Icma.az
close
up
RU
Ay Brilyant xanım, sən mahnını oxu, qidadan danışma” Qida eksperti

Ay Brilyant xanım, sən mahnını oxu, qidadan danışma” Qida eksperti

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağa Salamov: "Hər yerdən duran qidadan danışır, xalqı panikaya salıblar”


"Xalqı iyrəndirirlər, sabah immuniteti kim bərpa edəcək?”



Mal-qara arasında dabaq xəstəliyinin yayılması əhalini ətdən rəncidə edib. İnsanlar ətə qıyqacı baxır; alım, almayım? Yeyək, yeməyək? İnsanların şübhəsi təbiidir. Xəstə heyvan ətini kim almaq istəyər ki?! Amma. Məsələnin amması da var. Mütəxəssis bildirir ki, xəstə heyvanın əti düzgün şərtlərdə bişirilərsə, heç bir təhlükə daşımır. 


Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Sherg.az-a açıqlamasında diletantların bir neçə gündür əhali arasında əsassız yerə panika yaydığını bildirdi: 

- Hər yerindən duran – müğənnidən tutmuş, hamı - qidaya əli toxunmamış, laboratoriya, mətbəx görməyən, müştəri ilə işləməyən, ictimai iaşədən xəbərsiz olan, qida zənciri nədir bilməyənlər danışır. İnsanları panikaya salırlar. Brilyant Dadaşova çıxıb deyir, “insafınız olsun, uşaqları uzaq tutun... “ Ay Brilyant xanım, xalq artistisən, get, mahnılarını oxu. Gəlib sənin mikrofonunu əlindən alırıq?! Nə reklam edirsiniz özünüzü? Dabaq xəstəliyi barədə məlumat verən AQTA və 2-3 mütəxəssisdən savayı hamı reklama iləyir. Soruşursunuz, dabaq xəstəliyi tutmuş heyvanın əti təhlükəlidirmi? Baytar nəzarəti olmayan, mənşəyi naməlum ət məhsullarını alıb istehlak edəriksə, tutalım bu, xəstə heyvan ətidir, əgər biz düzgün bişirmə qaydalarına əməl etməyəcəyiksə, bütün hallarda təhlükə olacaq. Ümumiyyətlə ət məhsulları düzgün qaydada bişirilməlidir. Bişirmə zamanı iç temperatur 75 dərəcəyə çatmalıdır. İç temperatur 75 dərəcəyə çatırsa, heç bir təhlükə yoxdur. İnsanlar, zəhmət çəkib termometr alsınlar, temperaturu ölçsünlər. O zaman təhlükə olar, əgər ət yaxşı bişirilməsə. Ət mıəhsulları o zaman təhlükə daşıyır, nə vaxt ki düzgün şərtlər altında saxlanmır, müxtəlif növ çirklənmələrə məruz qalır. Amma biz nə deyirik, ət yaxşı bişirilməlidir. Zatən, həmişə ət yaxşı bişməlidir. Ət çiy qalarsa, təhlükəli olar. 


A.Salamov qeyd etdi ki, ət məhsullarına, heyvan kəsiminə baytar nəzarəti olmalı, ətin mənşəyi məlum olmalıdır: 

- AQTA xəstə heyvan satışına qadağa qoyub. Xəstə heyvanları olan təsərrüfatlar karantinə alınır, bir müddət onlarla təmas dayandırılır.  Heyvanlardan sağalanı da ola bilər,  sağalmayanı da olacaq. Vaksinasiya vacibdir. Təsərrüfat sahiblər heyvanlarına vaksin vurdurmalıdır. Vətəndaş ət alarkən baytar nəzarətindən keçirilmə sənədini, uyğunluq sertifikatını tələb etməlidir. Əgər bu sənədlər varsa, alıb istehlak etsinlər. İşin mahiyyətini bilməyənlər elə bir vəziyyət yaradıblar ki, insanlar əydən iyrənir artıq. Bəs sabah-birisigün bu insanların immuniteti aşağı düşəcəksə, B12 vitamini çatışmazlığı yaranacaqsa, əzələsi zəif adamlarda məhz qırmızı ətin tərkibində olan mioqlobin zülalı orqanizmdə çatışmayacaqsa (mioqlobin bu əzələ toxumasında - ürək və sümük əzələlərində oksigeni saxlayan və daşıyan bir zülaldır) kim məsuliyyət daşıyacaq? Buna görə cinayət məsuliyyəti yoxdur ki cəlb olunsunlar. Amma əsassız panika salanların vicdanları buna necə imkan verir? Ət məhsulu alan baytar sertifikatını tələb etsin, təqdim etməsələr həmin əti almasınlar. Bu qədər sadə. Yoxsa ki düşüblər ortalığa, ət yeməyin, təhlükəlidir, deyə bilmədiklərini danışırlar. Nə xəbərdi? Nə olub? Ətlə məşğul olanlar, bu məsələləri bilənlər danışsın qoy. Sizə nə olub düşmüsüz ortaya?!. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri