Icma.az
close
up
RU
Ay tutulması psixologiyamıza təsir edirmi? mütəxəssisdən açıqlama

Ay tutulması psixologiyamıza təsir edirmi? mütəxəssisdən açıqlama

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 avqust, AZƏRTAC

Ay tutulması zamanı insanların daha gərgin, narahat, emosional və hətta yuxusuz olduqları ilə bağlı fikirlərə tez-tez rast gəlinir. Bəzən Ay tutulmasının panik atakları artırdığı, insanların psixoloji vəziyyətinə təsir etdiyi, əhval dəyişikliklərini gücləndirdiyi də iddia olunur. Lakin elmi baxımdan Ay tutulmasının insanlarda birbaşa narahatlıq, panik atak, psixoloji pozuntu və ya əhval dəyişikliklərinə səbəb olduğunu göstərən etibarlı sübutlar yoxdur. Yəni Ay tutulmasının baş verməsi insanın mütləq psixoloji baxımdan özünü pis hiss edəcəyi anlamına gəlmir.

Bunu AZƏRTAC-a açıqlamasında psixoloq Rəna Baxışova deyib. O bildirib ki, burada maraqlı psixoloji mexanizmlərdən biri gözlənti və inam faktorudur: “Əgər insana əvvəlcədən “bu gecə Ay tutulması olacaq və özünü pis hiss edə bilərsən” deyilsə, həmin şəxs öz bədənində baş verən dəyişikliklərə və emosional vəziyyətinə daha çox diqqət yetirməyə başlaya bilər. Məsələn, insan ürək döyüntüsünü hiss edir və bunu Ay tutulmasının təsiri kimi qiymətləndirir. Bu fikir onda narahatlıq yaradır, narahatlıq artdıqca ürək döyüntüsü daha da sürətlənə bilər və insan bunu təhlükə əlaməti kimi qəbul edə bilər. Beləliklə, narahatlıq öz-özünü gücləndirən bir dövrəyə çevrilə bilər. Burada gözlənti və inam insanın həqiqətən müəyyən xoşagəlməz fiziki və emosional simptomlar yaşamasına səbəb ola bilər”.

Psixoloqun fikrincə, sosial şəbəkələr də bu prosesi daha da gücləndirə bilir: “Ay tutulması ilə bağlı “emosional gərginlik artır”, “panik ataklara səbəb olur”, “insanlar daha aqressiv olur” kimi ardıcıl paylaşımlar görmək insanda əvvəlcədən müəyyən gözlənti formalaşdırır. Nəticədə həmin gecə yaşanan adi yuxusuzluq, yorğunluq və ya narahatlıq belə Ay tutulması ilə əlaqələndirilə bilər. Halbuki həmin narahatlığın arxasında tamamilə başqa səbəblər dayana bilər. Stres, yuxu rejiminin pozulması, çox düşünmək, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək, kofein qəbulu və ümumiyyətlə, gecə mühitinin işıqlanması yuxuya və psixoloji vəziyyətə təsir göstərə bilər. Lakin Ay tutulmasının yuxunu pozduğunu və psixoloji problemləri artırdığını söyləmək üçün kifayət qədər möhkəm elmi əsas yoxdur”.

“Ona görə də Ay tutulması zamanı özümüzü qorumağın ən yaxşı yolu qorxu yaratmaq deyil, məlumatı düzgün qiymətləndirməkdir. Əgər Ay tutulması ilə bağlı qorxu yaradan paylaşımlar insanda narahatlığı artırırsa, belə məzmundan uzaq durmaq daha faydalıdır. Normal yuxu rejimini qorumaq, nəfəsə fokuslanmaq və diqqəti gündəlik, real fəaliyyətlərə yönəltmək bu baxımdan daha düzgün yanaşmadır. Ən əsası isə ay tutulmasını psixoloji təhlükə kimi qəbul etmək lazım deyil. Bəzən bizi narahat edən hadisənin özü deyil, həmin hadisəyə verdiyimiz məna və ondan gözlədiyimiz nəticə olur”, - deyə psixoloq bildirib.

O əlavə edib ki, əgər panik ataklar, güclü narahatlıq və ya yuxu problemləri ay tutulmasından asılı olmayaraq tez-tez təkrarlanırsa və gündəlik həyata təsir göstərirsə, bunu Ay tutulması ilə əlaqələndirmək əvəzinə psixoloq və ya digər uyğun mütəxəssisə müraciət etmək daha doğru olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri