Icma.az
close
up
RU
“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda TEATR

“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda TEATR

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Səksən illik ömrünün 66 ilini jurnalistikaya, bədii yaradıcılığa həsr edən Hüseynbala Mirələmovun bu pyesinin Bakı Uşaq və Gənclər Teatrında iyun ayının 25-də, məhz Hüseynbala Mirələmovun 80 illik yubiley günündə məşqlərinə başlanılıb.

Həmin gün Hüseynbala Mirələmov üçün iki tarixi gün oldu. Belə ki, həmin gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda başda Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Yazıçılar Birliinina katibləri Rəşad Məcid, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, akademik Nizami Cəfərov, professor İslam Qəribli, çoxlu alimlər, professorlar, yazıçılar, ədəbiyyat tənqidçiləri, Millət vəkilləri olmaqla üç saat davam edən bu tədbir həqiqətən də çox maraqlı keçdi. Tədbirin aparıcısı və həmin gün 59 yaşı tamam olan yazıçı-tənqidçi Əsəd Cahangir də bu tədbiri çox maraqla apardı.

İyun ayının 24 və 25-də isə Bakı Uşaq və Gənclər Teatrında “Axirətdən gələn zəng” pyesinin oxunuşu və müzakirəsi oldu. Bu pyesi tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu oxudu və yaradıcı kollektivlə birlikdə müzakirə elədi. Pyes yüksək səviyyədə təhlil olundu, həm pyesin özü və həm də təhlil yaradıcı heyətin çox xoşuna gəldi. Bu tamaşada rol alan aktyorlarda, aktrisalarda oynayacaqları rollara böyük maraq yarandı.

Hüseynbala Mirələmovun bu vaxta kimi otuz kitabı çap olunub və onlardan biri də pyeslər toplusudur. Bu topluya müəllifin- “Gəncə qapıları”, “Pənah xan Cavanşir”, “Xəcalət”, “Vicdanın hökmü”, “Ləyaqət”, “Cəza quyusu”, “Miras”, “Axirətdən gələn zəng” pyesləri daxil edilib. Son vaxtlar isə üç pyesi də yazılıb. Bunlar- eyni adlı romanı əsasında yazdığı “Gəlinlik paltarı”, “Sara xatun” , “Ağıl və bəxt” hekayəsi əsasında eyni adlı pyesləri həqiqətən də bir-birindən maraqlıdır. Çünki əvvəl yazdığı və bu pyeslərdə çox laylı konfliktlər, gözlənilməz hadisələr, dramatik, komik vəziyyətlər, insanları dərindən düşünməyə vadər edən sözaltı mənalar, dialoqların qısa, aydın, tutumlu olması həddindən artıq çoxdur. Bütün bunlar da pyeslərdəki rolların hamısını obraz səviyyəsinə qaldırıb. Deməli, aktyorların oynaması, rejissorların maraqlı tamaşalar qurması üçün bu pyeslər çox peşəkar səviyyədədir. Ona görə də teatrlarımız, rejissorlarımız bu pyeslərə müraciət etməklə hazırlıq prosesində elə də əziyyət çəkməyəcək və çox maraqlı, baxımlı tamaşalar hazırlayacaqlar.

On pyesin müəllifi Hüseynbala Mirələmovun bütün pyesləri orijinal olduğuna görə başda Akademik Milli Dram Teatrı olmaqla, respublikamızın bütün aparıcı teatrlarında çox maraqla tamaşaya qoyulub. Və Akademik Milli Dram Teatrında Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda tamaşaya qoyulan “Xəcalət” tamaşası bir neçə beynəlxalq səviyyəli festivallarda iştirak edib və həmin festivallardan “Qızıl İlahə”, “Qran Pri” mükafatlarını gətirib. Bu mükfatlar da dünya teatr aləmində böyük mükafatlardır.

Beləliklə, teatrımızda məşqlərinə başlanılan “Axirətdən gələn zəng” pyesinin çox maraqlı süjet xətti var: Pyesin qısa məzmunu belədir: Əsərin baş qəhrəmanı Dövran 60 illik yubileyini öz qohumları ilə keçirmək istəyir. Özü də dəbdəbəli saraylarda yox, öz villasında. Çünki onun qohumlarına bir sürprizi var. Ona görə də həmin sürprizi elə həmin gün açıqlamaq istəyir. Və istəyir ki, bu sürprizlə qohumlarını sevindirsin. Bu, sürpriz odur ki, o, özünün var-dövlətini öz qohumları arasında bölüşmək istəyir. Belə ki, o, vəsiyyətnamə yazıb və natariusda təsdiq etdirib ki, öləndən sonra onun var-dövləti qohumları və dostu Elman arasında bölünsün. Onun bu sürprizi qohumları arasında çox yaxşı qarşılanır və Dövran deyəndə ki, “mən kimə nə qədər ayırmışam, onu indi deməyəcəm. Amma hər birinizə milyonlarla pul nəsib olacaq və siz də bu var-dövləti mən öləndən sonra alacaqsınız”. Əlbəttə, onun bu sözlərinə əvvəlcə heç kim inanmaq istəmir, amma onun sözlərinin həqiqət olduğunu biləndə hamı sevinir. Lakin hamıda bir inamsızlıq yaranır ona görə ki, axı, Dövran buz baltası kimi sağlamdır və onun tezliklə öləcəyi də mümkün deyil. Ona görə də hamı bunu əlçatmaz nağıl kimi qəbul eləyir. Amma bu vaxtı evdə işıqdan qısaqapanma baş verir və Dövran özü gedir ki, həmin qısaqapanmanı həll etsin. Çünki o, evdə belə şeyləri özü həll eləyir. Belə xırda məsələlərə görə də usta çağırmır. Amma bir az gözləyirlər ondan bir xəbər olmur. Elman gedir ki, görsün Dövran niyə gəlmir. Gedib görür ki, Dövranı tok vurub və oradan Bayramı səsləyir. Bayram gedir və onlar Dövranı səhnəyə gətirirlər. Bu vaxt məlum olur ki, Dövranı həqiqətən tok vurub və o, ölüb. Qohumlar böyük haray-həşir qoparırlar. Röyanın təkidilə Samir təcili yardıma zəng vursa da, məlum olur ki, Dövran ölüb və artıq təcili yardım da ona heç bir köməklik edə bilməyəcək. Bununla da tamaşanın birinci hissəsi bitir.

Tamaşanın ikinci hissəsində biz görürük ki, qohumları onu dəfn eləyib, evə gəliblər. Röya, Dövranın arvadı belə qərara gəlir ki, həmin vəsiyyətnamə elə bu gün oxunsun və Dövranın qırxı mərasimini gözləməsinlər. Çünki o, Dövranın qohumlarına nifrət edir və istəyir ki, bu məsələ elə bu gün də qurtarsın və daha bundan sonra qohumların ayağı bu evdən kəsilsin. Ona görə də həmin vəsiyyətnaməni Elmana verir ki, ucadan oxusun və hamı bilsin ki, Dövran onların hər biri üçün nə qədər pul vəsiyyət eləyib.

Elə ilk məsələdən narazıçılıq yaranır. Belə ki, Dövran dostu Elmana on milyon manat vəsiyyət eləyib və bu da qohumlar arasında narazıçılğa səbəb olur. Sonra qardaşı Bayramın arvadı Zəhraya on beş milyon və əlavə də dini məktəb açmaq üçün beş milyon ayırıb. Amma bacısı Ceyranın əri Pirimə cəmi on milyon manat ayırıb. Belə çıxır ki, Elmana da on milyon və Pirimə də on milyon. Bu da Dövranın bacısı Ceyrana xoş gəlmir. Bundan çox əsəbiləşir. Hətta Zəhraya isə iyirmi milyon Dövranın pul ayırması onu tam dəli eləyir. O, qardaşı Dövrana qarşı öz nifrətini açıqca büruzə verir.

Samirə də beş milyon və bir ev vəsiyyət eləyib. Ceyrana isə cəmi on iki milyon ayırıb. Bu Ceyranı daha da alovlandırır. Qardaşı Bayrama on beş milyon və üstəgəl də əlavə beş milyon ayırması hamını cin atına mindirir. Çünki həmin beş milyonun kimə çatacağını yazmayıb. Yalnız orada qeyd eləyib ki, “Bayram özü bilir ki, bu pul kimə çatacaq”.

Artıq pul bölgüsündən narazı olan qohumları bu məsələ səbrindən çıxarır və ondan tələb eləyirlər ki, bu beş milyonun sahibi kimdir, Bayram desin. Əgər deməsə əks təqdirdə qərar qəbul olunacaq və həmin beş milyon onlar arasında ata malı kimi bölünəcək. Bunu görən evin qulluqçusu Delisoy həmin pulun onun Dövrandan olan oğluna məxsus olduğunu deyir. Hamı çaşıb qalır və məlum olur ki, Dövranın Delisoydan beş yaşında olan bir oğlu var və həmin uşağı da Delisoy aparıb Filippində anasının yanında qoyub ki, ona bu qohumlar xətər toxundurmasınlar. Bu xəbərdən əsasən də Dövranın arvadı Röya çaşıb qalır və ağlına gəlmir ki, əri Dövran ona xəyanət eləyib. Baxmayaraq ki, özü uzun illərdir ki, Dövrana xəyanət eləyir. Bu hadisə Röyanı tamam hövsələdən çıxarır və tələb eləyir ki, Delisoy təcili bu evi tərk eləsin.

Elman siyahının ardını oxuyanda məlum olur ki, Dövran Röyaya əlli milyon pul və bu villanı vəsiyyət eləyib. Röya bundan razı olsa da, amma tələb eləyir ki, Delisoy təcili bu evdən getsin.

Bu vaxt Röyanın telefonuna zəng gəlir və məlum olur ki, zəng vuran Dövrandır. Hamı şoka düşür. Əvvəlcə heç kim inanmır və məlum olanda ki, Dövranın telefonunu Röya Elmana verib və o da qəbirdə olanda həmin telefon cibindən düşüb qəbirə və özü də düz Dövranın üzünə. Sonra qəbrdə olan və mollanın dediyi tapşırıqları yerinə yetirən Elmanın telefon yadından çıxır və həmin telefon qəbrdə qalır. Bunu eşidən Delisoy heç kimin xəbəri olmadan mətbəxə getmək adı ilə evdən çıxıb, tez taksiyə minib qəbirstanlığa gedir ki, Dövranı qəbrdən çıxartsın.

Röyanın ona cavab vermədiyini görən Dövran artıq dostu Elmana və qohumlarına zəng vurur. Hamı onu təhqir eləyir. Amma Elman özündə güc toplayıb, Dövranı xilas etməyə getmək istəyəndə, qohumlar ona imkan vermirlər və onun Dövranın qəbrini açmaqda, bununla da cinayət törətməkdə suçlamaq istəyirlər. Elman onları son təhqirlərlə yamanlasa da, onlara təslim olur və qəbirstanlığa getmir.

Bu vaxt yenidən evdə qısaqapanma olur. Səhnədə Dövran görünür. Onu ilk görən də Röya olur. O, qışqırıb geri çəkilir və sonra hamı qorxusundan və gördükləri bu mənzərədən dəhşətə gələrək geri çəkilir. Artıq biz səhnədə Dövranla Delisoyu görürük. Dövran kəfəndədir. O, yavaş-yavaş stola yaxınlaşır və orada olan vəsiyyətnamə kağızını götürüb çırır və göyə atır. Kağız vərəqləri yerə səpələnir. Hamı bu səhnəni dəhşətlə, iniltilərlə izləyir. Və qorxudan əcaib-qəraib səslər çıxarırlar. Sonra böyük bir əl onların iplərə bağlanmış manikenlərini yuxarı qaldırır və onları bataqlıqda batırır.

Dövran isə əsəbindən hönkür-hönkür ağlayır. Delisoy onun qoluna girir. Tamaşa bununla da bitir.

Bu pyes bəşəri mövzulu bir əsərdir. Çünki bu gün dünyada yaşayan millətlərin çoxu belə əqidədədir. Belə düşüncədədir. Var-dövlət ələ keçirmək üçün qisasçı mövqeyindədir.

Belə maraqlı bir süjeti və gözlənilməz, daramatik məqamları çox olan bu əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, rejissoru teatrımızın baş rejissoru İlhamə xanım Əhmədova, rejissor assistenti Nuranə xanım Rəsulova, quruluşçu rəssamı Sevda xanım Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur.

Tamaşada rolları- Əmkadar artist İntiqam Soltan, Mehman Piriyev, Könül Şahbazova, Gülər Ləzgiyeva, Tofiq İsgəndərli, Niyaz Novruzov, Gülər Məhərrəmova, Fatimə Qasımova, İlhamə Əhmədova, Aytən Səfərova, Flora Hüseynova, Sənan Fərzəliyev, Niyaz Qasımov, Qurban Əhmədov, Rəşad Səfərov, Rauf Hüseynov, Niyaz Novruzov, Əsmər Qurbanova, Fidan Əliyeva, Ədalət Ağaverdizadə, Toğrul İsabəyli, Emin Balayev oynayacaqlar.

Tamaşanın stolarxası məşqində dramaturq Hüsenbala Mirələmov da iştirak edib. Məşq prosesi, rejissorun və aktyorların tapıntıları onun çox xoşuna gəlib və özünün də maraqlı məsləhətlərini verib. Çox maraqlı dramaturq-yazıçı, ictimai xadim Hüseynbala Mirələmovun 80 illik yubileyinə həsr olunan bu tamaşanın təhvili oktyabr ayının ortalarında nəzərdə tutulur. İnanırıq ki, bu tamaşa tamaşaçılar tərəfindən də çox maraqla qarşılanacaq.

Leyla HƏŞİMOVA,

Bakı Uşaq və Gənclər Teatrının ədəbi dram hissəsinin müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see136

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see124

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see122

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see122

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see121

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see120

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see117

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar

13 İyul 2025 22:08see116

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see115

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see115

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…

13 İyul 2025 21:07see114

Mahiri bu dəfə təpiklə dayandırdılar... qol vurdu və zədələndi!

13 İyul 2025 20:01see114

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see113

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see113

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see113

Yeni tikilən Gəncə stadionundakı durum Şəkillər

13 İyul 2025 19:55see112

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see111

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see111

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see111

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri