Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Milli Şura və AXCP USAİD in əlində alət olub ANALİZ

Milli Şura və AXCP USAİD in əlində alət olub ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Məhkəmələr tərəfindən verilən qərarlara, cəmiyyətdə aparılan müzakirələrə, mətbuatda müvafiq sənədlərə əsasən dərc olunan məqalələrə görə təsdiq olunur ki, Azərbaycanın dağıdıcı müxalifəti müxtəlif xarici fondlar və müəyyən qaranlıq dairələrlə geniş əlaqələrə malikdirlər. Məhz bu cür əlaqələrin nəticəsi olaraq özlərinin maddi durumlarını, yaşayışlarını təmin edirlər. USAİD-in fəaliyyətinin dayandırılması barədə ABŞ prezidenti D.Trampın və onun komandası tərəfindən açıqlanan məlumatlar Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında olan trollarının qrant əldə etmək imkanlarının müəyyən hissinin əllərindən alınmasına xidmət etdiyini demək olar. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində, onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib. 2024-cü maliyyə ilində USAİD layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib. USAİD-in dünya üzrə maliyyələşdirdiyi nüfuzlu medialar- The New York Times” (2024-cü ildə 3,1 mln.dollar ayrılıb), “Politico” (8 mln. dollar), “Associated Press” (19 mln.dollar), BBC (2,6 mln.funt), Reuters (9 mln.dollar), Frans-Press (447 min dollar. Ümumilikdə 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalist maliyyələşdirilib. 2025-ci il fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb. Yalnız Ukraynada medianın 90 faizi USAİD tərəfindən maliyyələşdirilib. 2024-cü ildə USAİD Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib. Sübuta yetirilən digər fakt ondan ibarətdir ki, son vaxtlar Gürcüstanda hakimiyyətə qarşı küçələrdə həyata keçirilən etiraz aksiyalarını USAİD maliyyələşdirib. Yalnız iki ay ərzində USAİD tərəfindən Gürcüstanın siyasiləşmiş QHT-lərinə 43 milyon dollar ödənilib. Bu kimi hallar, maliyyə vəsaitlərinin sağa-sola paylanmasını heç cür həzm edə biməyən ABŞ-ın yeni hakimiyyəti USAİD-in bağlanmasına qərar verib. D. Tramp USAİD-i “görünməmiş miqyasda korrupsiyada” ittiham edib, İ.Mask isə USAİD-in “cinayətkar təşkilat” adlandırıb və bildirib ki, bu qurumun “ölməyinin vaxtıdır".

Cəmil Həsənli: “Tramp USAİD-in bağlanmasına qərar verməklə demokratiyaya və insan azadlıqlarına zərbə vurdu”

USAİD-in bağlanması qərarının verilməsindən təkcə təşkilatın rəhbərliyi narahat olmayıb, eyni zamanda Əli Kərimli və Cəmil Həsənli kimi onlardan qidalanan ünsürlər də əndişələnməyə başlayıblar. Bu baxımdan, qərarın elan olunmasından dərhal sonra Ə.Kərimli və C.Həsənli müxtəlif internet TV-lər vasitəsi ilə Tramp hakimiyyətini sərt şəkildə tənqid edirlər. Hətta Milli Şuranın sədri Cəmil Həsənli “Tramp USAİD-in bağlanmasına qərar verməklə demokratiyaya və insan azadlıqlarına zərbə vurdu”, - deyə bildirib. USAİD-in Azərbaycanda da fəaliyyətinin dayandırılması barədə hökumətin verdiyi qərar dağıdıcı müxalifətin ümidlərini tamamilə əlindən almış olur. Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyətinin dayandırılmasına dair ABŞ-a bildiriş göndərildiyini bildirib: “USAİD-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da mətbuata açıqlamasında USAİD-in fəaliyyətinin dayandırılmasının vaxtının yetişdiyini söyləyib: “Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diktə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”.

Uzun illər USAİD Azərbaycanda dağıdıcı müxalifətə milyonlarla dollar yardımlar göstərib

Söz yox ki, USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması barədə verilən qərar təsadüfi və gözlənilməz qərar hesab edilə bilməz. Uzun müddət USAİD humanitar fəaliyyət adı altında dağıdıcı müxalif ünsürlərə, eləcə də müstəqil media adı altında sifarişli fəaliyyət yolu tutan sayt və qəzetlər, siyasiləşmiş QHT-lərə milyonlarla dollar yardımlar göstərib. Azərbaycanda istintaq orqanları tərəfindən aparılan araşdırmalar əsasında üzə çıxan faktlara görə Meydan TV, Abzazmedia, Toplum TV və digər saytlar, QHT-lər USAİD tərəfindən maliyyə yardımları alıblar. Maliyyə dəstəyinin göstərilməsi ilə əsas hədəf onlar vasitəsi ilə ölkənin daxili aləminə təsir göstərmək olub. Pul ayırdıqları mediaları “yeganə müstəqil media” kimi təqdim etmək və qanunsuz fəaliyyətə qarşı dövlət sanksiyalarını “söz azadlığı və müstəqil mətbuatın boğulması” kimi qələmə vermək niyyətində olub. Araşdırmalar əsasında ilginc məlumatlar aşkarlanıb. Məlum olub ki, USAİD Azərbaycanda çirkin niyyətini geniş formada qurmağa çalışıb. Hədəfləri əsasən ölkə rəhbərliyinin hədəfə alınması, Ermənistanın işğalı və Qarabağdakı rejimin mövcudluğuna “humanitar” don geyindirilməsi (bu, xüsusilə QHT-lərin Laçın yolundakı aksiyasını “humanitar fəlakət” kimi təqdim edilməsində özünü göstərmişdi), işğalçı rejimin legitimləşdirilməsinə cəhd (S.Pauerin Vardanyanla münasibətləri və korrupsiya sxemləri, Vardanyanın USAİD tərəfindən media, o cümlədən “BBC” tərəfindən təbliği), Ermənistanın Rusiyaya qarşı sanksiyaları pozması və reeksport faktlarının gizlədilməsi, əvəzində Azərbaycanın “Rusiya qazını gizli yolla Avropaya çıxaran ölkə” kimi təqdim edilməsi, Azərbaycanın etnik təmizləmə aparan ölkə kimi təqdim olunması, Azərbaycanın “diktarura və avtoritar rejim” kimi, Ermənistanın isə “demokratik ölkə” kimi təqdim olunması, ölkədə keçirilən azad, demokratik seçkilərin gözdən salınması və “saxtalaşdırılma”ya dair əsassız ittihamlar, sosial problemlərin siyasiləşdirilməsi və vətəndaş qarşıdurmasının yaradılması, iqtidar-xalq birliyinin sarsıdılması, Azərbaycanın müstəqil siyasətinin yerli və xarici mediada “digər dövlətlərdən asılılıq” kimi təqdim olunması, Azərbaycandakı bütün beynəlxalq tədbirlərin gözdən salınması (Eurovizion, Formula-1, COP29 və s.), ölkədə LGBT, No-War-çılar və digər qrupların təşkilatlandırılması və maliyyələşdirilməsi və digər çirkin məqsəd və hədəflər olub.

USAİD-in fəaliyyətinin dayandırılmasından dağıdıcı müxalifət narahat olub

USAİD məkrli planların reallaşdırmaq üçün ələbaxım funksiyasını yerinə yetirən, daim xaricdən maddi və mənəvi dəstək axtarışında olan saytlardan, siyasiləşmiş QHT-lərdən və Milli Şura, AXCP kimi alətlərdən istifadə etməkdən çəkinməyiblər. İndi isə axan maliyyə vəsaitləri Trampın qərarı ilə kəsilir. Bu isə yuxarıda qeyd etdiyim kimi, dağıdıcı müxalifətin əsas iştirakçılarını ciddi narahat edib. Trampın qərarına açıq şəkildə narazılıqlarını bildirmələri də heç də sıradan bir narazılıq və narahatlıq sayıla bilməz. Onlar siyasi fəaliyyətləri dövründə mütəmadi şəkildə digər maliyyə şəbəkələrindən olduğu kimi USAİD-dən də böyük məbləğdə maliyyə vəsaitləri alıblar. İndi isə o maliyyə yardımları kəsilir. Əminliklə qeyd etmək olar ki, əgər geniş istintaq araşdırmaları aparılsa, Ə.Kərimlinin, C.Həsənlinin və onların ətrafında olan trolların, eləcə də bəzi saytların və siyasiləşmiş QHT-lərin USAİD-lə yeni iyrənc əlaqələrini üzə çıxarırlar.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri