Icma.az
close
up
RU
Bakını tıxacdan çıxarmaq olmur: Yollarda saatlarla vaxt itiririk

Bakını tıxacdan çıxarmaq olmur: Yollarda saatlarla vaxt itiririk

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərində hər gün qarşılaşdığımız tıxac problemi hələ də ciddi məsələ olaraq qalır. 

Səhər işə gedən, axşam evə qayıdan insanlar yollarda saatlarla qalır, bu isə həm vaxt itkisinə, həm də əsəb gərginliyinə səbəb olur. Son vaxtlar şəhərin nəqliyyat sistemində bir sıra yeniliklər həyat keçirilib. Belə ki, taksilərin sayı 75 mindən 25 minə düşüb, mərkəzə avtomobillərin girişinə qadağalar tətbiq olunur. 

Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, bu il təsdiqlənmiş dövlət proqramı çərçivəsində ölkədə ictimai nəqliyyatın əlçatanlığının artırılması istiqamətində geniş tədbirlər həyata keçirilir. 

Nazir müavini Rəhman Hümmətov bildirib ki, 2030-cu ilə qədər metro sistemi genişləndiriləcək, 300-ə yaxın yeni vaqon alınacaq və 10 yeni stansiya tikiləcək. Bütün bu dəyişikliklər tıxac probleminin həllinə nə dərəcədə təsir edəcəyi isə maraq doğuran əsas suallardandır. Bəs Bakının tıxacını nə azaldacaq? 

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, Bakıda tıxac problemi ilə bağlı demək olar hər gün danışılır: 

“Şəhərdə avtomobillərin sayını azaltmaq üçün bir nömrəli variant hamı bilir, lakin qurumlar bunu tətbiq etmək istəmir. Ən azından iş yerləri rayonlarda açılmalıdır ki, Bakı şəhəri nəfəs alsın. Bakıda 40-dan çox universitet var və bu universitetləri rayonlara paylamaq lazımdır ki, hər rayonda bir universitet olsun, şəhər nəfəs alsın. 

Rayonlarda iş yeri olmadığı üçün hamı şəhərə gəlir, şəhərdə isə tıxacların qarşısını almaq əvəzinə əksinə, gündə bir zolaq açılır – avtobus, velosiped zolaqları… Yəqin ki, bu gün-sabah başqa zolaqlarda da açılacaq. Bəzi yerlərdə pullu avtobus zolaqları yalnız pik vaxtlarda yox, istənilən vaxt qadağalıdır. 

Məsələn, noyabrın 1-dən Sumqayıt yolunda tək marşrut xəttində olan avtobuslar avtobus zolağından istifadə etməlidir, lakin ora digər avtobuslar da daxil olur, onlara lisenziya verilir. Sürücülər şikayət edirlər ki, Bakı-Sumqayıt yolunda avtobus zolaqlarına daxil olarkən cərimə gəlir, bu isə digər zolaqlara daxil olmağa məcbur edir və tıxacların artmasına səbəb olur”. 

Onun sözlərinə görə, stansiyalar çoxaldıqca, məsələn, 28 May körpüsündə digər kəndlərə gedən dəmiryolunun sürət qatarları daha çox yerdən keçsə, bu nisbətən tıxacın qarşısını ala bilər: 

“Dövlət özəl universitet və məktəblərin avtobuslarının olmasını təmin etsə, avtobusların məktəblərin qarşısında yaratdığı tıxaclar da azalacaq. Şəhərdə beşmərtəbəli binalar sökülür, yerinə 15-20 mərtəbəli binalar tikilir. Bunun da qarşısı alınmalıdır, səhərin mərkəzində tikintiyə icazə verilməməlidir və imkan daxilində sökülən yerlərdə yeraltı parkinqlər təşkil olunmalıdır. Məsələn, Qış Parkı kimi park yaradılıb, altına avtomobillərin dayanması üçün yeraltı parkinq olsa, bu, daha yaxşı olardı. Beləliklə, avtomobillərin sayı tədricən azaldıla bilər”. 

Ekspert qeyd edib ki, tıxacların qarşısını almaq əvəzinə, əksinə, daha da çoxalmasına görə işlər görülür: 

“İşıqforlar düzgün işləmir, bəzi yollarda 2 dəqiqə dayanıb digər yollarda 20 saniyə dayanmaq tıxacların artmasına səbəb olur. Bir sözlə, istəsələr, tıxacları azaltmaq olar, amma qurumlar buna heç bir əməl etmirlər. Yəqin ki, tıxaclar kiməsə sərf edir, ona görə də vəziyyət get-gedə daha da olur. Məsələn, iş saatlarını mərhələli etmək olar: səhər saatlarını 09:00-10:00-11:00 kimi fərqli etmək mümkündür. 

Məktəblərdə saatlar dəyişdirilə bilər, iş və tədris sistemi buna uyğun qurularsa, tıxacların qarşısı alınar. Lakin qeyd edilən məqamlara diqqət yetirilmir. Hər kəsin ağlına gələn variantlar var, amma təəssüf ki, heç bir tədbir görülmür. Məsələnin həlli üçün təklifləri hər zaman yazırıq, televiziya və radiolarda səsləndiririk, amma təəssüf ki, heç bir iş görülmür”. 

Gülər
"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri