Icma.az
close
up
RU
525 ci qəzet Əliqulu bu gün evlənir tamaşası yeni quruluşda

525 ci qəzet Əliqulu bu gün evlənir tamaşası yeni quruluşda

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çingiz ƏLƏSGƏRLİ
Teatrşünas, dramaturq

Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində görkəmli dramaturq, yazıçı və ssenarist Sabit Rəhmanın "Əliqulu evlənir" komediyası əsasında hazırlanmış "Əliqulu bu gün evlənir" tamaşası oynanıldı. Tamaşa Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamalın 75 illiyinə həsr olunmuşdu. Səhnə əsərinin libretto müəllifi, quruluşçu rejissoru və baş rolun ifaçısı Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal, bəstəkarı Əməkdar incəsənət xadimi, mərhum Oqtay Rəcəbov, şeirlərin müəllifi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar incəsənət xadimi Vaqif Məstanov, quruluşçu baletmeyster Əməkdar incəsənət xadimi Nigar Şahmuradova, səhnə tərtibatı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssam Nübar Hüseynova, konsertmeyster Fidan Əliyevadır.

Tamaşanın librettosu əsərin süjet xətti saxlanmaqla müasir tələblərə uyğun tərzdə işlənmişdi. İlk baxışda sadə görünən süjet xəttini yadımıza salaq. Vəzifəpərəst Əliqulu vəzifəsini itirməmək üçün, özünü gülünc vəziyyətə salaraq, qoca yaşında evlənmək istəyir. Tamaşada biz Əliqulu və onun kölgəsi Səfərin vəzifə uğrunda apardıqları mübarizənin şahidi oluruq. Lakin tamaçada mənfi obrazlarla yanaşı, sağlam düşüncə sahibi olan insanlarla da qarşılaşırıq. Nə etməli cəmiyyətdə həm normal, həm də qeyri-normal fərdlər olur. Etiraf etməliyik ki, bu gün də müasir  biçimdə qarşımıza çıxan əliqulular və səfərlər hələ də var. Biz ilk baxışda onları tanımasaq da, vəzifə uğrunda apardıqları açıq və gizli mübarizə prosesində onlar özlərini büruzə verirlər.

Quruluşçu rejissor İlham Namiq Kamal tamaşanı yumoristik, satirik və komik janrda işləyib. Janr müxtəlifliyində işlənmiş səhnə əsərində hərəkətin daxili və xarici strukturu, bədii obrazların təsvir və təqdim bütövlüyü, bədii mətni tamamlayan mizan-hərəkət toplusunun mükəmməlliyi maraqla qarşılanır.

Səhnə əsərinin məkan tərtibatı və geyim həlli rəssamlar tərəfindən janrın tələbləri uyğun işlənib. Rəssam tərtibatına görə, hadisələrin təqdim edildiyi məkan insanların toplaşdığı hər hansı parkdır. Bu balet artistlərinin rəqsi üçün düşünülmüş geniş məkandır. Balet artistlərinin geyimi gəzintiyə çıxmış insanların paltarından seçilmir. Həm məkanın rəssam tərtibatında, həm də geyimdə rəng kaloriti və forma mütənasibliyinə ciddi riayət olunub. Əliqulunun evi rəssam tərəfindən rejissor ideyasına uyğun tərtibatda verilib. Evdə diqqəti cəlb edən, sonradan evi yarıya bölmək üçün istifadə oluna bilən divan, qara kreslo və divara vurulmuş ailə portretidir. Qara kreslo Əliqulunun simvoludur. Bəzi səhnələrdə cansız qara kreslo, sanki canlanaraq Əliqulu obrazına çevrilir. Digər otaq dostların birlikdə toplaşdığı məkan kimi düşünülüb.

Tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi, rəhmətlik Oqtay Rəcəbovun musiqisi əsərin ideyası ilə səsləşərək, obrazların təsvir və təqdimatında komik, yumoristik və satirik hadisələrin mahiyyətini ifadə edir. "Əliqulqu bu gün evlənir" tamaşası müxtəlif səbəblərdən 14 il yubanıb. Ömür vəfa etmədi. Rəhmətlik Oqtay Rəcəbov əsərin ilk tamaşasında iştirak edə bilmədi.

Tamaşa balet artistlərinin rəqsi və xorun ifası ilə başlayır. Deməliyik ki, xor truppasının teatrın eyvanlarındakı ifasını tamaşaçı maraqla qarşılayır. Onlar sanki eyvanlardan məhlədə və ya parkda baş verən hadisələri izləyən tamaşaçı kimi qəbul edilir.

Xor və balet truppası hadisələrə bir növ giriş verərək, sanki dənizkənarı parkda baş verən məhəbbət hekayəsini nəql edirlər. Balet truppasının rəqsi zamanı səhnənin mərkəzində iki aktyorun oyunu diqqət çəkir. Onlar bir-birlərini sevən Kamal (Səmədzadə Xasıyev) və Qumraldır (Əzizəxanım Kazımova). İlk dəfə peşəkar səhnədə özünü sınayan Ə.Kazımova maraqlı obrazla çıxış edir. Qumral vəzifəpərəst Əliqulunun qızıdır. Kamal sevdiyi Qumrala olan məhəbbətini onun ailəsinə çatdırmaq və tezliklə toy etmək istəyir. Amma Əliqulu faktoru var. Əliqulu faktorunun izahı üçün əsərdə istifadə edilən bir mahnının mətnini yada salmağımız kifayətdir. Mahnıların mətnində deyilir ki, Əliqulu vəzifə üçün yeganə qızını vəzifəsi olan meymuna belə ərə verməyə razıdır.

Tanınmış şair Baba Vəziroğlu tamaşanın ideya və rejissor qayəsinə uyğun şeirlər yazaraq, obrazların daha maraqlı və rəngarəng təsvirinə nail olub.

Tamaşada ilk olaraq Əliqulunun həyat yoldaşı Gövhərlə (Zemfira Əbdülsəmədova) qarşılaşırıq. Əliqulunun həyat yoldaşı Gövhər obrazı aktrisanın təqdimində ailənin qədrini bilən, övladının xoşbəxtliyinə çalışan əsl azərbaycanlı qadın, həyat yoldaşı və ana obrazıdır. Gövhər Əliqulunun "təmirdən əvvəl" və "təmirdən sonrakı" dəyişkənliyə, daxilən narazı olsa da, üzdə bunu büruzə vermir. İlham Namiq Kamalın yaratdığı Əliqulu obrazı vəziyyətə uyğun zahirən və daxilən dayişdikcə, aktrisanın ifasında Gövhər obrazı da səhnədən-səhnəyə dəyişib, başqalaşır. Birdən-birə Əliqulunun evlənmək istəyi ortaya çıxır və onun cavanlaşmaq  istəyinin səbəbləri Gövhərə məlum olur. İndi qarşımızda yeganə istəyi qızının xoşbəxtliyi olan və Əliqulu kimi vəzifəpərəsti məhv etməyə hazır olan sərt bir qadın obrazı var. Onun Əliquluya olan kin və küdurətinin qarşısını heç kim ala bilməz. Bunları biz aktrisanın təqdim etdiyi rəngarəng ifa zənginliyində seyr edirik.

İşdən çıxarılan Əliqulu çıxış yolu axtarmağa başlayır. Səfər Əliquluya əmisi nazirlikdə işləyən Nazaya elçi düşməyi məsləhət görür. Əliqulu  yeni evliliyinə görə "təmirə getməyə" belə razılaşır. Əliqulu səhvən evli bir qadın olan Nazlıya elçi düşüb, evlənmək xəyalına düşür və işlər bir-birinə qarışır. "Təmirdən sonra" mətnə əlavə olunmuş mahnının sözlərində deyildiyi kimi, bığını qırxıb, başına parik qoyan, özünü cavanlaşdıran kişidən nə desən gözləmək olar.

İşləri qarışdıran Əliqulunun kölgəsi olan Səfərdir (İqbal Salamov). Səfər kimisinin, elə Əliqulu kimi də rəhbəri olar. Əliqulu və səfər toyu gözləyirlər. Guya Əliqulunun toyu olmalıdır. Amma Əliqulu ilə Nazlının toyu deyil, Kamalla Qumralın toyu olur. İşlər öz yoluna düşür. Əliqulu gülünc vəziyyətə düşür.

Əliqulunun köməkçisi Səfər obrazı aktyorun ifasında həm gülüş, həm də təəssüf doğurur. Obrazın xarici və daxili görünüşünün rəngarəngliyi aktyorun zəngin aktyorluq bacarığından xəbər verir. Maraqlı, baxımlı və zəngin boyalarla işlənmiş ifa tamaşaçıda gülüş yaradır.

İlham Namiq Kamal Əliqulu obrazını yumoristik və satirik janrın tələblərinə uyğun təqdim edir. Biz tamaşada İlham Namiq Kamalın ifasında iki Əliqulu obrazı görürük. "Təmirdən əvvəlki" və "təmirdən sonrakı" Əliqulular. Əvvəlki Əliqulu obrazı ilə sonrakı arasında fərq çoxdur. Amma hər iki ifada qrotesk elementləri özünü büruzə verir. İlham Namiq Kamalın səhnəyə ilkin gəlişindən başlayaraq artıq Əliqulu obrazının mahiyyəti bizim üçün açılmağa başlayır. Aktyor tərəfindən obraz sanki cazibədar, əlvan və rəngarəng yağlı boyalarla işlənmiş rəsm əsəridir. Əliqulunun həm mənzilində, həm də kabinetində eyni kreslo görürük. Bu Əliqulunun vəzifəpərəst sevdasından irəli gəlir. Kreslo Əliqulunun obrazıdır. O da Əliqulunun özü kimi, artıq çoxdan köhnəlib. Bu kresloda Əliquludan başqa heç kəs əyləşə bilməz. Tamaşa Əliqulu obrazının üzərində qurulmuşdur. Əliqulu obrazı aktyorun səs və hərəkət mizan toplusunun vəhdətində kaloritli, maraqlı və baxımlıdır. 

Nazlı (Gülnarə Əzizova) və onun həyat yoldaşı idman müəllimi Rövşən (Əkbər Əlizadə) obrazları aktyor və aktrisanın maraqlı, baxımlı və rəngarəng ifaları ilə nümayiş etdirilir. Rövşən kimi qısqanc bir ər obrazı (Əkbər Əlizadə) aktyor tərəfindən bütün ziddiyyətləri ilə təsvir olunub. Aktyorların ifasında həm Rövşən, həm də Nazlı obrazları oyun tərzləri ilə bir-birlərini tamamlayıb, maraqlı, rəngarəng, səmimi və inandırıcı ifa nümayiş etdirirlər.

Daha iki aktyorun ifasında iki obraz haqqında yazmaq istəyirik. Bunlar Kamal (Səmədzadə Xasıyev) və Qumral (Əzizəxanım Kazımova) obrazlarıdır. Kamal obrazı aktyor tərəfindən yüksək ifa tərzində təqdim olunaraq, əsərin ideyasına uyğun inandırıcı cizgilərlə əyaniləşir. İfada mətn və hərəkət-mizan vəhdəti maraqla baxılır.  Əzizəxanım Kazımovanın təqdim etdiyi Qumral obrazı peşəkar səhnədə ilk iş kimi diqqətəlayiq və maraqlıdır.

Humay obrazı Rəsmiyyə Nurməmmədovanın təsvirində süjet xəttinin dəyişkənliyinə uyğun dəyişib, başqalaşaraq, maraqlı və cəlbedici ola bilir. Gülçöhrə Abdullayevanın ifa etdiyi Səadət obrazı da maraqla baxılır.

Əliməmməd Novruzovun ifasında Xəlil obrazı gec də olsa xoşbəxtliyini tapmış orta yaşlı biri olaraq xoş təsir bağışlayır. Ruslan Mürsəlovun ifasında Azad obrazı da komik hadisələr axınında maraqla izlənilir. Aktyor komik hadisələr təqdimatında ifa rəngarəngliyi nümayiş etdirə bilir. Mehriban Rəcəbovanın Lumuxanım və Böyükxanım Məmmədovanın Heyvaxanım obrazları əsərə əlavə olunmuş surətlərdir. Hər iki obrazı əsərə yerində edilmiş əlavə hesab edirik. Söhbət toydan gedirsə, özünə iş tapa bilməyən küçə musiqiçilərinin əsərə əlavə olunması məntiqə uyğundur.

Qeyd etdiyimiz kimi, libretto müəllifi olan İlham Namiq Kamal səhnə əsərinə müəyyən əlavələr edib. Sosial şəbəkələr və mobil telefonlar dövrümüzün vacib problemidir. Canlı münasibətləri mobil telefon münasibətlər əvəz edib. Bu isə insanlar arasında uçurum yaradır.

Səhnə əsəri tamaşadan-tamaşaya onun bütün hissələrinin tədricən öz yerini tutacağına və aktyor ifalarında ilk tamaşa gərginliyinin azalacağına əminik.

"Əliqulu bu gün evlənir" əsərinin Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında layiqli yer tutacağına tam əminik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see197

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see196

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri