Icma.az
close
up
RU
Ay simalı, ay üzlü Mahcamal...

Ay simalı, ay üzlü Mahcamal...

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Mahcamal Babayeva- 77
Şərq dünyasına məxsus olan qəzəl janrı, əsrlər boyu formalaşaraq, Azərbaycan ədəbiyyatında xüsusi yer tutub. Qəzəl bu gün də poeziyamızın ən incə və mürəkkəb janrlarından biri kimi, mənaca dərin və düşündürücü şeirlərin yaranmasına səbəb olur. Bu janr həm də söz sənətinin ruhunu, klassik poeziyanın fəlsəfəsini, lirikasını nəsildən-nəslə ötürür. Bu gün ölkəmizin müxtəlif bölgələrində yaşayan qəzəlxan şairlər özünəməxsus üslub və istedadları ilə Azərbaycan poeziyasının zənginliyinə xüsusi rəng qatırlar. Sevindirici haldır ki, poeziyamızın bu qədim janrı bu gün də yaşamaqdadır və yeni nəsil şairlərin yaradıcılığında öz inkişaf mərhələsini keçir. Bu məsələdə özünəməxsus dəsti-xətti olan şairlərdən biri də haqqında söhbət açmaq istədiyim Mahcamal Babayevadır...
Mahcamal xanım 1949-cu ilin yanvar ayının 14-də Bakının Əmircan kəndində musiqiçi-neftçi ailəsində dünyaya gəlib. Atası Kərim Şərif istedadlı klarnet, saksafon ifaçısı, Əmircan və Suraxanı mədəniyyət saraylarının nəfəsli alətlər orkestirinin dirijoru və rəhbəri vəzifəsində çalışıb. Böyük Vətən müharibəsindən sonrakı ağır illərdə gəncləri müsiqi mühitinə cəlb edərək bir çox məşhur musiqiçilərin, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Əziz Əzizlinin, Azərbaycan müsiqi konservatoriyasının müəllimi, dosent Yaşar Qarayusiflinin, vertioz klarnet ifaçıları Şəmsi İmanovun, kiçik qardaşı Tofiq Şərifin müəllimi olub...
Musiqiçi ailəsində böyüyən Mahcamal xanım uşaq yaşlarından ədəbiyyata olan sevgisi ilə seçilib. Orta məktəbdə oxuyarkən bədii qiraətə böyük maraq göstərib və məktəbin mədəni-kütləvi tədbirlərində fəal iştirak edib. Orta təhsilini Əmircan kəndindəki 84 № li məktəbdə alaraq son 11-ci sinifi 226 № li məktəbdə başa vurub. Həmin ilin oktyabr ayından Azərbaycan Neft Akademiyasının dekanlığında işə başlayıb. Ədəbiyyata olan sevgisinə baxmayaraq 1968-ci ildə Azərbaycan Neft Akademiyasının kimya-texnologiya fakultəsinə daxil olub. 1972-ci ildən təhsilini Moskvada D. İ. Mendeleyev adına Kimya- texnologiya institutunda davam etdirib. Təhsilini başa vurduqdan sonra Azərbaycan Milli Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda, sonralar isə Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 1981-1982 illərdə AzNeft-in nəzdində olan Neft Quyularının yeraltı təmiri idarəsində mühəndis-texnoloq, 1982-ci ildən isə Bakı Geofizika Cihazları Təcrübə zavodunda mühəndis-texnoloq vəzifələrində işləyib. Əmək fəaliyyətinin son 11 ilini isə Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunda böyuk elmi işçi kimi fəaliyyət göstərib. Eyni zamanda İnstitutun təkmilləşmə kurslarında dərs deyib...
...Güclü iradəsi və yaxşı müşahidə qabiliyyəti onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. İnsanlarla ünsiyyətdə susmağa, müşahidə etməyə, fikir qazanmağa üstünlük verir. Keçmişinə və adət-ənənələrinə bağlı xanımdır. Xaraktercə mülayim, həssas və qətiyyətlidir. Təşkilatçılıq qabiliyyəti yüksəkdir. Heç vaxt istədiyi bir şeydən asanlıqla əl çəkmir və nəhayət ki, ona çatır. Güclü yaddaşı var və kifayət qədər bacarıqlıdır. Adətən konkretliyə üstünlük verir, amma mücərrəd anlayışlardan da uzaq qala bilmir. Həsəd, paxıllıq ona yaddır. İnsanlarda sevgi, dürüstlük və zadəganlığı qiymətləndirir. Sərt görünüşə malik olsa da, duyğularında şəfqət, şirinlik var...
Mahcamal xanım ədəbi mühitə 2002-ci ildən qədəm basıb, əvvəlcə “Şam” ədəbi məclisinin, sonra isə “Məcməüş – Şüara”, “Vahid” ədəbi məclislərinin üzvü olub. İlk şeirləri təhsil aldığı ali məktəbin “Neft kadrları uğrurnda” qəzetində çap olunub. Dövri mətbuatda isə, ilk dəfə olaraq “Qobustan” dərgisində “Səttar Bəhlulzadənin heykəli önündə” adlı şeiri işıq üzü görüb. 2004-cü ildən “Azərbaycan”, “Ulduz”, “Yada düşdü” dərgilərində mütəmadi olaraq həm klassik janrda, həm də heca vəznində yazdığı şeirləri dərc edilir. Əsasən yazdığı qəzəllər ilə tanınan Mahcamal xanımın “Bizim bağın çəpəri yox...” adlı ilk şeirlər kitabı 2010-cu idə işıq üzü görüb. 2004- cü ildən etibarən mütəmadi olaraq Azərbaycan Dövlət televiziyasının Mədəniyyət kanalında “Məclisi – Üns” verlişinin iştirakçısı olub. Qəzəlləri bəzi xanəndələr tərəfindən ifa olunur və şözlərinə müxtəlif mahnılar bəstələnib. Klassik janrda yazdığı “Hələ də gec deyil” adlı kitabı 2024-cü ildə nəşr edilib. Həmin ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Prezident mükafatına layiq görülüb. 2025- ci ildə “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq dərgisinin Dünyaya sülh naminə Türk Dünyasının dəyərli mükafatı “Dədə Qorqud” mükafatı ilə təltif olunub...
Deyir ki:
“Ömrüm qışı həsrət çəkir ötmüş yaza neynim?
Qoymuş yaz özün həddin aşan min naza neynim?
Boylandım ötən günlərə ah pərdəsin açdım,
Sandım ki, gələr, gəlmədi can pişvaza neynim?
Durdum bu günün qəsdinə, hönkürdü sabahlar!
Dönmüş zamanın sərhədi bir sərvaza neynim?
Fikrin kəhərin çapdı xəyal, eylədi cövlan,
Meylin sala bilmir ki, olar, olmaza neynim?
Bir gün belə, üç gün belə keçsin nə ziyan var?
Hər gün salıram mehri qalar, qalmaza neynim?
Dildarlığı, dilbərliyi qurban elədim mən,
Gah var kimi, gah yox kimi bir pərvaza neynim?
Ey Mahcamal, oynaqdı bu təzyiq, coşur hər gün.
Bir azca ara vermədi çoxdan aza neynim?”
…Yanvarın 14-ü Mahcamal xanımın növbəti ad günüdür. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Yanvar 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mənə demədin ki, iynə vururam?” Tolik müğənnini İFŞA ETDİ FOTO

29 May 2026 11:31see227

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see205

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see195

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see188

Qızımın səsi var, amma o siyasəti seçdi

29 May 2026 00:36see183

Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur FOTO

30 May 2026 13:39see183

Tramp: İranla bağlanan müqavilə Hörmüz boğazının minalardan təmizlənməsini də əhatə edir

30 May 2026 02:35see176

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

29 May 2026 04:05see175

Rusiya millisi Misirə uduzdu

29 May 2026 00:51see173

İmişli dən futbol veteranlarına örnək addım FOTOLAR

28 May 2026 23:33see170

Yaşlı insanlarda yaranan spesifik qoxunun səbəbi açıqlandı: Qarşısını almaq mümkündür

30 May 2026 04:03see166

Rahim Sterlinq həbs edilib The Sun

30 May 2026 06:14see166

İspaniya nəhəngi Arsenal ın ulduzuna elçi düşdü

29 May 2026 20:53see165

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

30 May 2026 04:46see162

Türkiyəli ulduz üçün 55 milyon ödəyəcəklər?

30 May 2026 01:31see160

Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

30 May 2026 05:10see158

Bakıda avtoşluq edən şəxs saxlanılıb

30 May 2026 03:05see149

Kiyevdə ardıcıl partlayışlar oldu KONKRET

29 May 2026 23:00see149

Şok görüntülər: Azərbaycanda timsah var imiş Video

30 May 2026 01:18see146

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

30 May 2026 07:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri