Icma.az
close
up
RU
H AY, YOXSA AY ???

H AY, YOXSA AY ???

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

H'AY, YOXSA AY ???

​Dünyada çox az millət var ki, ermənilər kimi cürbəcür tayfaların qatışığından ibarətdir. Dillər arasında elə bir dil tapmaq çətindir ki, ermənilərin dili qədər hibrid olsun.

​Bunu ermənilərin özləri etiraf edirlər. Akademik M.X.Abeqyan yazır: – Ermənilərin özləri kimi dilləri də hibriddir (Abeqyan 1975.s.12). Onların antropologiyası bunu çox açıq şəkildə göstərir.

​Erməni millətinin müxtəlif etnik toplumların qatışığından yarandığını akademik B.B.Piotrovski M.X.Abeqyandan qabaq söyləmişdi. B.B.Piotrovski yazır: – Erməni xalqı Ön Asiyada çoxsaylı xırda etnosların assimilyasiyası nəticəsində yaranmışdır (Piotrovski 1946. s.6, 7, 31, 36).

​İndiki ermənilər iki ad altında gizlənmişlər: h'ay və erməni. Əslində nə h'ayların indiki ermənilərə bir aidiyyatı var, nə ermənilərin. H'aylar türklər kimi Yafəs mənşəli iltisqaqi dilli elitar nəsillər idilər. Onlar flektiv dilli indiki ermənilərin – qara camaatın üzərində hökmran olmuşdular.

​M.X.Abeqyan h'ayların və ermənilərin Kam və Quş mənşəyi, yəni türklərlə qohumluğu barədə sussa da, belə bir gerçəkliyi gizlədə bilmir ki, onların qəbilə və tayfalarının çoxu iltisqaqi dilli olmuşdur (Abeqyan 1975. s.13-14).

​Ermənilərin özlərinə H'ay deməsi Dunay slavyanlarının özlərinə Bolqar deməsinə bənzəyir. Slavyanlar cənubi rus çöllərindən Dunay sahilinə köçdülər. Asparux xanın yaratdığı Dunay Bolqar dövlətinin ərazisində yurd saldılar. Özlərini qədim bir türk ulusunun adı ilə bolqar adlandırdılar.

Asparux xanın övladları yunanlarla 300 il vuruşdular, qırılıb azaldılar. Slavyanlar arxa cəbhədə salamat qaldılar. İlbəil artaraq ölkənin hakim çoxluğuna çevrildilər. Nəticədə Bolqar türk dövlətinin xarabalıqları üzərində Bolqar slavyan dövləti meydana gəldi.

​Eyni tarixi tələ ilə iltisqaqi dilli qədim h'aylar flektiv dilli indiki ermənilərə çevrildilər. 387-ci ildən başlayaraq tədricən dininin təsiri altında qəribə qəbilələr, pəhləvi dilinin təsiri altında qəribə qəbilələr yarandı. Ancaq heç kəs fərqinə varmadı ki, Qarabağ adlanan qədim qıpçaq nəsillərindən birinin adıdır.

​Qarabağ adlanan dil arı və sami mənşəli dillərin təsirinə uğramış türk dillərindən biridir. N.Y.Marra görə o, xristianlığa qədər quruluşca iltisqaqi olmuş, xristianlıqdan sonra tədricən flektivləşmişdir (Mapp 1903. giriş; Abeqyan 1975.s.11-12).

​N.Y.Marr 1903-cü ildə Sankt-Peterburqda Rusiya İmperator Akademiyasının qərarı ilə çap olunan qədim erməni dilinin mənşəyinə aid kitabında yazır: – Qarabağ adlanan qədim H'Ay dili iltisqaqi, indiki erməni dili flektivdir. H'Ay dili Turan mənşəli olub, Yafəs dilləri qrupuna aiddir. V-VII əsrlərdə h'ayların dilində köklü dəyişikliklər baş vermiş, bir dil tamamilə başqa bir dilə çevrilmişdir (Mapp 1903.s.XXVII–XXXV).

​Ermənilərin H'Ay adlandırdıqları Ay Ön Asiyanın qədim türk etnoslarından biridir. Onların adı Misir piramida mətnlərində Ay, erməni mənbələrində Ayk, gürcü salnamələrində Ayet, yunan tarixçilərinin əsərlərində Ayos, Urartu miyixyazılı abidələrində Aya formalarında yazıya alınmışdır (Xorenski 1893.s.293; Açoxik 1864.s.273; İstoriya Qruzii 1946.s.126-127; Arutyonyan 1985.s.77).

​Təbrizli Arakelə görə, H'Ayın əsil adı Ayk olmuşdur (Arakel Davrijezi 1973.s.526).

​H'Ayın əsil adı Ayk yox, Ay idi. Kilsə salnaməçiləri etnik adların sonuna “k”, önünə “h” səsi artırırlar. Nəticədə Ay nəslinin adı bəzən Ayk, bəzən H'Ayk formasına salınır. Ermənilər birbaşa olmasa da, dolayısı ilə etnonimin Ay və ya H'ayk yox, Ay olduğunu təsdiq edirlər. Bildirirlər ki, –k çoxluq və etnik mənsubluq yaradan şəkilçidir (Xorenski 1893.s.270; Şop 1931.s.232; Patkanov 1883.s.14, 43).

​Ermənilər tarixi gerçəklikləri saxtalaşdırmaqda o qədər də zəka sahibi deyillər. Musa Xorenlinin 1808-ci il Peterburq nəşri ilə 1893-cü il Moskva nəşrini tutuşdurduqda ciddi fərqlər aşkara çıxarılır. Məsələn: nəşrin birində İncak nəslinin adı İncak, başqa birində İndzak, bəzən də Ndzak kimi yazılmışdır.

​Ay nəslinin adı yunan təhsilli tarixçilərin əsərlərində Ayos kimi göstərilir – os yunan dilində çoxluq anlamı yaradan şəkilçidir (Patkanov 1883. s.244). Gürcülər isə Kolxidada çarlıq edən Ay övladlarını Elam və Şumer ənanələri əsasında Ayet adlandırırlar (İstoriya Qruzii 1946.s.126, 127). Robert Bleyxştey nəzər alır ki, gürcü mənbələrindəki -eti sonluğu Elam və Subar dillərindən gəlmişdir (Bleyxşteyner 1936. s.186).

​Daha qədim mətnlərdə Ay nəslinin adı Ayli (Xorenski 1893.s.293), Aylusin (Açoxik 1864.s.273), Aya və Ayet (Lordkipanidze 1978.s.24-25) formalarında yazıya alınmışdır.

​Azx nəslindən olan yepiskop Asoxik (XI əsr) yazır ki, qədim h'ayların folklorunda: 1. ayın haləsi, 2. qadın cinsinin cazibə qüvvəsi Aylusin adlanır (Açoxik 1864.s.273). Si sami mənşəli dillərdə ay deməkdir, sözün ortasındakı, -lu türk dillərinə aid şəkilçidir.

​H'aylar necə erməni ola bilərlər ki, onlar aya ay, aya sitayiş edənlərə Ayli, ayın haləsinə Aylusin deyirlər? (ardı var)

İlhami Cəfərsoy, Tarixçi Alim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 18 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri