Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

AXCP və Milli Şura nın rəhbərlərinin kirli siyasi oyunlarının hesabatını vermək vaxtı gəlib çatıb

AXCP və Milli Şura nın rəhbərlərinin kirli siyasi oyunlarının hesabatını vermək vaxtı gəlib çatıb

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə ictimai asayişin və sabitliyin qorunmasında, qanunçuluğun möhkəmləndirilməsi və dövlət təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır. Dövlətimizin güc strukturları milli maraqlarımıza qarşı yönələn istənilən təhdid və təhlükələri vaxtında önləmək, dəf etmək gücünə malikdir. Əminliklə deyə bilərik ki, bu gün qalib Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü layiqincə qorumaqla yanaşı, həmçinin daxildə ictimai-siyasi sabitliyi qorumaq baxımından da kifayət qədər peşəkar və qətiyyətlidir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Milli Şura" adlı təxribatçı siyasi qruplaşmanın üzvü, AXCP sədri Əli Kərimlinin və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evlərində axtarış aparması və onları dindirməsi də məhz dövlət təhlükəsizliyi üçün yarana biləcək risklərin öncədən neytrallaşdırılmasına, aradan qaldırılmasına xidmət edir. 34 illik müstəqillik dövründə müxtəlif qüvvələr tərəfindən zaman-zaman Azərbaycanı hansısa kənar güclərin, böyük dövlətlərin təsiri altına salmaq və siyasi çevrilişə əl atmaq, hakimiyyəti qeyri-qanuni yollarla, zorakı üsullarla ələ keçirmək cəhdləri olub. Ancaq təhlükəsizlik qurumlarımız bütün çevriliş cəhdlərinin, təxribat və xəyanətlərin qarşısını qətiyyətlə almağa müvəffəq olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin Əli Kərimlinin evində axtarış aparması və onu dindirməsi də dövlət təhlükəsizliyi üçün yarana biləcək risklərin aradan qaldırılmasına xidmət edir. Bu addımlar Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Ramiz Mehdiyev barəsində aparılan istintaq işi çərçivəsində həyata keçirilib. Vaxtilə "dövlət içində dövlət" yaratmağa cəhd göstərmiş "boz kardinal" Ramiz Mehdiyev ilə radikal müxalifətin lideri "titul"unu öz monopoliyası altına almış Əli Kərimli arasında əlaqələrin mövcudluğu artıq heç kimdə təəccüb doğurmur. Ramiz Mehdiyevin ev dustaqlığına məhkum edilməsi barədə qərar verildikdən və onun bütün məxfi əməlləri, siyasi hakimiyyəti ələ keçirmək planları, o cümlədən Rusiya rəhbərliyinə ünvanladığı qalmaqallı məktubu üzə çıxdıqdan sonra radikal müxalifətçilərin narahatqlıqları başladı. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmalı və digər radikalların çıxışlarında, paylaşımlarında Ramiz Mehdiyevin bu və ya digər şəkildə müdafiəsinə yer verilirdi.
Əli Kərimli və onun idarə etdiyi qaragüruhun üzvləri siyasi hakimiyyətə gəlmək naminə hər şeyi, hətta milli mənafelərimizi, dövlət suverenliyimizi də qurban verməyə hazır olan xəyanətkar bir şəbəkədir. AXCP liderinin hələ 2000-ci illərin əvvəllərindən Ramiz Mehdiyevlə, Əli Həsənovla əlaqələri yaranmağa, gizli işbirliyi formalaşmağa başlayıb. Ramiz Mehdiyev özünün hakimiyyətdaxili mənafelərinin təmin edilməsində və eyni zamanda, Azərbaycanın "qeyri-demokratik" ölkə imicinin formalaşdırılması məqsədilə AXCP-dən maşa kimi istifadə edib. Elə həmin Ramiz Mehdiyevin "xeyir-dua"sı ilə Əli Kərimli, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov və digərləri Rusiyanın Azərbaycanda siyasi maraqlarının təmin olunması üçün "Milyarderlər İttifaqı"nın kirli oyunlarına qoşulmuş və "Milli Şura" adlı təxribatçı qurumu yaratmışdılar. Onların 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiya prezidenti Vladimir Putinə məktub yazıb Azərbaycanda hakimiyyətə gəlmək üçün onlara dəstək verməsini xahiş etməsi də bu adamların əsas məqsədlərinin hakimiyyəti qeyri-legitim üsullarla ələ keçirmək istəklərini təsdiqləyir.
Həmçinin Ramiz Mehdiyevin Rusiya rəhbərliyinə yazdığı məktubda da Azərbaycanda təşkil olunan siyasi təxribatlarda Ə.Kərimlidən istifadə edildiyi faktı qeyd olunub. Bu baxımdan Əli Kərimlinin evində aparılan axtarışlar zamanı Ramiz Mehdiyevin sözügedən məktubunun tapılması heç də təsadüfi deyil. Təkcə bu faktın özü onların arasında uzun illər ərzində sıx işbirliyinin mövcud olduğunu əyani şəkildə sübut etmək üçün kifayət edir. Və ən maraqlısı da budur ki, bugünləri ortada belə bir məktubun həqiqətən də movcud oldugunu Cəmil Həsənli də, digər "Milli Şura"çılar da çox yaxşı bilsələr də, ancaq onlar indi hər vəchlə bu faktı danmağa, necə deyərlər, qabaqdangəlmişlik edib özlərini suçsuz kimi göstərməyə çalışırlar. Məqsədləri də öz xəyanətkar, antimilli əməllərini ört-basdır etmək və bu yolla da məsuliyyətdən yaxa qurtarmaqdır.
Belə ki, "Milli Şura"nın sədri Cəmil Həsənli guya "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək adı altında ötən gün Azərbaycandan qaçmağa cəhd göstərib. Lakin hava limanında ona ölkədən çıxış məhdudiyyətinin tətbiq edildiyini biləndən sonra geri dönməli olub, həyat yoldaşı isə ölkəni tərk edib. Beləliklə, "müdrik və tədbirli" professor Cəmil Həsənlinin istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək istəyi boşa çıxıb. Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib. Bu arada Əli Kərimlinin və Cəmil Həsənlinin "Milli Şura"dakı "sadiq" silahdaşlarından biri sayılan Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılıb. Sabiq millət vəkili bu gün Azərbaycana deport edilib. Bu isə o deməkdir ki, bir müddət öncə ölkədən qaçdığını gizlətməyə çalışan Gültəkin Hacıbəylinin də tezliklə DTX tərəfindən dindiriləcəyi labüddür. Nə Cəmil Həsənli, nədəki Gültəkin Hacıbəyli iştirakçısı olduqları siyasi möhtəkirliklərin məsuliyyətindən qaça bilməzlər.
Əli Kərimlinin 2013-cü ildə Rusiyanın emissarı və vətəndaşı Rüstəm İbrahimbəyovu Azərbaycanın "demokratik müxalifət"inin vahid namizədi kimi ortaya atması və eləcə də "Xamenei rəhbərimizdir" deyən Taleh Bağırzadə adlı İran casusunu az qala "Milli Şura"nın siyasi simvoluna çevirməsi Vətənə, Dövlətə xəyanətin açıq nümunələridir. Odur ki, Ramiz Mehdiyevlə bağlı aparılan istintaq prosesi çərçivəsində istər Əli Kərimlinin, istərsə də yad qüvvələrin maraqlarına xidmət edən bütün "beşinci kolon" üzvlərinin anti-Azərbaycan fəaliyyətlərinə hüquqi və siyasi qiymət veriləcək. AXCP və "Milli Şura"nın rəhbərlərinin kirli siyasi oyunlarının hesabatını vermək vaxtı gəlib çatıb. Ramiz mehdiyevlərin, əli kərimlilərin və onların yönətdikləri illeqal qüvvələrin erası bitmək üzrədir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Dekabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri