Icma.az
close
up
RU
“Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!..“

“Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!..“

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Hamı bilir ki, ölkəmizdə, xüsusən də Nikol Paşinyanın siyasi rəqiblərinə, tənqidçilərinə və müxalifətçilərinə qarşı məhkəmənin qəti hökmü olmadan məhkəməyəqədər həbs cəzası tətbiq olunur. Lakin məlum olur ki, insanları həbs edib həbsxanaya göndərmək çox vaxt kifayət deyil və saxlanma şəraiti müxtəlif insanlar üçün fərqlidir. Birincisi, kameralar fərqlidir. Siyasi məhbuslar adətən çoxlu sayda insanın, bəzən ağır cinayətkarların olduğu pis kameralarda saxlanılır. Əgər adi cinayətkarlara kameralarında soyuducu, televizor, kondisioner və rahat çarpayı saxlamağa icazə verilirsə, siyasətçilərə gəldikdə isə, bu, çox vaxt qadağandır. Məsələn, Samvel Karapetyana yayda hər hansı bir soyutma cihazı, hətta qışda kamerada temperatur sıfıra yaxın olduqda və həbsxana dekabrın 10-dək qızdırılmadıqda yorğan vermək qadağan edilib".

Moderator.az xəbər verir ki, bunu Ermənistanın revanşist, rusiyapərəst siyasi dairələri, həmçinin terrorçu eks-prezidentlər, Xocalı və 1 Mart caniləri Robert Köçəryan və Serjik Sərkisyana yaxınlığı ilə seçilən və çox güman ki, elə onlar tərəfindən də maliyyələşdirilən "Hraparak" qəzeti yazır.

"Qagik Tsarukyanın əvvəlki həbsi zamanı o, öz ölçüsünün yarısı qədər olan çarpayıda yatmağa məcbur edilmişdi ki, bu da sadəcə mümkün deyildi. Biz düşünürük ki, indi də eynidir. Bütün siyasi məhbuslarla görüşlər, bir qayda olaraq, müstəntiqin və ya hakimin qərarı ilə qadağandır (Areqnaz Manukyanın işində, hətta azyaşlı uşağı ilə belə), müavinlərin görüşləri də qadağandır və yalnız vəkilin görüşməsinə icazə verilir ki, şəxs mümkün qədər psixoloji cəhətdən depressiyada olsun.

Bu əlavə cəzalar yuxarıdan tətbiq olunur. Həbsxana rəhbərliyi və müstəntiqlər mütəmadi olaraq "zərərçəkmişə" bunun "birinci şəxsin şəxsi göstərişi ilə" edildiyini bildirirlər", - erməni nəşri sonda belə yazır.

Digər revanşist mahiyyətli erməni nəşrlərində də əsasən "Onlar işgəncə rejimində saxlanılırlar" başlığı ilə dərc edilən bu material Moskva və Bakıdakı rusiyapərəstlər üçün çox xoş xəbər oldu. İndi yenə başlayacaqlar Paşinyan hakimiyyətinə qarşı kampaniyaya: " Ay haray, bəs qoymayın Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!"...

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 İyul 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri