Icma.az
close
up
RU
Ayaq dırnaqları bizə lazımdırmı? Alimlərdən ilginc açıqlamalar

Ayaq dırnaqları bizə lazımdırmı? Alimlərdən ilginc açıqlamalar

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Barmaqlarımızın ucunda insan təkamülünün aşkar qalığı mövcuddur. Bu, ayaq barmaqlarımızın ucundakı dırnaqlardır. Əl barmaqlarının dırnaqlarının bir çox işdə bizə köməkçi olduğu bəlldiir. Ayaq barmaqlarındakı dırnaqlar bəs hansı işə yarayır? Onların olması yaddan çıxıb qalmış qalıqdır, yoxsa həqiqətən də bədən üçün vacib bir elementdir?

 “Sherg.az “tr.mashable.com”a istinadən bu sahədə tədqiqatlar aparmış alimlərin ilginc açıqlamalarını təqdim edir. Duke Universitetinin paleontoloqu Matthew Borths, yalnız primatların (meymunlar nəzərdə tutulur) və az sayda kisəli məməlilərin dırnaqlarının olduğunu bildirir: "Skelet qalıqlarından aydın olur ki, bütün primatların ortaq əcdadının dırnaqları var idi. Bunun niyə belə olduğuna dair, qəti fikir yoxdur, lakin çoxsaylı fərziyyələr var". Ayaq dırnaqları, fiziologiyamızdakı hər şey kimi, təkamülün məhsuludur. Bir çox nəzəriyyələr təkamüldə pəncələr əvəzinə dırnaqların inkişafını primatlara xas olan dırmaşmağa yönəlmiş həyat tərzi ilə əlaqələndirir. Dırmaşan pəncəli heyvanlardan fərqli olaraq, primatlar ayaqları və əlləri ilə nəyisə tutmaq üçün baş və ayaq barmaqlarından istifadə edirlər. Pəncələr ağac gövdələrinə və budaqlarına yapışaraq və ya dırnaqları ilişdirməklə işləyir. Pəncələrlə dırmaşarkən, səth buna uyğun olmalıdır. Stoni Brook Universitetinin anatomiya kafedrasının dosenti Stefani Maiolino bildirib ki, məməlilərin pəncələrinin yastı dırnaqlara çevrilməsi bəzi üstünlükləri təmin etmiş ola bilər. Düz dırnaqlarımız daha geniş ayaq və barmaq uclarına sahib olmağımıza imkan verir və həmçinin yumşaq dabanlarımızın itələyici qüvvəsinə qarşı təzyiq səthi yaradır. Dırnaqlarımızla birlikdə barmaq uclarımızı tətbiq etdiyimiz zaman təzyiqi daha geniş bir sahəyə yayaraq təmas səthinin sahəsini, sürtünmə və tutma gücünü artırmış oluruq. Borths  deyib ki, atalarımız əllərindən əvvəl ayaqları ilə tuturdular. Beləliklə, ayaq dırnaqları primat dırmanmasında daha əvvəl rol oynamış ola bilər. Bu gün bütün digər müasir primatların hələ də qapalı ayaqları var. Duke Universitetinin təkamül antropologiyası professoru Doug Boyer hesab edir ki, dırmaşma və uzanan dırnaqlar əcdadlarımıza ağac budaqlarının uclarından meyvə və qoz-fındıq toplamaqda kömək etmək üçün yaranıb.  Budaqlarda gəzdirmək və yetişmiş meyvələri toplamaq dırnaqlarla daha asan olardı. Ancaq bu nəzəriyyəni sübut edən biofiziki tədqiqatlar yoxdur. Dırnaqlar təmizlik işləri üçün də yararlıdır.  əllərimizin və ayaqlarımızın (və buna görə də dırnaqlarımızın) bu məqsədlə inkişaf edib-etməməsindən asılı olmayaraq, bir çox primatlar başqalarını təmizləmək üçün dırnaqlarından istifadə edirlər. Pəncələrin olmaması fərdin bəzi hallarda özünü təmizləməsini çətinləşdirir və bu, sosial təmizliyin ortaya çıxmasına gətirib çıxarır: "Dırnaqlar təkamül etdikdən sonra başqalarını təmizləmək üçün daha çox seçim imkanı yaradıb". Maiolinonun fikrincə, dırnaqlar qismən bu terminal bölgədə hiss sisteminin bir hissəsi kimi təkamül etmiş ola bilər. Geniş barmaq uclarımız dəqiq toxunma üçün daha çox səth sahəsi təmin edir və dırnaqların xüsusi faydası buradadır. İnsanların barmaqlarının ucunda dırnaqların kənarlarına yapışan və obyektə necə toxunduğumuzu, onun istiqamətini və mövqeyini anlamağa kömək edən mexanoreseptorlar var. Hətta indi də dırnaqlarımızın tarazlığı qoruyub saxlamağa, gücü yenidən bölüşdürməyə və ayaqlarımızla istiqaməti hiss etməyə kömək edə bilməsi ehtimalı var. Biz insanların həyat tərzi digər primatlardan bir çox cəhətdən fərqlənir. Biz yerüstü, qaçmağa uyğunlaşdırılmış dik canlılarıq. Artıq dırmaşmasaq belə, dırnaqlarımızın itirilməsi və ayağımızda pəncə yerinə dırnaq olması yenə də bəzi üstünlüklər təmin edə bilər. Floridada yaşayan ayaq cərrahı Qreys Torres-Hodgesə görə  dırnaqlar dərimizlə eyni hüceyrə tiplərindən hazırlanır və bu hüceyrələrin qoruyucu məqsədi var. O, dırnaqların kəsiklərdən, infeksiyalardan və ayaq barmaqlarını digər zədələrdən qoruduğunu düşünür. Ayaq barmaqlarımızda kiçik sümüklər, həmçinin potensial kövrək damar və sinir strukturları var. Ayaq dırnaqlarımız ümumi bədən sağlamlığı haqqında əlavə bilgilər verən üstünlükdür.  Ayaq dırnaqlarının araşdırılması, rəng, toxuma və formanın təyini tənəffüs, tiroid və qaraciyər xəstəlikləri kimi xroniki sağlamlıq problemləri haqqında dəqiq bilgi əldə etməyə kömək edə bilər. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri