Icma.az
close
up
RU
Suriyada 14 ay zindanda qalan şəxsin yaşadıqları ŞOKA DÜŞƏCƏKSİNİZ

Suriyada 14 ay zindanda qalan şəxsin yaşadıqları ŞOKA DÜŞƏCƏKSİNİZ

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyəli Engin Arslan Qəzzaya getmək üçün ötən il oktyabrın 11-də evlərini tərk edib.

News24.az xəbər verir ki, 3 uşaqlı Arslan ailəsinin 2 oğlundan biri olan Engin Arslan Hataydan qeyri-qanuni yollarla girdiyi Suriyada yaxalanıb.

Sonuncu dəfə bacısına məsciddə dincəldiyini bildirən mesaj göndərən Engin Arslandan bir daha xəbər alınmayıb.

Göz yaşı tökən ailə övladlarının sağ olduğunu öyrənmək üçün səlahiyyətlilərdən kömək istəyib.

14 aydır Dəməşq Adra Həbsxanasında saxlanılan Engin Arslan (30) AK Partiya Qrup sədr müavini və Manisa millət vəkili Bahadır Yenişehirlioğlunun təşəbbüsləri ilə ölkəsinə qayıdıb.

Suriya Milli Ordusunun həbsdəki məhbusları azad etməsindən sonra Dəməşqdəki Adra Həbsxanasından azad edilən Arslan, atası Metin Arslan, AK Partiya Saruhanlı İlçe sədri Şərif Əroğlu və məclis üzvü İbrahim Erselvi tərəfindən Türkiyəyə girdikdən sonra Qaziantepin Karkamış mahalına gətirilib.

Engin Arslanın geri qayıdarkən görüntüləri sosial şəbəkədə paylaşılıb.

Beləliklə, Engin Arslanın 14 aylıq məmləkət həsrəti bitib.

Bu gün səhər saatlarında Manisaya çatan Engin Arslan ailəsinə qovuşmağın xoşbəxtliyini yaşayıb.

Anası Sultan Arslan, bacı-qardaşları və qohumları tərəfindən evlərinin qarşısında qarşılanan Engin Arslan ailəsini qucaqlayıb, həsrətini söndürüb.

Yaşadıqlarını izah edən Arslan, "Çətinliklər və i*şgəncələr var idi, yemək, içmək, gigiyenada çətinliklər var idi. Ailəmə çata bilməməkdən, onlara sağ olduğumu xəbər verə bilməməkdən qorxdum" dedi.

Suriya əsgərləri tərəfindən tutulduğu anlarda Arslan, "Acdım. Yolun kənarında çörək sexi var idi. Normalda orada Suriya pulundan başqa pul qəbul edilmirmiş. Haram idi. Bunu bilmirdim. Mən satıcıya türk pulu verdim o isə qəbul etmədi oranı tərk etdim. Bir az irəliləmişdim ki, məni geri çağırdı. Telefonla harasa zəng vurdu. Elə başa düşdüm ki, polisə, hərbçilərə zəng edəcək. Düşündüm ki, heç bir problemim olmayacaq və məni əsgərlərimizə qaytaracaqlar. Ancaq məni casusluqda ittiham edəndə vəziyyət pisləşdi".

4 ay sonra məhkəməyə getdiyini və bəraət qazansa da sərbəst buraxılmadığını deyən Arslan orada yaşadıqlarını belə anlatdı:

"Yerdə yorğanın üzərində yatırdıq. 45 nəfərlik həbsxana kamerasında 95 nəfər qalırdıq. Üst-üstə uzanan adamlar olurdu. Gündə bir tikə çörək, bulqur plov və iki qaşıq yemək olurdu. Şam yeməyi, pomidor, kartof. Göy üzü görünürdü amma günəş görünmürdü".

Engin Arslan sözlərinə belə davam edib:

"Mənə üç dəfə i*şgəncə verdilər. Elə adamlar var idi ki, onların ayaqlarına, kürəyinə qollarına, başlarına vu*rurdular. Qolu, başı-burnu sınmış, başı yarılmış insanlar olurdu”.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see191

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see173

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see166

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see123

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri