Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

AXCP və Milli Şura rəhbərliyi istintaqın mərkəzindədir ŞƏRH

AXCP və Milli Şura rəhbərliyi istintaqın mərkəzindədir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Əli Kərimliyə ağır ittiham, hakimiyyəti zorla ələ keçirmə maddəsi üzrə təhqiqat genişlənir

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail Rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər. Onların evində axtarış aparıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar. Məhəmməd İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Dindirilmələrdən məlum olub ki, ssenarisi Rusiyada yazılan əsas şübhəli əməliyyatlar məhz 2012-2013-cü illərdə başlayıb. 2012-ci ildə Ramiz Mehdiyevin Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa da, onun müdafiə etdiyi yaxın dostu - Abbas Abbasov Rusiyada hamının “Milyarderlər İttifaqı” kimi tanıdığı “Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı”nı yaradıb. IBRUS (IB - İbrahimbəyov, RUS - Rüstəm) şirkətinin sahibi Rüstəm İbrahimbəyov Abbas Abbasovla birlikdə "Milyarderlər İttifaqı"nın Koordinasiya Şurasının üzvü olur. Bundan dərhal sonra Rüstəm İbrahimbəyov missiyası çərçivəsində "Milyarderlər İttifaqı"nın kapitalı ilə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli ilə birlikdə "Milli Şura"nı yaradıb. Əli Kərimli isə daha bir ciddi səhvə yol verərək tənəzzülə uğramış AXCP-ni Rusiyada yaşayan Rüstəm İbrahimbəyov tərəfindən yaradılmış "Milli Şura"nın alətinə çevirib. Bütün bu məlum hadisələrin daha dərin sübutları Ramiz Mehdiyevin evindən çıxan şok telefon danışıqları üzə çıxdıqdan sonra aşkarlanıb. Maraqlı bir fakt da odur ki, qeyd olunan kapital sonrakı illərdə də AXCP adı ilə Əli Kərimlinin evinə daxil olub, bu vəsaitin bir hissəsi iğtişaşlara cəlb olunan şəxslərə və sairə təklif edilib.

Əli Kərimlinin fasiləsiz mitinqlərinin Ramiz Mehdiyev vəzifədən gedən kimi dərhal kəsilməsi faktı artıq uzun müddətdir ki, bir çoxlarının diqqətini çəkir.

Mətbuatda əvvəllər yayılmış məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən AXCP sədrinin evində aparılan axtarış zamanı "Milyarderlər İttifaqı" ilə əlaqələrə aid materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış və mətbuatda dərc edilməmiş məktubun ilk redaktə olunmuş variantı, eləcə də digər sənədlər aşkar edilib. 

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, siyasi fəaliyyətlə məşğul olanların həbs olunmasını qətiyyən istəməzdim. Çünki bu sıxıntıları özü də vaxilə yaşadığından, hər zaman cəmiyyətdə siyasi münasibətlərin və rəqabətin mədəni səviyyədə aparılmasını arzulayıb. Deputatın sözlərinə görə, buna rəğmən, düşünür ki, hakimiyyət orqanlarının əlində yetərli səviyyədə əsaslar olmasaydı, həm uzun müddət dövlət orqanlarında ən yüksək postlardan birinə sahib olmuş Ramiz Mehdiyevin dövlət əleyhinə fəaliyyəti ilə bağlı, həm də onunla radikal müxalifətçiliyin idolu kimi özünü təqdim edən Əli Kərimlinin əməkdaşlığı ilə bağlı məqamlar üzrə bu cür sərt addımlar atılmazdı: "Hər halda istintaq orqanları bu cinayət işini hərtərəfli araşdırdıqdan sonra daha aydın mənzərə üzə çıxacaqdır. Sadəcə bir məqamı vurğulaya bilərəm ki, bu, radikal müxalifətçiliyin gəlib çıxa biləcəyi proqnozlaşdırılan dalanlardan biridir. Barışmaz müxalifətçilik mövqeyindən durub mötədil müxalif siyasət kursu sərgiləyən bizlərə illərdir olmazın böhtan və şantajlarını rəva görənlərin yenidən bir durum dəyərləndirməsinə ehtiyac var. Barışmaz deyibən hakimiyyətə qarşı hər cür düşmən ünsürlərlə birlikdə olmağa sıradan bir məsələ kimi yanaşanların indi dövlətə qarşı hər cür qüvvə ilə müttəfiqlikdə günahlandırılması da artıq ehtimaldan çox bir reallıq kimi qəbul oluna bilir". 

Parlament üzvü dəfələrlə konkret irad bildirdiyi bir məsələni yenidən xatırladıb: "Qərb demokratiyasını ideallaşdırıb, Azərbaycanda liberal dəyərlərin bərqərar olması üçün mübarizə apardığını bəyan edən AXCP və ya Milli Şuranın dırnaqarası öndərlərinin İrançı teokratik totalitarizmi təbliğ edən və dünyəvi dövlətimizə qarşı cihadı ali məqsədinə çevirmiş Taleh Bağırzadənin dəfələrlə müdafiəsinə qalxmalarının izahını verən hələ ki, tapılmadı. İndi də qarşılaşılan situasiya bu məsələdən elə də fərqli deyildir. Artıq bundan sonrası illərdir yalançı hədəflərlə, vədlərlə aldatdıqları insanların öz düşüncələrinə yenidən baxmasına qalır".

Millət vəkili, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də deyib ki, Ramiz Mehdiyev barəsində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət işinin başlaması son dövrlərin əsas gündəm mövzusu idi. Deputat bildirib ki, AXCP sədri Əli Kərimlinin, AXCP və Milli Şura rəhbərliyinin bu cinayət işi ilə bağlı istintaqa cəlb olunması cəmiyyətdə çox böyük səs-küyə və müzakirələrə səbəb oldu: "Hüquqi baxımdan yanaşaq. AXCP və Milli Şura rəhbərliyi və ətrafı istintaqa cəlb olunublar. Son məlumata görə, artıq Əli Kərimliyə hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ittiham verilib və onun barəsində araşdırma Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır. Yəqin, yaxın zamanda hüquq-mühafizə orqanlarının rəsmi mövqeyi də açıqlanacaq. Bütün hallarda istintaqın gedişini və nəticələrini gözləmək hüquqi baxımdan daha doğru yoldur. Amma təbii ki, siyasi baxımdan hadisələri araşdırmaq, mülahizələr söyləmək də hər kəsin haqqıdır. AXCP və hakimiyyətə qarşı radikal mövqedə olanlar ciddi-cəhdlə bu işin qurama olduğunu sübut etməyə çalışırlar. Amma baxaq, əgər əsas yoxdursa, AXCP-nin hakimiyyət üçün təhlükə törətmək baxımından bu qədər zəif olduğu dövrdə hakimiyyətin nəyinə lazımdır ki, bu işin içinə girsin. Onsuz da Azərbaycanı sevməyən xarici dairələrə bir bəhanə lazımdır ki, Azərbaycana qarşı hücuma keçsinlər, ölkəmizin beynəlxalq imicinə zərbə vursunlar. Belə bir "arqument"də səsləndirilir ki, AXCP-Milli Şura Rusiya-Ukrayna savaşında Ukraynanın yanında durub. Durub nə edib? Heç kəs bunların nə Rusiya, nə İran, nə də bizə qarşı düşmənçilik edən qərb qüvvələrinin və dövlətlərinin əleyhinə bir mövqe ortaya qoyduqlarının şahidi olmayıb". Parlamentari vurğulayıb ki, bu qüvvələr 44 günlük müharibədə birbaşa ermənilərin arxasında duran Fransanın və digər anti-Azərbaycan mövqeyində olan ölkələrin səfirliklərinin keçirdikləri tədbirlərin ön cərgəsində olublar: "44 günlük Vətən müharibəmizdə siyasi birliyimizi pozan addımlar atıblar. Digər tərəfdən, Gədəbəyin keçmiş icra başçısı pulu AXCP rəhbərliyinə və onun media quruluşlarına məhz Rusiyadan göndərmirdi? Bu ki, onun videoçəkilişə alınmış ifadələrində aydın görsənir. Bütün bunlar onsuz da zəifləmiş siyasi partiyalarımızın daha da zəifləməsinə səbəb olur. Xarici qüvvələrdən asılılıq və xarici qüvvələrə söykənərək hakimiyyətə gəlmək pis ənənədir. Son 30 ildə AXCP bu ənənənin Azərbaycandakı əsas daşıyıcılarından biri olub. Artıq bu pis ənənəyə son qoyulmalıdır. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Kimliyindən asılı olmayaraq dövlətin, millətin əleyhinə fəaliyyət göstərən, hakimiyyəti qanunsuz yollarla ələ keçirməyə cəhd göstərən hər kəs öz layiqli cəzasını almalıdır".

Millət vəkili Sahib Alıyev də bildirib ki, Əli Kərimlinin dövlətə qarşı ağır cinayətlərə hazırlıqda şübhəli bilinərək saxlanması bir o qədər əsaslı təsir bağışlayır: "Heç şübhə etmirəm ki, əlində dəlillər olmadan Dövlət Təhlükəsizlik Xidməti nə Əli Kərimli ilə bir neçə yandaşını şübhəli qismində saxlayar, nə də onun evində axtarış aparardı. Maraqlıdır ki, Əli Kərimlinin evində axtarış aparılarkən Ramiz Mehdiyevin Kremlə göndərdiyi məktubunun redaktə olunmamış variantının və onun "Milyarderlər İttifaqı" deyilən yığnaqla əlaqələrini təsdiqləyən sənədlərin üzə çıxdığı xəbər verilir. Həmin "Milyarderlər İttifaqı"nın Rusiyadan Azərbaycana lider qismində ixracı planlaşdırılan namizədini Əli Kərimli ilə yanaşı "Milli" Şuradakıların demək olar ki, əksəriyyəti dəstəkləyirdilər. Əgər "Milli" Şura adından Rusiya Prezidentinə yazılan məktubla Ramiz Mehdiyevin müəllifi olduğu bildiriləni tutuşdursanız müəyyən bənzərliklərin olduğunu görəcəksiniz". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Dekabr 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri