Icma.az
close
up
RU
Yeni nazirliyə dair detallar: “10 ildən çoxdur ki...”

Yeni nazirliyə dair detallar: “10 ildən çoxdur ki...”

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycanda yeni dövlət qurumu yaradılır. İddialara görə, o, Milli Gəlirlər Nazirliyi (MGN) adlanacaq. Yeni qurumun yaxın günlərdə elan olunacağı gözlənilir.

MGN-nin Maliyyə Nazirliyinin bazasında formalaşdırılacağı, vergi və gömrük orqanlarının da həmin nazirliyin tabeliyində fəaliyyət göstərəcəyi iddialar sırasındadır.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, hazırda ölkə başçısının bu istiqamətdə hansısa konkret qərarı yoxdur:

“Azərbaycanın iqtisadi inkişaf modeli artıq formalaşıb. Bu modeli özünü tam təsdiqlədib. Ölkənin dayanıqlı maliyyə inkişafının təmin olunmasında bu modelin çox böyük rolu var.

Ölkə iqtisadiyyatı sürətlə inkişaf edərək, dünya iqtisadiyyatında inteqrasiya etməkdədir. Hər il iqtisadi strategiyamız olan özəl sektorun inkişaf etdirilməsi, maliyyə imkanlarının genişləndirilməsi və qeyri-neft sektorunun yüksək səviyyədə nailiyyətlərin əldə olunması davamlı şəkildə özünü göstərir. Bütün bunların hər biri ölkədə aparılan düzgün iqtisadi islahatların nəticəsidir.

O ki qaldı hansısa qurumun və yaxud qurumların yaradılmasına, hər bir dövrün özünün iqtisadi prosesləri, tələbləri var. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, müəyyən struktur dəyişiklikləri, qurumların yaradılması baş tuta bilər. Ancaq hazırda bu barədə ölkə başçısının hər hansı bir konkret qərarı yoxdur. Ona görə də, bu barədə dəqiq bir fikir deyə bilmərik.

Sadəcə olaraq, ölkədəki fiskal və humanitar siyasət çox düzgün formada qurulub, dayanıqlı inkişaf təmin edilib. Zaman göstərəcək ki, dövrün tələblərinə uyğun addımlar öz nəticəsini hansı formada və necə verir”.

Hüquqşünas Əkrəm Həsənov isə qeyd edib ki, belə bir qurumun yaradılmasına həqiqətən də ehtiyac var:

“Əvvəla, həmişə belə bir qurumun yaradılmasının tərəfdarı olmuşam. 10 ildən çoxdur ki, bu fikri səsləndirirəm. Əksinə, İqtisadiyyat Nazirliyinə bu qədər orqanların verilməsi ilə razı olmamışam. Amma Maliyyə Nazirliyinin nəzdində vergi və gömrük qurumlarının olması da, ən düzgün yoldur.

Birincisi, həmin qurumların ayrıca nazirlik formasında olması artıqdır. İqtisadiyyat Nazirliyinin nəzdində vergi orqanının olması tam yanlışdır. Onun işi əsasən, sahibkarlığın inkişafı olmalıdır. .

Maliyyə Nazirliyi isə dövlət büdcəsini idarə edən bir orqandır. Hər il büdcə layihəsini hazırlayıb təqdim edir. Sonra isə onun icrasına nəzarət edir. Hamı bilir ki, Maliyyə Nazirliyi ilə digər dövlət orqanlarının əsas konflikti simic olması ilə bağlıdır. Bu, əslində, belə də olmalıdır. Amma digər əli ilə də yığmaqla məşğul olmalıdır. Maliyyə Nazirliyi isə bununla məşğul deyil. Yaxşı olar ki, yığımlarla Maliyyə Nazirliyinin özü məşğul olsun”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri