Icma.az
close
up
RU
Axtarışa verilən meyxanaçıdan xəbər var: “10 ildən çoxdur ki...”

Axtarışa verilən meyxanaçıdan xəbər var: “10 ildən çoxdur ki...”

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Vahid Qədim artıq 10 ildən çoxdur Rusiyada yaşayır. Mən onunla Rusiyada görüşmüşəm. Amma konkret hansı şəhərdə olduğunu deyə bilmərəm. O şəhərdən bu şəhərə gedir. Hara dəvət gəldi orada qalır. Vəziyyəti də, səhhəti də yaxşıdır. Deyirlər ki, guya axtarışa verilib. Bu haqda məlumatım olmadığı üçün heç bir söz deyə bilmərəm. Nəsə bir problemi varsa da o mənlik deyil. Bizim bu haqda heç bir danışığımız, söhbətimiz də olmayıb”

Bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib:

“Rusiyaya ancaq pul qazanmaq üçün gedirlər. Orada fəaliyyət, sənət göstərmək heç kimə lazım deyil. Bizim oradakı fəaliyyətimiz kimə lazımdır ki? Düzdür, var orada bəzi yerlərdə studiya falan. Amma bizim sənətimizi Azərbaycanda tanıyırlar. Vahid Qədim də məcburiyyətdən oradadır. Ona görə də məclislərə gedib pulunu qazanır. Həyatdır da. Hər kəs başını bir cür saxlayır. Hamımız o gündəyik də. Çörək pulundan ötrü çöllərə düşmüşük. Vahid Qədimin özünəməxsus tərzi var idi. Əlbəttə ki, yeri görünür” deyə müğənni bildirib.

Samirə Yusifqızı bildirib ki, meyxana aləmində hər kəsin öz yeri var:

“Bəziləri deyir ki, bu gün meydan boş qalıb. Mən deməzdim ki, meydan boşdur. Düzdür, Allah Rəşad Dağlının qapısını açsın. O yenə də qayıdıb işinin başına gələcək. Rəşad əjdahadır, yırtıcıdır. İnsanlara güc-bəla ilə deyə bilməzsən ki, ona qulaq asma, buna qulaq as. Əgər onlar qəbul edirlərsə deməli normal sənətçidir. Camaatın zövqünü tənqid etmək olmaz ki. Belə istəyirlərsə qoy belə də olsun. Allah hər kəsin ruzisini versin. Zaman keçdikdə cavanlar meydana gəlir. Çoxu da maşallah istedadlı və savadlı meyxanaçılardır. Zövqlər də yenilənməlidir. Əlbəttə ki, gənc nəsil qabaqda getməlidir. Yaşlı nəsil də onlara yol verməlidir, daha durub şikayət etməli deyil” deyə müğənni bildirib.

Qeyd edək ki, meyxanaçı bir neçə il bundan əvvəl axtarışa verilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Mart 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri