dövrdə yaşayırıq. O zaman anidən bir addımına görə qəhrəman edilən şəxs, bir neçə vaxtdan sonra etibarsızcasına qara kütlə və yaxud müəyyən qüvvələr tərəfindən nüfuzdan salına bilər.Ona görə də bu fəlsəfi anlayış olaraq etibar, etibarsızlıq, güvənmək və s. bunlar sinonim anlayışlardır, bir-birinə yaxın mənalar daşıyır. Onlarla bağlı yekdil fikir yoxdur. Əlbəttə, dövlət və dövlətçilik o zaman möhkəm olur ki, insanlar ona etibar edə bilirlər. Toplumun liderləri dini xadim, ictimai şəxs, mədəniyyət xadimi, ədəbiyyat adamı əgər insanların etibarına sui-istifadə edirsə, bu, sosial əlaqələri və ictimai münasibətləri zəiflədə bilər.

Bir çox hallarda biz bunun canlı şahidi olmuşuq. Ən axırıncı hadisə-Venezuela hadisəsində bunu görə bilərik. Bu baxımdan da sosial əlaqələr zamanı, ictimai münasibətlər zamanı, ədəbi-tarixi proseslər zamanı ordunun sərkərdəyə, xalqın dövlət rəhbərinə, insanların din xadiminə münasibətindən çox şey asılıdır. Qarabağ müharibəsi zamanı biz böyük mənada etibar nümayiş etdirdik və bir çox hallarda gördük ki, bu, bizi böyük zəfərə, qələbəyə gətirdi. Biz dövlətə inandıq, etibar etdik. Dövlət partiyasına inandıq, etibar etdik və bu da qələbənin əsas məhək daşına çevrildi. Amma bir çox siyasi partiyalar var ki, xalqın etibarından sui-istifadə etdilər, hətta iri məmurlarla birləşib xalqın inamını sarsıtmağa çalışdılar. Son hadisələr də göstərdi ki, belə olan zaman müəyyən mənada qüvvələrin bir hissəsi dövlətçilikdən inciyə bilər, küsə bilər.

Amma ümumən götürəndə xalq yenə də dövlətin yanındadır və dövlətə etibar edir, dövlətin rəsmi nümayəndələrinə, rəsmi təsisat və qurumlara da etibar edir. Sosial əlaqələr, əlbəttə, çox mürəkkəb proseslər və münasibətləri özündə ehtiva edir və onu yalnız etibar–etibarsızlıq, güvən və güvənsizliklə izah etmək olmaz. Sosial əlaqələrin o qədər qatları var ki, etibarlılıq onun yalnız bir hissəsidir və bəzən o qədər də böyük əhəmiyyət kəsb etmir. Müəyyən mexanizmlər var ki, onlar ədalət və etibarlılıq prinsipinə güvənir. Ona görə də toplum bu münasibətlərdə hər zaman etibara və etibarsızlığa böyük önəm verməyə bilər. Amma əlbəttə ki, ictimai əxlaq düşüncəsi baxımından etibarlılıq önəmlidir və insanlar buna xüsusi fikir verməlidirlər. Çünki hər hansı formada etibarsızlıq, cəmiyyətin ayrı-ayrı nümayəndələri arasında inamsızlığa yol aça bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri